Cənubi Koreyada məktəblərdə mobil telefon istifadəsi qadağan edildi

Cənubi Koreyada məktəblərdə mobil telefon istifadəsi qadağan edildi
27.08.2025 13:27 Dünya

Cənubi Koreya Milli Assambleyası məktəblərdə dərs saatlarında mobil telefon və ağıllı cihazların istifadəsini qadağan edən qanun layihəsini qəbul edib.

TodayPress TV xəbər verir ki, bu barədə "The Korea Herald" qəzeti məlumat yayıb. 

Qanun layihəsi Milli Assambleyada keçirilən səsvermədə iştirak edən 163 deputatdan 115-nin səsi ilə təsdiqlənib.

Yeni qanuna əsasən, şagirdlər dərs saatlarında mobil telefon və digər ağıllı cihazlardan istifadə edə bilməyəcəklər. Yalnız fiziki məhdudiyyətləri olan və xüsusi təhsilə ehtiyacı olan şagirdlər, eləcə də təcili vəziyyətlərdə istisnalar nəzərdə tutulur.

Qanun 2026-cı ilin mart ayından, yəni yeni tədris ilindən etibarən qüvvəyə minəcək.

Cənubi Koreya Təhsil Nazirliyinin məlumatına görə, ölkə əhalisinin təxminən dörddə biri mobil telefonlara həddindən artıq bağlıdır. Bu göstərici 10-19 yaş arası yeniyetmələr arasında 43 faizədək yüksəlir. Araşdırmalar göstərir ki, gənclərin üçdə birindən çoxu sosial şəbəkələrdə keçirdikləri vaxtı nəzarətdə saxlaya bilmirlər.

Qeyd edək ki, Cənubi Koreya bu qərarla yanaşı, artıq Fransa, Finlandiya, İtaliya, Niderland və Çin kimi ölkələrdə də şagirdlərin telefon istifadəsinə müxtəlif səviyyələrdə məhdudiyyətlər tətbiq edilib.

Aysel Mətləb

XƏBƏR LENTİ
02 IYUN 2026
"Qərb gec-tez bunu başa düşəcək" – Kiyevdən yeni xəbərdarlıq 10:10 Konstruksiyalardan və hündür ağaclardan uzaq durun - FHN-dən XƏBƏRDARLIQ! 10:07 DİQQƏT! Qabiliyyət imtahanlarına qeydiyyat başa çatır 09:58 Qatarın qarşısına qəflətən çıxan gənc öldü 09:50 Yeni mövsümü planlaşdırırdı, amma istefa xəbəri aldı 09:44 Mobil telefon kimi top: Mundialın ən maraqlı yeniliyi 09:38 Təbii qazın dəyəri artdı 09:36 Neft qiymətləri ucuzlaşdı - Son Rəqəmlər! 09:20 Rusiya Kiyevi yer üzündən silir - Gecə boyunca zərbələr davam edir - VİDEO 09:09 ABŞ-nin təzə qurbanı OMAN: Bu dəfə İranın nişangahında 09:02 NASA-dan yadplanetlilərin cəsədləri ilə bağlı AÇIQLAMA 08:45 Sürücülərin NƏZƏRİNƏ - Bu yollar... 08:32 "İlski" neft emalı zavoduna hücum - Anbaan görüntülər 08:28 Dişlərin qaralmasını dayandırmaq mümkündürmü? - Mütəxəssis rəyi 23:45 Yox olmaq üzrə olan növ üçün sevindirici xəbər: İki quş dünyanı heyrətləndirdi 23:42 Çoxlarının zərərsiz bildiyi içki: Alkoqolizmin ən məkrli forması hansıdır? 23:38 Baş ağrısından qurtulmağın SADƏ ÜSULU 23:36 Vəfat etmiş kanadalı hokkeyçinin beyni alimlərə təhvil veriləcək 23:34 Diabet birdən yaranmır: Rusiyalı həkim təhlükəli amilləri sadaladı 23:32 İsrail xüsusi təyinatlıları Livanda itkilər verdi 00:06 Avropa çempionatı: Minifutbol millimiz Qazaxıstanı məğlub etdi 01:35 “Yaxşı polis, pis polis”: Kreml Paşinyana qarşı hansı oyunu oynayır? 00:03 Simonyan Bakıya gəlmədiyi üçün təəssüflənir 00:57 Oman dənizində gərginlik: SEPAH ABŞ və İsrail gəmisini RAKETLƏ VURDU 00:42 Turizm statistikası düşündürür: Problem sərhədlərdədir? 23:54 Bütün Xəbərlər