Prezident köməkçisi: "Azərbaycana qarşı fəal dezinformasiya dalğaları var"

Prezident köməkçisi: "Azərbaycana qarşı fəal dezinformasiya dalğaları var"
20.07.2025 11:35 Siyasət

“Molla Nəsrəddin” jurnalı Bakıda nəşr edildiyi dövrdə də etimadsız yanaşma, savadsızlıqla mübarizə aparırdı, Azərbaycan dilini inkişaf etdirirdi. Bu, doğrudan da böyük bir mübarizə, psixoloji bir savaş idi.

TodayPress TV xəbər verir ki, bu sözləri Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Rəqəmsal keçidlər: Süni intellekt dövründə informasiya və media dayanıqlılığının gücləndirilməsi” adlı III Şuşa Qlobal Media Forumunun açılış mərasimində çıxışı zamanı söyləyib.

44 günlük Vətən müharibəsində Azərbaycanın böyük bir dezinformasiya ilə qarşılaşdığını qeyd edən Prezidentin köməkçisi yerli medianın bununla mübarizəyə sinə gərdiklərinə diqqət çəkib.

3-cü Şuşa Qlobal Media Forumun aktual mövzuları əhatə etdiyini, süni intellektin əhəmiyyətindən bəhs etdiyini deyən Hikmət Hacıyev, həmçinin deyib: “Həqiqət dəyişib və böyük təhdid altındadır. Xəbərlərdə faktlar, rəqəmlər mənzərə yaratmır. İnsanlar inanclara daha çox üstünlük verirlər”,- deyə o əlavə edib.

Prezidentin köməkçisinin sözlərinə görə, Azərbaycana qarşı fəal dezinformasiya dalğaları olur. “Bəşəriyyət olaraq sosial medianı idarə etməyi bacarmamaq bizim üçün məğlubiyyətdir. Bu böyük xaos yaradır. Beynəlxalq institutlar, təsisatlar süni intellektin etik normalarını nəzərə almalıdır. Biz bu gün rəqəmsallaşmış bir media haqqında danışırıq, hansı ki bizim fikirlərimizi dəyişir. Biz maşınlara qarşı mübarizə aparırıq. Bəşəriyyət yeni düşüncə, platforma yaradıb. O bizim kimi düşünən bir varlıqdır”,- deyə H.Hacıyev qeyd edib.

XƏBƏR LENTİ
31 MAY 2026
Xameneinin iqamətgahı belə vurulub - Müharibənin GİZLİ GÖRÜNTÜLƏRİ 15:46 ABŞ–Azərbaycan İqtisadi Dialoqu keçiriləcək 14:23 Leyla Əliyevadan fermer qadına incə davranış - VİDEO 14:19 "Makedon" vəfat etdi 15:00 Tramp Omanı hədələdi 13:40 Azərbaycanlı fotoqraf beynəlxalq sərgi ilə Romada çıxış edir 14:29 Azərbaycan millisi Qazaxıstanla qarşılaşacaq 12:43 Bərədə AĞIR QƏZA: 10 nəfər yaralandı 13:28 Türkiyədə zəncirvari qəzada dörd nəfər öldü 12:13 Sürücülərə XƏBƏRDARLIQ 13:19 Paşinyan "Tramp marşrutu" və yeni dəmir yolu planlarını açıqladı 12:30 Azərbaycanın bəzi rayonlarında şimşək çaxacaq, dolu düşəcək - PROQNOZ 12:45 İran bir "Yasin"ə Azərbaycanı Ermənistana satdı 12:26 İsraildən Livan açıqlaması: Bofort qalası ələ keçirildi 12:07 Xameneinin dəfn mərasiminə hazırlıq başladı 12:20 Azərbaycan millisi Avropa Kubokuna qızıl medalla başladı 12:01 ABŞ-dən narkotacirlərin gəmisinə zərbə: Ölənlər var - VİDEO 11:46 Tramp şərtləri sərtləşdirir: ABŞ-İran müqaviləsi sual altındadır 11:39 FAKTİKİ HAVA: Şahdağda qar yağıb, Kəlbəcərə dolu düşüb 11:42 AZAL bu istiqamətdə uçuşlarını bərpa etdi 09:34 Türkiyədə sərnişin avtobusu yanıb, ölənlər var 09:37 ABŞ-İran danışıqları uzanır: Tramp səbəbi açıqladı 09:23 PSJ-nin qələbəsindən sonra baş verən iğtişaşlarda azı 12 nəfər yaralandı 09:46 Tramp İranla bağlı planını açıqladı: "Razılıq əldə olunmasa..." 09:42 ABŞ-yə məxsus PUA vuruldu - SEPAH 09:18 Bütün Xəbərlər