Elgün İbrahimov hündürlükdən yıxılaraq ölüb - BİRGƏ MƏLUMAT

Elgün İbrahimov hündürlükdən yıxılaraq ölüb - BİRGƏ MƏLUMAT
29.05.2025 12:24 Hadisə

Xəbər verildiyi kimi, mayın 13-də 2007-ci il təvəllüdlü Elgün İbrahimovun Gəncə şəhərində müalicə aldığı xəstəxanada ölməsi faktı ilə bağlı Gəncə şəhər prokurorluğunda istintaq edilən cinayət işi üzrə intensiv istintaq və əməliyyat axtarış tədbirləri həyata keçirilir.

Bu barədə TodayPress TV-yə Baş Prokurorluqdan məlumat verilib.

Cinayət işi üzrə bütün fərziyyələr, o cümlədən mərhumun intihar etməsi, ehtiyatsızlıqdan yıxılması və ya ona ağır bədən xəsarəti yetirilməsi nəticəsində ölümün baş verməsi kimi hallar yoxlanılıb. 

İstintaqın hazırkı mərhələsində əldə edilmiş sübutlarla yəni, şahid ifadələri, hadisə yerinə, müşahidə kameralarına baxış, meyitin xarici və daxili müayinə edilməsi, telefon məlumatları, məhkəmə-genetik, məhkəmə-tibbi və digər ekspertizaların rəyləri və başqa dəlillərlə müəyyən edilib ki, Elgün İbrahimova hər hansı kənar şəxs və ya şəxslər tərəfindən xəsarət yetirilməyib, ona qarşı heç bir zorakı hərəkətlərə yol verilməmiş, o, hündürlükdən yıxılmaq nəticəsində aldığı çoxsaylı xəsarətlərdən ölüb. 

Həmçinin müəyyən edilib ki, Elgün İbrahimov may ayının 12-də saat 16 radələrində hazırlıq kursundan çıxdıqdan sonra mobil telefonunu sataraq ayrı-ayrı şəxslərə olan pul borcunu qaytarıb. 

Bundan sonra E.İbrahimov Gəncə şəhərində yerləşən “Naxış” çay evində tanışları ilə görüşüb birlikdə spirtli içki qəbul edib, saat 19:40-da həmin yeri onlarla birgə tərk edib Abbas Səhhət adına 1 saylı şəhər xəstəxanasının qarşısına qədər gələrək orada tanışlarından ayrılıb, həmin vaxt E.İbrahimovun üzərində hər hansı xəsarət izləri müşahidə edilməyib. 

Daha sonra E.İbrahimov saat 20:17-də marketdən 2 qutu siqaret alıb əvvəllər də mütəmadi olaraq vaxt keçirdiyi Gəncə şəhəri, M.Xələfov 115 ünvanında yerləşən Texnologiya Universitetinin istifadəsiz yataqxanasına tək halda gedib, qeyd olunan yataqxananın 5-ci mərtəbəsində məhəccərsiz eyvana çıxaraq, orada bir neçə siqaret çəkmiş və eyvandan torpaqla örtülmüş sərt səthi olan həyətə yıxılaraq çoxsaylı xəsarətlər alıb, saat 22:52-də ərazidə olan gözətçi tərəfindən yerdə yaralı vəziyyətdə aşkar edilərək təcili tibbi yardım avtomaşını vasitəsilə xəstəxanaya təxliyə edilib, may ayının 13-də almış olduğu xəsarətlərdən xəstəxanada ölüb.

Bir daha xatırladılır ki, istintaq aparılan dövrdə cinayət işləri üzrə məlumatların yayılması yalnız rəsmi dövlət qurumlarının təsdiqlədiyi informasiyalar əsasında həyata keçirilməli, xüsusilə cəmiyyətin həssaslıqla yanaşdığı məsələlərdə məsuliyyətli və qanunauyğun davranılmalıdır.

Mediadan, sosial şəbəkə istifadəçilərindən və ictimai fəallardan bu məsələdə yüksək həssaslıq göstərmələri, istintaqın gedişinə mane ola biləcək və cəmiyyətdə çaşqınlıq yarada biləcək informasiyaları yaymamaları xahiş olunur.

İbtidai istintaqın gedişatı və nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcək.

XƏBƏR LENTİ
01 IYUN 2026
İlham Əliyev ABŞ rəsmisinə Trampın hədiyyəsini göstərdi - VİDEO 18:42 Rusiya Odessa vilayətindəki xəstəxanaya zərbə endirdi 18:30 Pezeşkiyan Yaponiyaya Hörmüzdən "qırmızı xalça" sərdi 18:13 İsrail Livanı bombalayır 17:57 Müharibə yenidən başlayır? İran ABŞ ilə danışıqları dayandırdı 17:52 Sahibə Qafarova Serbiyada səfərdədir 17:48 Monteneqro Prezidenti Azərbaycan liderini təbrik etdi 17:30 Tramp Əliyevə məktub göndərib - iyun ayında olacaq böyük hadisələrin mesajını verdi: Şifrələri açırıq 17:15 Sabah BTQ dəmir yolu xətti modernləşdirilmədən sonra istifadəyə veriləcək 17:14 Növbəti iki gün hava yağıntılı olacaq - XƏBƏRDARLIQ 16:51 Əraqçi xəbərdarlıq etdi: "Bu halda bütün cəbhələrdə atəşkəs pozulacaq" 16:41 İspan məşqçilərinin uğur sirri açıqlandı! 16:39 Rodri transfer xəbərləri fonunda diqqətini mundiala yönəltdi! 16:34 Rusiya diplomatik əlaqələri genişləndirir - Dörd səfirlik açılacaq 16:32 ABŞ döyüşə hazır vəziyyətdə gözləyir - VİDEO 16:31 Gürcüstandakı azərbaycanlılar qibləni Tehranda, Xamenei fotosuna ibadətdə axtarırlar, niyə? 16:29 “Ağ-qaralar” heyətin vacib üzvlərini qorudu! 16:16 Prezident “Baku Energy Forum”un rəsmi açılış mərasimində iştirak etdi - YENİLƏNDİ 3 10:02 Ordu yavaş-yavaş yığılır - Rusiya və Belarus Ermənistana müdaxiləyə hazırlanır? 16:11 Azərbaycanı dünyada biabır edənlər 16:10 “Qırmızılar” heyətdə ciddi dəyişikliklərə başladı! 16:05 Azərbaycan yalan oldu, Ermənistan "Noldu, Paşinyan?" şüarları ilə çalxalanır 16:00 ABŞ Dövlət katibi elçi göndərdi, Prezident qəbul etdi 15:58 Hemiltonun uğurunun arxasında gizlənən səbəb məlum oldu! 15:55 "Yevlaxa qədər işğal edək" deyən sabiq erməni nazirdən sensassion açıqlama 15:50 Bütün Xəbərlər