Peruda 3800 illik qədim Karal şəhəri ziyarətçilərə açıldı

Peruda 3800 illik qədim Karal şəhəri ziyarətçilərə açıldı
14.07.2025 20:00 Dünya

Peruda yerləşən və dünyanın ən qədim sivilizasiyalarından biri sayılan Karal mədəniyyətinə aid 3800 illik Peniko qalası səkkiz illik arxeoloji araşdırma və bərpadan sonra ziyarətçilərin üzünə açılıb.

TodayPress TV xəbər verir ki, "AFP" agentliyinin məlumatına görə, rəsmi açılış mərasimi Şimal And bölgəsindən gəlmiş sənətçilərin ənənəvi “pututus” (dəniz ilbizindən hazırlanan borular) ilə ifası və Pachamama – Yer Anaya edilən ritualla müşayiət olunub.

Ritualda kənd təsərrüfatı məhsulları, koka yarpaqları və yerli içkilər təqdim edilib.

Arxeoloq Rut Şeydi bildirib ki, Peniko eramızdan əvvəl 1800–1500-cü illərə aid yaşayış məskəni olub və 600 metr yüksəklikdə, çayın daşqınlarından qorunmaq üçün geoloji terras üzərində inşa edilib. O qeyd edib ki, bu məkan Sakit okean sahilindəki erkən insan icmaları ilə And və Amazon bölgələrinin sakinləri arasında ticarət və qarşılıqlı əlaqə mərkəzi kimi fəaliyyət göstərib.

2017-ci ildə başlanan qazıntılar nəticəsində ərazi üzrə 18 müxtəlif tikili, o cümlədən inzibati və yaşayış binaları aşkar edilib. Arxeoloqlar hesab edir ki, Peniko qədim Yaxın Şərq və Asiya mədəniyyətləri ilə eyni dövrdə mövcud olmuş təşkilatlanmış şəhər mərkəzlərindən biridir.

Tədqiqatçılar ümid edirlər ki, bu yer Karal sivilizasiyasının süqutunu sürətləndirən böhranların səbəblərini anlamağa yardım edəcək.

Qiymət Mahir

XƏBƏR LENTİ
02 IYUN 2026
"Qərb gec-tez bunu başa düşəcək" – Kiyevdən yeni xəbərdarlıq 10:10 Konstruksiyalardan və hündür ağaclardan uzaq durun - FHN-dən XƏBƏRDARLIQ! 10:07 DİQQƏT! Qabiliyyət imtahanlarına qeydiyyat başa çatır 09:58 Qatarın qarşısına qəflətən çıxan gənc öldü 09:50 Yeni mövsümü planlaşdırırdı, amma istefa xəbəri aldı 09:44 Mobil telefon kimi top: Mundialın ən maraqlı yeniliyi 09:38 Təbii qazın dəyəri artdı 09:36 Neft qiymətləri ucuzlaşdı - Son Rəqəmlər! 09:20 Rusiya Ukraynanı yenidən vurdu: Ölənlər və yaralananlar var - VİDEO 09:09 ABŞ-nin təzə qurbanı OMAN: Bu dəfə İranın nişangahında 09:02 NASA-dan yadplanetlilərin cəsədləri ilə bağlı AÇIQLAMA 08:45 Sürücülərin NƏZƏRİNƏ - Bu yollar... 08:32 "İlski" neft emalı zavoduna hücum - Anbaan görüntülər 08:28 Dişlərin qaralmasını dayandırmaq mümkündürmü? - Mütəxəssis rəyi 23:45 Yox olmaq üzrə olan növ üçün sevindirici xəbər: İki quş dünyanı heyrətləndirdi 23:42 Çoxlarının zərərsiz bildiyi içki: Alkoqolizmin ən məkrli forması hansıdır? 23:38 Baş ağrısından qurtulmağın SADƏ ÜSULU 23:36 Vəfat etmiş kanadalı hokkeyçinin beyni alimlərə təhvil veriləcək 23:34 Diabet birdən yaranmır: Rusiyalı həkim təhlükəli amilləri sadaladı 23:32 İsrail xüsusi təyinatlıları Livanda itkilər verdi 00:06 Avropa çempionatı: Minifutbol millimiz Qazaxıstanı məğlub etdi 01:35 “Yaxşı polis, pis polis”: Kreml Paşinyana qarşı hansı oyunu oynayır? 00:03 Simonyan Bakıya gəlmədiyi üçün təəssüflənir 00:57 Oman dənizində gərginlik: SEPAH ABŞ və İsrail gəmisini RAKETLƏ VURDU 00:42 Turizm statistikası düşündürür: Problem sərhədlərdədir? 23:54 Bütün Xəbərlər