Azərbaycan və Tacikistan tekstil sektorunda yeni sənəd imzaladı

Azərbaycan və Tacikistan tekstil sektorunda yeni sənəd imzaladı
09.07.2025 18:25 İqtisadiyyat

Azərbaycan Tekstil Assosiasiyası ilə Tacikistanın Pambıq və Tekstil Assosiasiyası arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.

Bu barədə TodayPress TV-yə İxracın və İnvestisiyaların Təşviqi Agentliyindən (AZPROMO) məlumat verilib.

Anlaşma Memorandumu AZPROMO-nun nümayəndə heyətinin Tacikistana işgüzar səfər çərçivəsində ölkənin Sənaye və Yeni Texnologiyalar Nazirliyinin təşkilatçılığı ilə keçirilən I beynəlxalq tekstil və yüngül sənaye forumunda imzalanıb.

Sənəddə tekstil sənayesinin, o cümlədən dayanıqlı kənd təsərrüfatı, ipəkçilik və ticarətin birgə inkişaf etdirilməsi üzrə birgə fəaliyyət nəzərdə tutulur.

Səfər çərçivəsində beynəlxalq tekstil və yüngül sənaye forumunda və bir sıra görüşlərdə iştirak olunub.

Bildirilib ki, 50-dən çox ölkədən iştirakçı toplayan forumunun nazirlər panelində çıxış edən Beynəlxalq Tekstil İstehsalçıları Federasiyasının (ITMF) baş direktoru Kristian Şindler, Tacikistanın sənaye və yeni texnologiyalar naziri Şerali Kəbir, Qırğızıstanın iqtisadiyyat və ticarət nazirinin müavini Sanjarbek Bolotov, AZPROMO-nun icraçı direktoru Yusif Abdullayev, İsveçrə Tekstil Qurğuları Assosiasiyasının prezidenti Davide Makabruni və tekstil sahəsi üzrə ixtisaslaşmış beynəlxalq şirkətlərin nümayəndələri tekstil sənayesinin qlobal inkişaf perspektivləri haqqında danışıblar. Paneldə Azərbaycan və Tacikistan arasında tekstil sahəsində əlaqələrin gücləndirilməsi imkanları dəyərləndirilib, eləcə də sənaye sektorunda iki ölkə arasında yol xəritəsinin hazırlanması məsələsi qeyd edilib.

Səfər zamanı Tacikistanın Sənaye və Yeni Texnologiyalar Nazirliyində nazir müavini Əziz Nəzər və ölkənin Pambıq və Tekstil Assosiasiyasının sədri Umed Şomurodovla ilə görüş keçirilib. Görüşdə iki ölkə arasında sənaye əməkdaşlığının mövcud vəziyyəti və gələcək inkişaf istiqamətləri müzakirə olunub.

ITMF-in baş direktoru Kristian Şindler və İsveçrənin Tekstil Qurğuları Assosiasiyasının prezidenti David Makkabruni ilə baş tutan görüşdə tərəflər Azərbaycanın ITMF-ə potensial üzvlüyünün açacağı imkanlar, istehsal sahəsində qabaqcıl texnologiyaların tətbiqi və regional tərəfdaşlıq barədə fikir mübadiləsi aparıblar. Bundan əlavə, gələcək tədbirlərin ölkəmizdə keçirilməsi məqsədilə ITMF nümayəndələri Bakıya dəvət olunub.

XƏBƏR LENTİ
31 MAY 2026
"Makedon" vəfat etdi 15:00 Tramp Omanı hədələdi 13:40 Azərbaycanlı fotoqraf beynəlxalq sərgi ilə Romada çıxış edir 14:29 Azərbaycan millisi Qazaxıstanla qarşılaşacaq 12:43 Bərədə AĞIR QƏZA: 10 nəfər yaralandı 13:28 Türkiyədə zəncirvari qəzada dörd nəfər öldü 12:13 Sürücülərə XƏBƏRDARLIQ 13:19 Paşinyan "Tramp marşrutu" və yeni dəmir yolu planlarını açıqladı 12:30 Azərbaycanın bəzi rayonlarında şimşək çaxacaq, dolu düşəcək - PROQNOZ 12:45 İran bir "Yasin"ə Azərbaycanı Ermənistana satdı 12:26 İsraildən Livan açıqlaması: Bofort qalası ələ keçirildi 12:07 Xameneinin dəfn mərasiminə hazırlıq başladı 12:20 Azərbaycan millisi Avropa Kubokuna qızıl medalla başladı 12:01 ABŞ-dən narkotacirlərin gəmisinə zərbə: Ölənlər var - VİDEO 11:46 Tramp şərtləri sərtləşdirir: ABŞ-İran müqaviləsi sual altındadır 11:39 FAKTİKİ HAVA: Şahdağda qar yağıb, Kəlbəcərə dolu düşüb 11:42 AZAL bu istiqamətdə uçuşlarını bərpa etdi 09:34 Türkiyədə sərnişin avtobusu yanıb, ölənlər var 09:37 ABŞ-İran danışıqları uzanır: Tramp səbəbi açıqladı 09:23 PSJ-nin qələbəsindən sonra baş verən iğtişaşlarda azı 12 nəfər yaralandı 09:46 Tramp İranla bağlı planını açıqladı: "Razılıq əldə olunmasa..." 09:42 ABŞ-yə məxsus PUA vuruldu - SEPAH 09:18 Ukrayna Rusiyanın neft infrastrukturunu vurdu - VİDEO 09:30 ABŞ bunu qəti şəkildə qəbul etmir - Trampdan açıqlama 09:15 Londonda polis muzeyə gələn ziyarətçiləri təxliyə etdi - SƏBƏB 09:11 Bütün Xəbərlər