KOB evlərində göstərilən xidmətlərin sayı 23 %-dən çox artdı

KOB evlərində göstərilən xidmətlərin sayı 23 %-dən çox artdı
04.08.2025 13:41 İqtisadiyyat

Bu ilin I yarısında Azərbaycandakı KOB evlərində sahibkarlara ümumilikdə 208 194 xidmət göstərilib.

TodayPress TV İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə (KOBİA) istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 23,2 % çoxdur,

Artım "Yevlax KOB evi" üzrə 31,2 %, "Xaçmaz KOB evi" üzrə 6,8 %, "Bakı KOB evi" üzrə isə 6,7 % olub.

Bu dövrdə sahibkarlara KOB evlərində göstərilmiş dövlət-biznes (G2B) və biznes-biznes (B2B) xidmətlərinin ümumi sayında da artım müşahidə edilib: müvafiq olaraq 22,8 % və 26,7 %.

KOB evlərinə sahibkarların marağının artması, onların bir məkanda müxtəlif xidmətlərə asan çıxış əldə etməsi, prosesin sürətli, şəffaf və sahibkar məmnunluğu prinsiplərinə əsaslanmaqla təşkil olunması, həmçinin biznes subyektlərinin vaxt və xərclərinə qənaət imkanı ilə bağlıdır.

2024-cü ildə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının Dövlət Sektorunda İnnovasiyalar üzrə Tədqiqat Mərkəzi Azərbaycanın KOB evi modelini qabaqcıl innovativ təcrübə və nümunəvi model kimi qiymətləndirərək, tətbiqini təşkilata üzv ölkələrə tövsiyə edib. Artıq bir sıra ölkələr Azərbaycanın KOB evi modelinə maraq göstərir. Belə ki, KOB evləri ilə bağlı təcrübə mübadiləsi məqsədilə KOBİA və Qazaxıstanın Beynəlxalq Sahibkarlar Birliyi “KIT” arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.

FOTOLAR

KOB evlərində göstərilən xidmətlərin sayı 23 %-dən çox artdı — 1
XƏBƏR LENTİ
31 MAY 2026
"Makedon" vəfat etdi 15:00 Tramp Omanı hədələdi 13:40 Azərbaycanlı fotoqraf beynəlxalq sərgi ilə Romada çıxış edir 14:29 Azərbaycan millisi Qazaxıstanla qarşılaşacaq 12:43 Bərədə AĞIR QƏZA: 10 nəfər yaralandı 13:28 Türkiyədə zəncirvari qəzada dörd nəfər öldü 12:13 Sürücülərə XƏBƏRDARLIQ 13:19 Paşinyan "Tramp marşrutu" və yeni dəmir yolu planlarını açıqladı 12:30 Azərbaycanın bəzi rayonlarında şimşək çaxacaq, dolu düşəcək - PROQNOZ 12:45 İran bir "Yasin"ə Azərbaycanı Ermənistana satdı 12:26 İsraildən Livan açıqlaması: Bofort qalası ələ keçirildi 12:07 Xameneinin dəfn mərasiminə hazırlıq başladı 12:20 Azərbaycan millisi Avropa Kubokuna qızıl medalla başladı 12:01 ABŞ-dən narkotacirlərin gəmisinə zərbə: Ölənlər var - VİDEO 11:46 Tramp şərtləri sərtləşdirir: ABŞ-İran müqaviləsi sual altındadır 11:39 FAKTİKİ HAVA: Şahdağda qar yağıb, Kəlbəcərə dolu düşüb 11:42 AZAL bu istiqamətdə uçuşlarını bərpa etdi 09:34 Türkiyədə sərnişin avtobusu yanıb, ölənlər var 09:37 ABŞ-İran danışıqları uzanır: Tramp səbəbi açıqladı 09:23 PSJ-nin qələbəsindən sonra baş verən iğtişaşlarda azı 12 nəfər yaralandı 09:46 Tramp İranla bağlı planını açıqladı: "Razılıq əldə olunmasa..." 09:42 ABŞ-yə məxsus PUA vuruldu - SEPAH 09:18 Ukrayna Rusiyanın neft infrastrukturunu vurdu - VİDEO 09:30 ABŞ bunu qəti şəkildə qəbul etmir - Trampdan açıqlama 09:15 Londonda polis muzeyə gələn ziyarətçiləri təxliyə etdi - SƏBƏB 09:11 Bütün Xəbərlər