Azərbaycan Ordusunda Zəfərin beşinci ildönümü qeyd edildi

Azərbaycan Ordusunda Zəfərin beşinci ildönümü qeyd edildi
08.11.2025 19:05 АРМИЯ

Müdafiə nazirinin təsdiq etdiyi plana əsasən, 8 Noyabr - Zəfər Gününün beşinci ildönümü ilə əlaqədar Azərbaycan Ordusunda silsilə tədbirlər keçirilib.

Bu barədə TodayPress TV-yə Müdafiə Nazirliyindən bildirilib.

Tədbirlərdə hərbi qulluqçular şəhidlər xiyabanlarını ziyarət edərək Vətən uğrunda canından keçmiş igid döyüşçülərimizin məzarları üzərinə güllər düzüb, xatirələrini hörmət və ehtiramla yad ediblər.

Mərasimlərdə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin, həmçinin ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olan vətəndaşlarımızın xatirələrinə bir dəqiqəlik sükut elan edilib, hərbi orkestrlərin müşayiəti ilə Azərbaycanın Dövlət Himni səsləndirilib.

Silsilə tədbirlərdə Ali Baş Komandanın rəhbərliyi ilə Ordumuzun Vətən müharibəsində qazandığı tarixi qələbənin əhəmiyyətindən, qələbənin qazanılmasında xalqımızın rolundan, igid oğullarımızın şücaətlərindən danışılıb, şəhidlərimizin xatirəsinin daim uca tutulacağı vurğulanıb. Şanlı qələbəmizdən keçən beş il ərzində işğaldan azad edilmiş torpaqlarımızda görülmüş abadlıq və quruculuq işlərindən geniş söhbət açılıb.

Şəxsi heyətə Zəfər və döyüş ruhunun təbliği, Vətənə və dövlətə sədaqət düşüncələrinin, eləcə də milli-mənəvi dəyərlərin aşılanması məqsədilə dəyirmi masalar keçirilib, keçirilmiş döyüş əməliyyatları haqqında ətraflı məlumat verilib.

Vətən müharibəsinə dair sənədli filmlər və videoçarxların nümayişi, hərbi orkestrlərin, Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin, Gəncə Qarnizonu İdeoloji və Mədəniyyət Mərkəzinin, həmçinin mədəniyyət və incəsənət nümayəndələrinin təqdim etdikləri musiqi nömrələri, ədəbi-bədii kompozisiyalar, mədəni-kütləvi və digər tədbirlər şəxsi heyət tərəfindən maraqla qarşılanıb.

Tədbirlərin sonunda yüksək döyüş hazırlığı və nizam-intizamı ilə xidmətdə fərqlənən hərbi qulluqçular fəxri fərman və qiymətli hədiyyələrlə mükafatlandırılıb.

ЛЕНТА НОВОСТЕЙ
02 июня 2026
NBA finalı üçün uşaqlara gec yatmağa “rəsmi icazə” verildi 13:07 Meteohəssas vətəndaşların nəzərinə: Atmosfer təzyiqi enir,yağış yağa bilər 12:59 Sabiq deputat VƏFAT ETDİ 12:57 Ermənistanda hərbçinin meyiti aşkarlandı 12:55 İcarə müddəti başa çatan futbolçular klubdan getdi 12:40 Qızıl almaq istəyənlərin NƏZƏRİNƏ! 12:35 Polis və Məhkəmə rəsmiləri bir araya gəldi- Vətəndaşların hüquq və azadlıqları... 12:25 “Krasnodar” məşqçisi neytral azarkeşlərə münasibət bildirdi 12:11 Tramp “Bibi”sini belə təhqir etdi: Dünyanın danışdığı qalmaqal — SİTAT-SİTAT... 11:53 DÇ-2026 öncəsi böyük əməliyyat: milyonlarla dollarlıq saxta məhsul ələ keçdi 11:49 Скандал с зарплатами на Space TV: крайним остался Вадо 11:49 Tramp elə bir adamı Azərbaycana yollayır ki... - DOSYE 11:48 Prezident Avropadakı ən dost ölkəni təbrik etdi 11:40 “Real Madrid” müdafiəsini ulduz transferlə gücləndirir 11:47 Qızıl ixracında REKORD: 4 ayda 1 milyard dollar... 11:36 По делу о мошенничестве на полмиллиона вынесено новое судебное решение 11:22 Space TV "dağılır" - Maaş vermədiyi məşhur aparıcı da getdi 11:10 Путин «прижал» миллиардеров: цена угроз за закрытыми дверями... 11:09 Astarada gömrükçülər "Kahı" qutularını açdılar - 23 kilo narkotik 11:06 Futbol dünyasının ən güclü məşqçiləri bəlli oldu 11:02 Никол Пашинян передал Азербайджану оружие на 4-5 миллиардов долларов — с каким лицом он просит голоса? 11:00 Azərbaycan XİN İtaliyanı Milli Günü münasibətilə təbrik etdi 10:51 Qazaxıstanı keçən millimiz indi Çexiyanı hədəfləyir 10:43 В Иране неспокойно, власть трещит по швам: президента прижали к стене, КСИР не знает границ 10:39 Azərbaycan onu gözləyir: Tramp yeni elçisini göndərir 10:37 Все новости