İntellektual qabiliyyətli bölmələrdən tərxis olunan gənclərlə görüş keçirildi

İntellektual qabiliyyətli bölmələrdən tərxis olunan gənclərlə görüş keçirildi
09.07.2025 16:43 Hərbi

Milli Müdafiə Universitetinin (MMU) tabeliyində fəaliyyət göstərən Cəmşid Naxçıvanski adına Hərbi Liseydə intellektual qabiliyyətli bölmələrin xidmət müddəti başa çatmış şəxsi heyətinin ehtiyata buraxılması münasibətilə təntənəli mərasim keçirilib. 

TodayPress TV xəbər verir ki, əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və Vətən uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni ifa olunub. 

MMU-nun rektoru general-mayor Gündüz Əbdülov Azərbaycan Respublikası Müdafiə Nazirliyində hərbi xidmətkeçmə ilə bağlı yeni konsepsiyaya əsasən, hərbi xidmətdə olan yüksək intellektə malik istedadlı hərbi qulluqçuların gənc əsgərlərin hazırlığı proqramını başa çatdırdıqdan sonra hərbi xidmətlərini MMU-nun tərkibində yaradılmış bölmələrdə xüsusi şəraitdə davam etdirmələrinin ölkəmizdə Ali Baş Komandanın rəhbərliyi ilə hərbi təhsil sahəsində həyata keçirilən uğurlu islahatların nəticəsi olduğunu və hərbi qulluqçuların peşəkarlığının artırılmasına müsbət töhfələr verdiyini xüsusi qeyd edib. Rektor xidmət müddəti başa çatmış gənclərə gələcək həyatlarında uğurlar arzulayıb, dövlətimizin daha da qüdrətlənməsi naminə əzmlə çalışmaları ilə bağlı müvafiq tövsiyələrini verib. 

Şəxsi heyət adından çıxış edən əsgər Şahin Bayramlı xidmət müddətində onların bilik və bacarıqlarının daha da təkmilləşdirilməsi üçün yaradılmış şəraitə və ordu həyatında qazandıqları müsbət keyfiyyətlərə görə MMU rəhbərliyinə və komandir heyətinə minnətdarlığını bildirib. 

Tədbirin sonunda Cəmşid Naxçıvanski adına Hərbi Liseyin orkestr heyətinin ifasında vətənpərvər musiqilər səsləndirilib.

FOTOLAR

İntellektual qabiliyyətli bölmələrdən tərxis olunan gənclərlə görüş keçirildi — 1
İntellektual qabiliyyətli bölmələrdən tərxis olunan gənclərlə görüş keçirildi — 2
İntellektual qabiliyyətli bölmələrdən tərxis olunan gənclərlə görüş keçirildi — 3
XƏBƏR LENTİ
31 MAY 2026
Livanda ölənlərin sayı açıqlandı 16:08 Bu ailələrə hər ay 500-650 manat ödənilir 15:39 AZAL heyəti Milli Qəhrəman Hökumə Əliyevanın məzarını ziyarət etdi 15:18 Müdafiə Nazirliyinin həftəlik icmalı yayımlandı 15:04 SANA: İsrailin hərbi maşınları Suriyaya daxil olub 16:24 Bu istiqamətdə hərəkət edən marşrutun avtobusları dəyişdirilir 14:06 Fransada iğtişaşlar zamanı saxlanılanların sayı 780 nəfərə çatdı - YENİLƏNİB 09:46 Sutka ərzində Hörmüz boğazından 28 gəmi keçib - SEPAH 14:54 Bakıda ilk dəfə ABŞ–Azərbaycan İqtisadi Dialoqu keçiriləcək - YENİLNİB 14:23 Xameneinin iqamətgahı belə vurulub - Müharibənin GİZLİ GÖRÜNTÜLƏRİ 15:46 Leyla Əliyevadan fermer qadına incə davranış - VİDEO 14:19 "Makedon" vəfat etdi 15:00 Tramp Omanı hədələdi 13:40 Azərbaycanlı fotoqraf beynəlxalq sərgi ilə Romada çıxış edir 14:29 Azərbaycan millisi Qazaxıstanla qarşılaşacaq 12:43 Bərədə AĞIR QƏZA: 10 nəfər yaralandı 13:28 Türkiyədə zəncirvari qəzada dörd nəfər öldü 12:13 Sürücülərə XƏBƏRDARLIQ 13:19 Paşinyan "Tramp marşrutu" və yeni dəmir yolu planlarını açıqladı 12:30 Azərbaycanın bəzi rayonlarında şimşək çaxacaq, dolu düşəcək - PROQNOZ 12:45 İran bir "Yasin"ə Azərbaycanı Ermənistana satdı 12:26 İsraildən Livan açıqlaması: Bofort qalası ələ keçirildi 12:07 Xameneinin dəfn mərasiminə hazırlıq başladı 12:20 Azərbaycan millisi Avropa Kubokuna qızıl medalla başladı 12:01 ABŞ-dən narkotacirlərin gəmisinə zərbə: Ölənlər var - VİDEO 11:46 Bütün Xəbərlər