Güneyli soydaşlarımız yad layihələrin aləti olmayacaq! – Millət vəkili

Güneyli soydaşlarımız yad layihələrin aləti olmayacaq! – Millət vəkili
09.01.2026 17:06

“Azərbaycan şəhərləri, xüsusən Təbriz, hələlik tam miqyasda təmkinini qoruyur. Soydaşlarımız mövcud rejimdən narazıdır və yad layihələrin aləti olmaq istəmirlər”.

Milli Məclisin deputatı Tənzilə Rüstəmxanlı bunu TodayPress TV-yə danışarkən bildirib. 

Onun sözlərinə görə, İranda indiki aksiyalar həm miqyas baxımından genişlənir, həm də mahiyyətinə görə əvvəlkilərdən çox fərqlənir. Etirazlar iqtisadi səbəblərlə başlayıb, siyasi yöndə davam edir: 

“Çünki 2022-ci ildəki etirazların mərkəzində daha çox qadın, həyat və azadlıq şüarları dayanır və sosial azadlıqlar ön plana çıxırdı. Hazırkı aksiyalarda isə siyasi motivlərin daha qabarıq olduğunu görürük. Əlbəttə, bu etirazlar ilk növbədə iqtisadi çətinliklərdən qaynaqlanır. Milli valyutanın — rialın kəskin dəyər itirməsi, su qıtlığı və gündəlik tələbat mallarının — çörəyin, yanacağın və s. birdən-birə həddindən artıq bahalaşması etirazlara səbəb oldu. Etirazlara səbəb olan ilkin amillər məhz bunlar idi. Lakin çox keçmədən siyasi şüarların səsləndirilməsinin şahidi olduq. Xüsusilə fars bölgələrində aksiyaların siyasi xarakteri və kəskinliyi daha açıq hiss olunur. Pəhləvi sülaləsindən Rza Pəhləvinin ölkəyə geri qayıtması ilə bağlı tələblərin səsləndirilməsi isə ayrıca diqqət çəkir. Bundan əvvəlki aksiyalarda bu cür açıq çağırışlar eşidilmirdi”.

Deputat qeyd edib ki, Soydaşlarımız etirazları milli mübarizə ilə əlaqələndirmir:


“Lakin Azərbaycan şəhərləri, xüsusən Təbriz, hələlik tam miqyasda təmkinini qoruyur. Aydın hiss olunur ki, Cənubi Azərbaycandan olan soydaşlarımız bu prosesləri daha çox fars elitasının, eləcə də İrandakı müxtəlif daxili siyasi qüvvələrin güc savaşı kimi qiymətləndirirlər. İndiki etirazların leytmotivi cənublu soydaşlarımızın milli davası, haqq və azadlıqları uğrunda apardıqları mübarizə ilə səsləşmir. 1979-cu ildə şah rejiminin devrilməsində Azərbaycanın və Təbrizin müstəsna rolu olmuşdur.

Soydaşlarımız mövcud rejimdən narazıdır və yad layihələrin aləti olmaq istəmirlər:

“Milli kimliyinin tanınması və muxtariyyət tələbləri ilə mübarizə aparan soydaşlarımız yeni hakimiyyətin gəlişi ilə heç nəyin dəyişmədiyinin acısını yaşadılar. Keçən illərdən və inqilablardan dərs çıxaran cənublu qardaşlarımız, xalqımıza pis münasibət bəsləyən molla rejimini, ondan da pis olan Pəhləvi hakimiyyətinə dəyişmək istəmirlər. Ortada başqa alternativ siyasi qüvvənin olmadığı bir reallıqda soydaşlarımız yad layihələrin aləti olmaq istəmirlər".

Parlamentari sonda qeyd edib ki, güneyli soydaşlarımız çox düzgün olaraq səbrlə gözləyir, proseslərin hansı istiqamətdə inkişaf edəcəyini müşahidə edir və ölkədə siyasi hakimiyyətin dəyişməsi labüd olacağı təqdirdə, heç şübhəsiz son sözünü deyəcəkdir. Son prezident seçkiləri də göstərdi ki, azərbaycan xalqının mövqeyi nəzərə alınmadan İranda siyasi dəyişiklik mümkün deyil.


Qeyd edək ki, İranda son etirazlar geniş miqyas alıb və ölkənin bütün 31 vilayətinə yayılıb. Aksiyalar əvvəlcə iqtisadi çətinliklər — rialın kəskin dəyər itirməsi, inflyasiya və gündəlik tələbat mallarının bahalaşması — səbəbindən başlayıb, lakin sonradan daha siyasi çağırışlarla davam edib. Etirazlar nəticəsində onlarla insan həlak olub, minlərlə adam saxlanılıb və hökumət interneti demək olar ki, tamamilə kəsib. 

Jalə Rövşən

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
31 мая 2026
Xameneinin iqamətgahı belə vurulub - Müharibənin GİZLİ GÖRÜNTÜLƏRİ 15:46 ABŞ–Azərbaycan İqtisadi Dialoqu keçiriləcək 14:23 Leyla Əliyevadan fermer qadına incə davranış - VİDEO 14:19 "Makedon" vəfat etdi 15:00 Tramp Omanı hədələdi 13:40 Azərbaycanlı fotoqraf beynəlxalq sərgi ilə Romada çıxış edir 14:29 Azərbaycan millisi Qazaxıstanla qarşılaşacaq 12:43 Bərədə AĞIR QƏZA: 10 nəfər yaralandı 13:28 Türkiyədə zəncirvari qəzada dörd nəfər öldü 12:13 Sürücülərə XƏBƏRDARLIQ 13:19 Paşinyan "Tramp marşrutu" və yeni dəmir yolu planlarını açıqladı 12:30 Azərbaycanın bəzi rayonlarında şimşək çaxacaq, dolu düşəcək - PROQNOZ 12:45 İran bir "Yasin"ə Azərbaycanı Ermənistana satdı 12:26 İsraildən Livan açıqlaması: Bofort qalası ələ keçirildi 12:07 Xameneinin dəfn mərasiminə hazırlıq başladı 12:20 Azərbaycan millisi Avropa Kubokuna qızıl medalla başladı 12:01 ABŞ-dən narkotacirlərin gəmisinə zərbə: Ölənlər var - VİDEO 11:46 Tramp şərtləri sərtləşdirir: ABŞ-İran müqaviləsi sual altındadır 11:39 FAKTİKİ HAVA: Şahdağda qar yağıb, Kəlbəcərə dolu düşüb 11:42 AZAL bu istiqamətdə uçuşlarını bərpa etdi 09:34 Türkiyədə sərnişin avtobusu yanıb, ölənlər var 09:37 ABŞ-İran danışıqları uzanır: Tramp səbəbi açıqladı 09:23 PSJ-nin qələbəsindən sonra baş verən iğtişaşlarda azı 12 nəfər yaralandı 09:46 Tramp İranla bağlı planını açıqladı: "Razılıq əldə olunmasa..." 09:42 ABŞ-yə məxsus PUA vuruldu - SEPAH 09:18 Все новости