Azərbaycan Turizm Bürosu “İlin mükəmməl qlobal partnyoru” beynəlxalq mükafatına layiq görülüb

Azərbaycan Turizm Bürosu “İlin mükəmməl qlobal partnyoru” beynəlxalq mükafatına layiq görülüb
27.05.2025 15:41 Turizm

Azərbaycan Turizm Bürosu (ATB) ölkənin beynəlxalq turizm bazarlarında mövqeyinin gücləndirilməsi istiqamətində atılan addımların davamı olaraq “ITB China 2025” sərgisi çərçivəsində "Trip.com Group"un Şanxay şəhərində keçirilən konfransında “İlin mükəmməl global partnyoru” beynəlxalq mükafatına sahib olub. 

TodayPress TV xəbər verir ki, Avropa və Yaxın Şərq regionunu təmsil edən 100-dən artıq tərəfdaş arasından seçilən ATB bu mükafata "Trip.com Group" ilə uğurlu əməkdaşlıq və effektiv marketinq təşəbbüslərinə görə layiq görülüb.   

Qeyd edək ki, ATB ilə dünyanın aparıcı onlayn səyahət platformalarından biri olan "Trip.com Group" arasında tərəfdaşlıq 2019-cu ildən etibarən davam edir. 

2024-cü ildə ATB, "Trip.com Group" və" Azərbaycan Hava Yolları" QSC (AZAL) arasında imzalanmış üçtərəfli Anlaşma Memorandumu bu əməkdaşlığı daha da möhkəmləndirib. 

Hazırda tərəflər iki ölkə arasında viza rejiminin ləğvi fonunda mövsümi səyahət dövrləri və Azərbaycanda keçiriləcək əsas tədbirləri nəzərə alaraq yeni rəqəmsal kampaniyanın həyata keçirilməsi istiqamətində işlər aparır. 

Azərbaycan Turizm Bürosu, həmçinin bu gündən start götürən və Çinin turizm bazarına yönəlmiş aparıcı beynəlxalq sərgilərdən olan “ITB China 2025” beynəlxalq sərgisində milli stendlə çıxış edərək Azərbaycanın turizm imkanlarının tanıdılmasını həyata keçirir. 

Milli stend “Azərbaycan Hava Yolları” (AZAL) QSC və “Şahdağ” Turizm Mərkəzi də daxil olmaqla, 12 turizm sənayesi nümayəndəsi ilə təmsil olunur.   

Sərgidə ziyarətçilərə "Azərbaycan Şərab Evi" ilə əməkdaşlıq çərçivəsində təşkil olunan şərab dequstasiyası təqdim olunur, Azərbaycanın əsrlərlə davam edən şərabçılıq ənənələri ilə tanış olmaq imkanı yaradılIr.

Bununla yanaşı, stenddə Qarabağ və Şərqi Zəngəzur regionunun turizm imkanları nümayiş etdirilir, eləcə də "Konstitusiya və Suverenlik İli" çərçivəsində məlumatlandırma kampaniyası həyata keçirilir. 

Qeyd edək ki, 2025-ci ilin aprel ayında Azərbaycan Respublikası Hökuməti ilə Çin Xalq Respublikası Hökuməti arasında ümumvətəndaş pasportlarına malik vətəndaşların vizadan qarşılıqlı azad edilməsi haqqında Saziş imzalanıb.

FOTOLAR

Azərbaycan Turizm Bürosu “İlin mükəmməl qlobal partnyoru” beynəlxalq mükafatına layiq görülüb — 1
Azərbaycan Turizm Bürosu “İlin mükəmməl qlobal partnyoru” beynəlxalq mükafatına layiq görülüb — 2
Azərbaycan Turizm Bürosu “İlin mükəmməl qlobal partnyoru” beynəlxalq mükafatına layiq görülüb — 3
Azərbaycan Turizm Bürosu “İlin mükəmməl qlobal partnyoru” beynəlxalq mükafatına layiq görülüb — 4
Azərbaycan Turizm Bürosu “İlin mükəmməl qlobal partnyoru” beynəlxalq mükafatına layiq görülüb — 5
Azərbaycan Turizm Bürosu “İlin mükəmməl qlobal partnyoru” beynəlxalq mükafatına layiq görülüb — 6
Azərbaycan Turizm Bürosu “İlin mükəmməl qlobal partnyoru” beynəlxalq mükafatına layiq görülüb — 7
XƏBƏR LENTİ
31 MAY 2026
Müdafiə Nazirliyinin həftəlik icmalı yayımlandı 15:04 SANA: İsrailin hərbi maşınları Suriyaya daxil olub 16:24 Bu istiqamətdə hərəkət edən marşrutun avtobusları dəyişdirilir 14:06 Fransada iğtişaşlar zamanı saxlanılanların sayı 780 nəfərə çatdı - YENİLƏNİB 09:46 Sutka ərzində Hörmüz boğazından 28 gəmi keçib - SEPAH 14:54 Bakıda ilk dəfə ABŞ–Azərbaycan İqtisadi Dialoqu keçiriləcək - YENİLNİB 14:23 Xameneinin iqamətgahı belə vurulub - Müharibənin GİZLİ GÖRÜNTÜLƏRİ 15:46 Leyla Əliyevadan fermer qadına incə davranış - VİDEO 14:19 "Makedon" vəfat etdi 15:00 Tramp Omanı hədələdi 13:40 Azərbaycanlı fotoqraf beynəlxalq sərgi ilə Romada çıxış edir 14:29 Azərbaycan millisi Qazaxıstanla qarşılaşacaq 12:43 Bərədə AĞIR QƏZA: 10 nəfər yaralandı 13:28 Türkiyədə zəncirvari qəzada dörd nəfər öldü 12:13 Sürücülərə XƏBƏRDARLIQ 13:19 Paşinyan "Tramp marşrutu" və yeni dəmir yolu planlarını açıqladı 12:30 Azərbaycanın bəzi rayonlarında şimşək çaxacaq, dolu düşəcək - PROQNOZ 12:45 İran bir "Yasin"ə Azərbaycanı Ermənistana satdı 12:26 İsraildən Livan açıqlaması: Bofort qalası ələ keçirildi 12:07 Xameneinin dəfn mərasiminə hazırlıq başladı 12:20 Azərbaycan millisi Avropa Kubokuna qızıl medalla başladı 12:01 ABŞ-dən narkotacirlərin gəmisinə zərbə: Ölənlər var - VİDEO 11:46 Tramp şərtləri sərtləşdirir: ABŞ-İran müqaviləsi sual altındadır 11:39 FAKTİKİ HAVA: Şahdağda qar yağıb, Kəlbəcərə dolu düşüb 11:42 AZAL bu istiqamətdə uçuşlarını bərpa etdi 09:34 Bütün Xəbərlər