Yeni papa gündə 100 kiloqrama qədər məktub alır

Yeni papa gündə 100 kiloqrama qədər məktub alır
16.07.2025 17:52 Dünya

May ayında seçilən Katolik kilsəsinin yeni rəhbəri – Papa XIV Leo qısa müddətdə katolik cəmiyyətində böyük populyarlıq qazanıb.

TodayPress TV xəbər verir ki, bu barədə "AFP" məlumat yayıb.

Vatikana hər gün ona ünvanlanan məktubların çəkisi bəzən 100 kiloqrama çatır. Həftəlik orta göstərici isə 500–550 kiloqram arasında dəyişir.

Bu məktublar Roma yaxınlığında, Fiumicino hava limanı yaxınlığındakı anqar tipli poçt çeşidləmə mərkəzində emal edilir. Mərkəzin rəhbəri Antonello Çidikiomo bildirib ki, məktubların əksəriyyəti ona dəstək ifadə edir, bəzilərində isə dua etməsi xahiş olunur.

“Çoxlu sayda məktub uşaqlardan gəlir. Rəqəmsal dövrdə belə insanların qələmi əllərinə alması sevindiricidir”, - deyə o, "AFP" xəbər agentliyinə açıqlamasında bildirib.

Poçtlar dünyanın müxtəlif yerlərindən – Andorra, Braziliya, Kamerun, Honq Konq və ABŞ-dən daxil olur. Onların bir hissəsi hələ də əl ilə çeşidlənir.

Vatikanda ziyarətçilər papa üçün məktublarını birbaşa poçt ofisinə də təqdim edə bilirlər. Gün ərzində bu ofisdən məktublar dörd dəfə toplanır. Məktublar təhlükəsizlik yoxlamasından keçdikdən sonra papa və onun komandası tərəfindən nəzərdən keçirilir. Əlaqə məlumatı təqdim edənlər bəzən şəxsən papadan cavab alırlar.

Qeyd edək ki, XIV Leonun sələfi Papa Fransisk bəzi məktublara özü şəxsən cavab yazırdı. Onun köməkçiləri həmin cavabları skan edərək elektron poçt vasitəsilə göndərirdilər.

Töhfə Səməd

XƏBƏR LENTİ
01 IYUN 2026
Moskva-İrəvan xəttində gərginlik: Ermənistan səfiri təcili geri çağırıldı 22:03 KİV: "Hizbullah" İsraillə tam atəşkəsə hazırdır 21:35 Tramp özündən çıxdı - Netanyahuya telefonda ağır sözlər dedi 21:53 Ceyhun Bayramov Kaleb Orrla Azərbaycan-ABŞ münasibətlərini müzakirə etdi 21:47 “Tarixin uşaq izləri” adlı sərginin açılışı baş tutdu 21:44 İsrail-Hizbullah xəttində dönüş nöqtəsi: Tramp razılaşmanı açıqladı 21:40 Putinin Paşinyana təbriki: Kreml Ermənistana qarşı yumşalır? 21:23 İran atəşkəsin “qırmızı xətt”ini açıqladı 21:27 Fars körfəzində atəşə tutulan yük gəmisində partlayış baş verdi 19:45 Netanyahuya gözlənilməz çağırış: Hücumları dayandır! 21:14 TƏCİLİ: Netanyahu əmr verdi - Hücumları dayandırın! 21:10 Bakıda Türkiyə və ABŞ-nin yeni əməkdaşlıq imkanları müzakirə olundu 19:32 Bu ərazilərdə qaz olmayacaq 19:27 Netanyahu ilə Tramp arasında telefon danışığı aparılır 20:46 Tehran Tokioya söz verdi: Gəmilərin keçidi üçün addımlar atılacaq 19:22 SON DƏQİQƏ: ABŞ və İsrail ordusu hazır vəziyyətə gətirildi 20:38 Daniel Orteqa Saavedra və Rosario Murilyo Azərbaycan Prezidentini təbrik etdi 20:28 Hakan Fidan Əraqçi ilə danışdı - Nələr müzakirə edildi? 20:31 Bu ölkədə dünya çempionatına pulsuz biletlər paylanılır 19:14 Karol Navrotski İlham Əliyevi təbrik etdi 20:25 Trampın Əliyevə hədiyyəsində möhtəşəm detal – İrəvana səfərdən sonra mesaj verildi 20:13 İlham Əliyev Latviyaya rəsmi səfərə dəvət olundu 20:16 Azərbaycan idmançılarının 2026-cı ilin iyun ayı üçün reytinq cədvəli açıqlandı 19:11 Ukrayna Rusiyaya dron zərbələrinin intensivliyini artırır: Büdcədəki “dəlik” böyüyür 19:59 Millimiz Dünya Kubokuna qələbə ilə start verdi 19:42 Bütün Xəbərlər