Təhsildə təhlükəli meyl - Elmi işlər alış-veriş predmetinə çevrilir

Təhsildə təhlükəli meyl - Elmi işlər alış-veriş predmetinə çevrilir
15.10.2025 15:59 Elm və Təhsil

"Sosial mediada tələbələr üçün “kurs işi”, “diplom işi”, “magistr dissertasiyası” kimi xidmətlərin geniş yayılması təhsilin keyfiyyətinə və akademik dürüstlüyə ciddi mənfi təsir göstərir". 

Bunu təhsil eksperti Kamran Əsədov TodayPress TV-yə açıqlamasında bildirib.

Onun sözlərinə görə, elmi işlərin dürüstlük prinsipləri ilə hazırlanması təkcə akademik məsələ deyil, milli inkişafın intellektual dayağıdır:

"Son illər sosial mediada elmi işlərin kommersiya obyektinə çevrilməsi universitetlərin reputasiyasına və elmi mühitin etibarına ciddi zərbə vurur. Bu, cəmiyyətdə təhlükəli tendensiyanı – nəticəni biliyin üzərində tutmaq psixologiyasını formalaşdırır".

Ekspert əlavə edib ki, “Təhsil haqqında” Qanunun 5-ci maddəsinə görə, təhsil prosesində ədalətlilik, şəffaflıq və biliklərin dürüst qiymətləndirilməsi dövlət siyasətinin əsas prinsiplərindəndir. Lakin sosial mediada elmi işlərin satışa çıxarılması bu prinsipi pozur.

"2024-cü ildə ölkə üzrə universitetlərdə təqdim edilən elmi işlərin təxminən 27 faizi plagiat yoxlamasından keçərkən oxşarlıq dərəcəsi 30 faizdən çox olub. Bu, beynəlxalq göstəricidən 2,5 dəfə yüksəkdir. Avropa ölkələrində bu göstərici 10–12 faiz aralığındadır".

Kamran Əsədov hesab edir ki, bu tendensiya davam edərsə, Azərbaycanın ali təhsil məkanında elmi keyfiyyətin aşağı düşməsi və diplomların etibarlılığının azalması qaçılmaz olacaq.

O, problemin səbəbini tələbələrin etik məsuliyyət hissinin azalması və universitetlərdə nəzarət sisteminin zəifliyində görür:

"Bir çox ali məktəblərdə elmi rəhbərlərin nəzarəti formal xarakter daşıyır. Müdafiə komissiyaları yalnız sənədlərin toplanması mərhələsində aktivləşir. Nəticədə isə sosial şəbəkələrdə "elmi işlər yazılır", "plagiat sıfır", "müdafiə təminatı" kimi elanlar açıq şəkildə yayılır və bu fəaliyyətə hüquqi reaksiya verilmir".

Ekspert vurğulayıb ki, beynəlxalq təcrübədə akademik saxtakarlığa qarşı çox sərt tədbirlər görülür. Məsələn, Böyük Britaniyada “Academic Misconduct Policy” pozulduqda tələbə dərhal universitetdən xaric edilir, Skandinaviya ölkələrində isə elmi işlər avtomatik dövlət antiplagiat bazalarına yüklənir.

Onun sözlərinə görə, Azərbaycan da bu istiqamətdə mühüm addımlar atıb:

"Elm və Təhsil Nazirliyi 2024-cü ildən ‘Antiplagiat’ sistemini vahid dövlət platforması kimi tətbiq edib, dissertasiyaların elektron bazaya yüklənməsini məcburi edib və universitetlərdə Akademik Etika Komissiyalarının fəaliyyətini aktivləşdirib. Bu, çox müsbət və sistemli addımdır. Lakin bəzi universitetlər bu mexanizmləri lazımi səviyyədə icra etmir. Bəzi ali məktəblərdə antiplagiat nəticələri saxta şəkildə azaldılır. Bu da onu göstərir ki, problem texnologiyada deyil, akademik mədəniyyətin zəifliyindədir".

Mütəxəssisin fikrincə, universitetlərdə elmi işlərin mərhələli qiymətləndirilməsi, elmi rəhbərlərin məsuliyyətinin qanunla tənzimlənməsi və tələbələrə erkən mərhələdən akademik yazı bacarıqlarının öyrədilməsi vacibdir. 

"Elm və Təhsil Nazirliyinin şəffaf monitorinqlər aparması, universitetlərdən hesabat tələb etməsi və etik mədəniyyət formalaşdırmaq istiqamətində atdığı addımlar təhsildə islahat xarakteri daşıyır. Nazirliyin məqsədi cəza vermək deyil, dürüstlük mədəniyyəti formalaşdırmaqdır. Əgər universitetlər bu xətti dəstəkləsələr, bir neçə il ərzində sosial mediada elmi iş satışlarının bazarı öz-özünə yox olacaq. Çünki onun alıcısı da, satıcısı da təhsil sistemindən kənarda qalacaq".

Kamran Əsədov sonda qeyd edib ki, “işin müdafiəsi” deyil, “elmi nəticənin dəyəri” əsas göstəriciyə çevrilməlidir:

"Əgər bu islahatlar davam edərsə, tələbələr bilik üçün oxuyacaq, elmi rəhbərlər mentorluq funksiyasını yerinə yetirəcək və elm yenidən dürüst zəhmətin nəticəsi kimi qəbul ediləcək", - deyə o, fikrini sonlandırıb.

Qeyd edək ki, sosial mediada tələbələrə ödənişli elmi işlərin yazılmasını təklif edən səhifələr var. Onlar müxtəlif adlar altında fəaliyyət göstərir, “sürətli müdafiə”, “plagiatsız iş”, “zəmanətli qiymət” kimi ifadələrlə reklamlar paylaşır və tələbələrə hazır kurs, diplom və dissertasiya işləri təklif edirlər. 

Türkan İsgəndərli

TodayPress TV

FOTOLAR

Təhsildə təhlükəli meyl - Elmi işlər alış-veriş predmetinə çevrilir — 1
XƏBƏR LENTİ
02 IYUN 2026
Tennis əfsanəsinin dönüşü dünyanı təəccübləndirdi 13:25 "Elçibəy" Ermənistanı uçuruma aparır... 13:20 Simonyan: Azərbaycana gedirəm, Sahibə xanım dəvət etdi 13:12 NBA finalı üçün uşaqlara gec yatmağa “rəsmi icazə” verildi 13:07 Meteohəssas vətəndaşların nəzərinə: Atmosfer təzyiqi enir 12:59 Sabiq deputat VƏFAT ETDİ 12:57 Ermənistanda hərbçinin meyiti aşkarlandı 12:55 İcarə müddəti başa çatan futbolçular klubdan getdi 12:40 Qızıl almaq istəyənlərin NƏZƏRİNƏ! 12:35 Polis və Məhkəmə rəsmiləri bir araya gəldi- Vətəndaşların hüquq və azadlıqları... 12:25 “Krasnodar” məşqçisi neytral azarkeşlərə münasibət bildirdi 12:11 Tramp “Bibi”sini belə təhqir etdi: Dünyanın danışdığı qalmaqal — SİTAT-SİTAT... 11:53 DÇ-2026 öncəsi böyük əməliyyat: milyonlarla dollarlıq saxta məhsul ələ keçdi 11:49 Space TV-də maaş qalmaqalı: Günah Vadoya qaldı 11:49 Tramp elə bir adamı Azərbaycana yollayır ki... - DOSYE 11:48 Prezident Avropadakı ən dost ölkəni təbrik etdi 11:40 “Real Madrid” müdafiəsini ulduz transferlə gücləndirir 11:47 Qızıl ixracında REKORD: 4 ayda 1 milyard dollar... 11:36 500 minlik məhkəmədə yeni QƏRAR - Əvvəl bəraət, indi isə... 11:22 Space TV "dağılır" - Maaş vermədiyi məşhur aparıcı da getdi 11:10 Putin milyarderləri "tasa oturtdu": Bağlı qapı arxasında hədə-qorxunun maliyyəti... 11:09 Astarada gömrükçülər "Kahı" qutularını açdılar - 23 kilo narkotik 11:06 Futbol dünyasının ən güclü məşqçiləri bəlli oldu 11:02 Nikol Paşinyan Azərbaycana 4-5 milyard dollar dəyərində silah verib - nə üzlə səs istəyir? 11:00 Azərbaycan XİN İtaliyanı Milli Günü münasibətilə təbrik etdi 10:51 Bütün Xəbərlər