125 min ilədək yaşı olan mamont dişi tapıldı

125 min ilədək yaşı olan mamont dişi tapıldı
07.09.2025 03:15 Dünya

Almaniyanın Düsseldorf şəhərində, Reyn çayının sahilində 125 min ilədək yaşı olan mamont dişi tapılıb.

TodayPress TV “Tagesschau” xəbər xidmətinə istinadən xəbər verir ki, həvəskar arxeoloq tərəfindən aşkarlanan dişin uzunluğu 30 santimetr, çəkisi 4 kiloqramdır.

Bonn şəhərindəki Torpaq Abidələrinin Qorunması İdarəsinin arxeoloqu Filip Şulte bildirib ki, dişin qorunma vəziyyəti qeyri-adi dərəcədə yaxşıdır və üzərindəki cızıqlar tipik xüsusiyyətlərdir. Dişin uzun müddət suda saxlanılması tələb olunur. Tapıntının deqradasiyasının qarşısının alınması üçün Rur muzeyində müvafiq işlər görülür.

Dişi tapan 44 yaşlı həvəskar arxeoloq illərdir ki, Reyn çayının sahilində qədim əşyalar axtardığını, Roma və Kelt dövrlərinə aid bir sıra tapıntılar aşkarladığını bildirib. Onun kolleksiyasına sikkələr, saatlar və hələ partlamamış bombalar da daxildir.

Qeyd edək ki, mamont dişləri 2012-ci ildə Düsseldorfda və Qelsenkirxen şəhərlərində inşaat işləri zamanı aşkarlanıb.

TodayPress TV

XƏBƏR LENTİ
02 IYUN 2026
DİQQƏT! Qabiliyyət imtahanlarına qeydiyyat başa çatır 09:58 Qatarın qarşısına qəflətən çıxan gənc öldü 09:50 Yeni mövsümü planlaşdırırdı, amma istefa xəbəri aldı 09:44 Mobil telefon kimi top: Mundialın ən maraqlı yeniliyi 09:38 Təbii qazın dəyəri artdı 09:36 Neft qiymətləri ucuzlaşdı - Son Rəqəmlər! 09:20 Rusiya Ukraynanı yenidən vurdu: Ölənlər və yaralananlar var - VİDEO 09:09 Sanksiya siqnalı verildi: ABŞ Omanı niyə hədəf aldı? 09:02 NASA-dan yadplanetlilərin cəsədləri ilə bağlı AÇIQLAMA 08:45 Sürücülərin NƏZƏRİNƏ - Bu yollar... 08:32 "İlski" neft emalı zavoduna hücum - Anbaan görüntülər 08:28 Dişlərin qaralmasını dayandırmaq mümkündürmü? - Mütəxəssis rəyi 23:45 Yox olmaq üzrə olan növ üçün sevindirici xəbər: İki quş dünyanı heyrətləndirdi 23:42 Çoxlarının zərərsiz bildiyi içki: Alkoqolizmin ən məkrli forması hansıdır? 23:38 Baş ağrısından qurtulmağın SADƏ ÜSULU 23:36 Vəfat etmiş kanadalı hokkeyçinin beyni alimlərə təhvil veriləcək 23:34 Diabet birdən yaranmır: Rusiyalı həkim təhlükəli amilləri sadaladı 23:32 İsrail xüsusi təyinatlıları Livanda itkilər verdi 00:06 Avropa çempionatı: Minifutbol millimiz Qazaxıstanı məğlub etdi 01:35 “Yaxşı polis, pis polis”: Kreml Paşinyana qarşı hansı oyunu oynayır? 00:03 Simonyan Bakıya gəlmədiyi üçün təəssüflənir 00:57 Oman dənizində gərginlik: SEPAH ABŞ və İsrail gəmisini RAKETLƏ VURDU 00:42 Turizm statistikası düşündürür: Problem sərhədlərdədir? 23:54 Yaxın Şərqdə kritik dönüş: Hizbullah atəşkəsi qəbul etdi 23:59 Müqavimət göstərən sürücü saxlanıldı 23:47 Bütün Xəbərlər