Medvedyev gözünü yumub ağzını açdı: O fırıldaqçı bizi axmaq hesab edir!
Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedyev Ermənistanın baş naziri Nikol Paşinyanın siyasətini kəskin tənqid edib.
TodayPress TV xəbər verir ki, o bu barədə "RİA"ya müsahibəsində danışıb.
Medvedyev vurğulayıb ki, Moskvanın strateji tərəfdaşı Ermənistan xalqıdır hər hansı bir Ermənistan lideri və ya rəhbəri deyil.
“Ermənistan bizim üçün tarixən çox yaxın ölkədir, strateji tərəfdaşımızdır. Xüsusi olaraq vurğulayıram: bratский (qardaş) Ermənistan xalqı, hər hansı bir erməni “начальник” yox”, — deyə Medvedyev bildirib.
O, Paşinyanı fırıldaqçı adlandıraraq, onun Ermənistanı Ukrayna yoluna itələdiyini və Rusiya ilə münasibətləri qəsdən pozma kursu götürdüyünü deyib.
Medvedyev xəbərdarlıq edib ki, Paşinyanın siyasəti nəticəsində Ermənistan Rusiya bazarını və bütün Avrasiya İqtisadi Birliyini itirə bilər. Paşinyan eyni zamanda AİB-in üstünlüklərindən yararlanmaq istəyir, amma Avropa İttifaqına yaxınlaşmağa çalışır.
“Paşinyan Qərbdə “dolu avtoritet” qazanmaq üçün Rusiya ilə əlaqələri riskə atır. O, rusları “лох” (axmaq) hesab edir, amma əziyyət çəkənlər bütün erməni xalqı olacaq”, — Medvedyev əlavə edib.
Jalə Rövşən