Vaşinqton sanksiyaları ləğv etdi: Rusiya rəsmiləri və tankerlər siyahıdan çıxarıldı
ABŞ Maliyyə Nazirliyi Rusiyaya qarşı sanksiya siyahısından iki tanker və 11 fiziki şəxsin çıxarıldığını açıqlayıb.
TodayPress TV xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsinin (OFAC) saytında məlumat yerləşdirilib.
Məlumata görə, sanksiyalar keçmiş Rusiya Dövlət Dumasının deputatı və Arktika tədqiqatçısı Artur Çilinqarov, Nijni Novqorod vilayətindən keçmiş senator Vladimir Lebedev, həmçinin Murmansk vilayətindən keçmiş Federasiya Şurası üzvü Tatyana Saxarova da daxil olmaqla bir sıra şəxslərə qarşı ləğv edilib.
Bundan başqa, “LINDA” və “LADY D” adlı tankerlər də sanksiya siyahısından çıxarılıb.
Aysel Mətləb