Avropada assist reytinqi açıqlandı
Maykl Olise başa çatan mövsümdə ötürmə göstəricisinə görə Avropanın top liqalarında Bruno Fernandeşi geridə qoyub.
TodayPress TV xəbər verir ki, “Bavariya” klubunun vingeri Bundesliqada hər 90 dəqiqəyə orta hesabla 0.74 məhsuldar ötürmə ilə çıxış edib.
Mövsüm üzrə ümumi statistikada Olise 32 oyunda 19 assistlə yadda qalıb. “Mançester Yunayted”in yarımmüdafiəçisi Bruno Fernandeş isə 35 oyunda 21 assistlə 0.62 orta göstəriciyə sahib olub.
Top 5 Avropa liqalarında ən yaxşı assist göstəriciləri belədir:
Bruno Fernandeş - 21 assist (35 oyun, 0.62)
Maykl Olise - 19 assist (32 oyun, 0.74)
Federiko Dimarko - 16 assist (35 oyun, 0.53)
Julian Ryuerson - 15 assist (31 oyun, 0.60)
Luis Dias - 14 assist (32 oyun, 0.51)
Namiq HUN