Talaçay və Balakənçaydan sel keçir

Talaçay və Balakənçaydan sel keçir
14.09.2025 11:56 Cəmiyyət

Milli Hidrometeorologiya Xidmətinin sentyabrın 14-ü saat 11:00-a olan məlumatına əsasən ölkə ərazisində yağıntılı və küləkli hava şəraiti davam edir.

TodayPress TV xəbər verir ki, yağıntılar bəzi yerlərdə leysan xarakterli intensiv və güclü olub.

Yüksək dağlıq ərazilərdə Şahdağda qar yağıb.

Düşən yağıntının miqdarı Astarada 68, Zaqatalada 64, Lənkəranda 60, Balakəndə 50, Sarıbaşda (Qax) 27, Lerikdə 23, Yardımlıda 17, Qəbələdə 14, Cəfərxanda 10, Sabirabadda 9, Kişçay (Şəki), Oğuz, Qrız, Xınalıq, İmişli, Qusar, Şamaxı, Altıağac, Bərdə, Tərtər, Kürdəmir, Xaltan, Qobustan, Quba, Yevlax, Göyçay, Beyləqan, Gədəbəy, Biləsuvar, Şəmkir, Şirvan, Şabran, Neftçala, Füzuli, Zəngilan, Şuşa eləcə də Bakıda və Abşeron yarımadasında 8 mm-dək qeydə alınır.

Yağan leysan xarakterli intensiv yağışlar nəticəsində Zaqatala rayonu ərazisindən keçən Talaçaydan, Balakən rayonu ərazisindən keçən Balakənçaydan sel keçir.

Hazırda bir sıra ərazilərdə şimal-qərb küləyi əsir. Küləyin maksimal sürəti arabir Bakıda və Abşeron yarımadasında 21, Neftçalada 20, Culfada 18 m/s-dək güclənib.

Balakən, Sarıbaş (Qax), Kişçay (Şəki), Qırız, Şahdağ, Daşkəsən, Lerik, Göyçada duman müşahidə olunmuşdur. Dumanda görünüş 500 metrədək məhdudlaşır.

TodayPress TV

XƏBƏR LENTİ
02 IYUN 2026
Nizami Gəncəvini təhqir etdilər - Azərbaycanla Gürcüstan arasında nələr baş verir? 15:19 Türkiyə azarkeşlərinin gözlədiyi siyahı açıqlandı 15:11 Yeni yaradılan Agentliyin büdcəsi necə formalaşacaq? - DETALLAR 15:02 Avropa Liqası öncəsi “Qarabağ” Avstriyaya yollanacaq 14:43 Bu sənədi almaq "ASAN"laşır 14:41 Rusiya özündən çıxıb, Azərbaycanda edə bilmədiklərinin əvəzini İrəvandan çıxacaq 14:41 Azərbaycanda Milli Kibertəhlükəsizlik Agentliyi yaradıldı - FƏRMAN 14:30 Şəhidin həyat yoldaşını qayınatası "qanpulu"na görə öldürüb? - Ölkə cavab axtarır, niyə? 14:24 Titullar hər şeydir: futbol nəhənglərinin fərqli strategiyası 14:17 Abşeron Türkiyəni zülmətdən xilas edəcək - qlobal layihə vizasını aldı 13:59 Usikin yeni rəqibi bəlli oldu: qarşıda məğlubedilməz boksçu var 13:56 Rusiyadan göndərilən seçki alverçilərini İrəvan aeroportunda qapazladılar 13:55 Yayda su içmək əvəzinə bu meyvələrdən yeyin 13:51 “Liverpul”dan sürpriz qərar: yeni baş məşqçi bəllidir! 13:44 İlk dəfə açıqlanır: Bu dəhşətli qışda Ukraynanı Azərbaycan ölümdən xilas edib 13:39 20 ballıq cərimə limiti artırılır? - VİDEO 13:38 Dünya çempionluğu Keyni “Qızıl top”a yaxınlaşdıra bilər 13:35 Tennis əfsanəsinin dönüşü dünyanı təəccübləndirdi 13:25 "Elçibəy" Ermənistanı uçuruma aparır... 13:20 Simonyan: Azərbaycana gedirəm, Sahibə xanım dəvət etdi 13:12 NBA finalı üçün uşaqlara gec yatmağa “rəsmi icazə” verildi 13:07 Meteohəssas vətəndaşların nəzərinə: Atmosfer təzyiqi enir 12:59 Sabiq deputat VƏFAT ETDİ 12:57 Ermənistanda hərbçinin meyiti aşkarlandı 12:55 İcarə müddəti başa çatan futbolçular klubdan getdi 12:40 Bütün Xəbərlər