NHL-də yeni antirekord
ABŞ Milli Hokkey Liqasının (NHL) Nyu-York “Reyncers” klubu mövsümün əvvəlində evdə keçirdiyi dörd oyunda cəmi bir qol vurub.
TodayPress TV TSN StatsCentre-in “X” sosial şəbəkəsindəki məlumatına istinadən xəbər verir ki, dörd ev oyununda bir qol vurmaq NHL tarixində yeni antirekord sayılır.
Komanda əvvəlcə “Pittsburq Penquins”ə (0:3), sonra “Vaşinqton Kepitals”a (0:1) və “Edmonton Oylers”ə (0:2) hesabı ilə məğlub olub. Yalnız “Minnesota Uayld”la görüşdə (1:3) Artyom Panarin “mavi köynəklilər”in yeganə qolunun müəllifi olub.
Xatırladaq ki, daha əvvəlki zəif göstəricilər 1928/1929 mövsümündə “Pittsburq Payrets” və 2014/2015 mövsümündə “Baffalo Seybrz” komandalarına məxsus idi. Hər iki halda iki qol vurulmuşdu.