Britaniya: Zelenski Trampın düşüncəsini dəyişməyə çalışacaq
Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ səfəri zamanı Prezident Donald Trampla görüşdə onun Rusiya ilə bağlı mövqeyinə təsir göstərməyə çalışacaq.
TodayPress TV xəbər verir ki, bunu analitik Maykl Klark “Sky News”a açıqlamasında bildirib.
Klarkın sözlərinə görə, Zelenski bu məqsədlə “aktyorluq bacarığından” istifadə etməlidir. O qeyd edib ki, səfərin əsas məqsədlərindən biri Ukraynanın ABŞ-dən hansı silahları ala biləcəyini müəyyənləşdirmək və Trampın Rusiya barədə fikirlərini dəyişmək cəhdidir.
Zelenski Trampla görüşünü təsdiqləyib və Ukraynanın “Tomahavk” raketlərinə olan ehtiyacı barədə fikirlərini bölüşəcəyini bildirib. ABŞ Prezidenti Tramp isə hələ bu məsələ ilə bağlı yekun qərar vermədiyini açıqlayıb.
Jalə Rövşən