Azərbaycan Yazıçılar Birliyi Prezident İlham Əliyevə məktub ünvanladı

Azərbaycan Yazıçılar Birliyi Prezident İlham Əliyevə məktub ünvanladı
11.08.2025 11:39 Mədəniyyət

Azərbaycan Yazıçılar Birliyinin katibliyi Prezident İlham Əliyevə məktub ünvanlayıb.

TodayPress TV xəbər verir ki, məktubda deyilir:

"Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Möhtərəm cənab Prezident.

Qüdrətli liderliyiniz sayəsində qazanılan və 8 avqust 2025-ci ildə ABŞ-nin paytaxtı Vaşinqtonda – Ağ Evdə imzalanmış taleyüklü sənədlərlə öz parlaq təsdiqini tapan misilsiz siyasi nailiyyət, möhtəşəm diplomatik qələbə münasibətilə Sizi ürəkdən təbrik edirik.

Sonsuz sevinc və qürur hissi ilə bildiririk ki, bu tarixi nailiyyət Müzəffər Ali Baş Komandanı olduğunuz qalib Azərbaycan Ordusunun gücü və fədakarlığı ilə 2020-ci ildə Vətən Müharibəsində əldə edilmiş Böyük Zəfərimizin, 2023-cü ildə uğurlu antiterror əməliyyatı nəticəsində ərazi bütövlüyümüzün və dövlət suverenliyimizin tam bərpasının siyasi-diplomatik meydanda davamı və beynəlxalq miqyasda qətiyyətlə təsdiqlənməsidir.

Sarsılmaz əzm və iradənizin, gərgin zəhmətinizin bəhrəsi olan bu yeni qələbəniz doğma Azərbaycanımızın Sizin müdrik rəhbərliyiniz altında daha da güclənərək çiçəklənməsi baxımından müstəsna əhəmiyyətə malikdir. Eyni zamanda böyük liderlərə xas uzaqgörənliyiniz, uğurlu təşəbbüsləriniz nəticəsində ərsəyə gələn bu mühüm razılaşmalar regionumuzda dinc birgəyaşayışa və rifaha, ümumən dünyada sülh və inkişafa çox vacib töhfədir.

Azərbaycan xalqını, həmçinin, bütün sülhsevər, tərəqqipərvər qələm adamları kimi, bizi qəlbən sevindirən, dərindən ruhlandıran bu parlaq nailiyyət münasibətilə Sizi bir daha ürəkdən təbrik edir, qətiyyətli, məqsədyönlü liderlik fəaliyyətinizdə Sizə yeni-yeni uğurlar diləyirik!

Dərin hörmətlə,

Azərbaycan Yazıçılar Birliyinin Katibliyi:

Xalq yazıçısı Anar, Xalq yazıçısı Çingiz Abdullayev, Rəşad Məcid, Elçin Hüseynbəyli, Səlim Babullaoğlu, İlqar Fəhmi".

XƏBƏR LENTİ
31 MAY 2026
Bu ölkə 180 min hərbçilik ehtiyat qoşun yaratmaq istəyir 16:48 Nizaminin Gürcüstandakı abidəsi təhqir olundu - [[VİDEO ]] 18:42 İran ABŞ-yə şərt qoydu: Etibar yaradan addımlar atılmalıdır 16:44 İsrail Livandakı strateji mövqelərini tərk etməyəcək - Kats açıqladı 16:40 Sabahın havası meteohəssas insanlar üçün necə olacaq? 16:19 Livanda ölənlərin sayı açıqlandı 16:08 Bu ailələrə hər ay 500-650 manat ödənilir 15:39 AZAL heyəti Milli Qəhrəman Hökumə Əliyevanın məzarını ziyarət etdi 15:18 Müdafiə Nazirliyinin həftəlik icmalı yayımlandı 15:04 SANA: İsrailin hərbi maşınları Suriyaya daxil olub 16:24 Bu istiqamətdə hərəkət edən marşrutun avtobusları dəyişdirilir 14:06 Fransada iğtişaşlar zamanı saxlanılanların sayı 780 nəfərə çatdı - YENİLƏNİB 09:46 Sutka ərzində Hörmüz boğazından 28 gəmi keçib - SEPAH 14:54 Bakıda ilk dəfə ABŞ–Azərbaycan İqtisadi Dialoqu keçiriləcək - YENİLNİB 14:23 Xameneinin iqamətgahı belə vurulub - Müharibənin GİZLİ GÖRÜNTÜLƏRİ 15:46 Leyla Əliyevadan fermer qadına incə davranış - VİDEO 14:19 "Makedon" vəfat etdi 15:00 Tramp Omanı hədələdi 13:40 Azərbaycanlı fotoqraf beynəlxalq sərgi ilə Romada çıxış edir 14:29 Azərbaycan millisi Qazaxıstanla qarşılaşacaq 12:43 Bərədə AĞIR QƏZA: 10 nəfər yaralandı 13:28 Türkiyədə zəncirvari qəzada dörd nəfər öldü 12:13 Sürücülərə XƏBƏRDARLIQ 13:19 Paşinyan "Tramp marşrutu" və yeni dəmir yolu planlarını açıqladı 12:30 Azərbaycanın bəzi rayonlarında şimşək çaxacaq, dolu düşəcək - PROQNOZ 12:45 Bütün Xəbərlər