“Azərpoçt” və “Silk Way West Airlines” əməkdaşlıq memorandumu imzaladılar

“Azərpoçt” və “Silk Way West Airlines” əməkdaşlıq memorandumu imzaladılar
17.11.2025 12:05 İKT

AZCON Holding şirkətlərindən olan “Azərpoçt” MMC və regionun aparıcı yükdaşıyıcılarından olan “Silk Way West Airlines” arasında əməkdaşlıq memorandumu imzalanıb.

TodayPress TV xəbər verir ki, “Azərpoçt”dan verilən məlumata görə, memorandum poçt logistikası, hava nəqliyyatı və e-ticarət daşımaları sahələrində tərəfdaşlığın gücləndirilməsini və qarşılıqlı əməkdaşlığın genişləndirilməsini nəzərdə tutur.

Eyni zamanda beynəlxalq və yerli yük daşımaları, poçt çeşidlənməsi, anbar xidmətləri və logistika proseslərinin optimallaşdırılması kimi istiqamətlərdə strateji əməkdaşlığı müəyyən edir. Hər iki qurum öz təcrübə və infrastruktur imkanlarını birləşdirərək Azərbaycanın daxilində və xaricində poçt və yükdaşımanın səmərəliliyini artırmağı hədəfləyir.

Memoranduma əsasən, “Azərpoçt” beynəlxalq e-ticarət bağlamalarının və poçt göndərişlərinin Bakıya və digər istiqamətlərə daşınması üçün “Silk Way West Airlines”a məxsus qlobal uçuş şəbəkəsindən istifadə edəcək. Bu, yük həcmini artıracaq, eyni zamanda ölkə daxilində çeşidləmə, son çatdırılma və emal əməliyyatlarını təmin edəcək.

Qeyd edək ki, əməkdaşlıq, həmçinin Ələt Azad İqtisadi Zonasında yeni imkanların yaranmasına təkan verəcək. Tərəflər burada birgə logistika həlləri və müasir paylama modellərinin tətbiqini planlaşdırır.

TodayPress TV


ЛЕНТА НОВОСТЕЙ
31 мая 2026
Zelenski onların vəzifəsini dəyişmək istəyir 22:26 Yapon turistə qarşı xoşagəlməz hərəkət: 66 yaşlı şəxs cəzalandırıldı - VIDEO 23:38 CNN: İran 18 yeraltı raket saxlama məntəqəsinə girişi bərpa edib 22:11 Tramp ABŞ-nin Türkiyədəki səfirini İraq üzrə xüsusi nümayəndə təyin etdi 21:51 Mingəçevirdə avtomobil 15 yaşlı qızı vurdu 21:47 Britaniyanın “Tempest” qırıcı proqramı gecikir 20:40 İran Prezidenti iqtisadi çətinliklərin səbəblərini açıqladı 20:23 Saratovdan Xəzərə qədər: Zelenski yeni zərbələrdən danışdı 19:24 Qəzzada ölənlərin sayı AÇIQLANDI 18:15 Əlcəzair Prezidenti Azərbaycanla imzalanmış memorandumu təsdiq etdi 20:57 HƏMAS-ın silah anbarları məhv edildi 18:13 Zirə 5 futbolçu ilə yollarını ayırdı 17:43 Türkiyə PUA-larla bağlı yeni sistem tətbiq edir 18:00 "Ermənilər xəritəyə baxsınlar, vəziyyət çətin olacaq" - Overçuk hədələdi 18:11 Neft bahalaşır: Avropa İttifaqı Rusiya ilə bağlı qərarı yenidən nəzərdən keçirir 16:53 İranla danışıqlarda yeni mərhələ: Tramp şərtləri ağırlaşdırır 19:12 Bu ölkə 180 min hərbçilik ehtiyat qoşun yaratmaq istəyir 16:48 Nizaminin Gürcüstandakı abidəsi təhqir olundu - [[VİDEO ]] 18:42 İran ABŞ-yə şərt qoydu: Etibar yaradan addımlar atılmalıdır 16:44 İsrail Livandakı strateji mövqelərini tərk etməyəcək - Kats açıqladı 16:40 Sabahın havası meteohəssas insanlar üçün necə olacaq? 16:19 Livanda ölənlərin sayı açıqlandı 16:08 Bu ailələrə hər ay 500-650 manat ödənilir 15:39 AZAL heyəti Milli Qəhrəman Hökumə Əliyevanın məzarını ziyarət etdi 15:18 Müdafiə Nazirliyinin həftəlik icmalı yayımlandı 15:04 Все новости