Prezident İlham Əliyev Laçın şəhərində sakinlərlə görüşdü - YENİLƏNDİ

Prezident İlham Əliyev Laçın şəhərində sakinlərlə görüşdü - YENİLƏNDİ
27.05.2025 15:45 Daxili siyasət

Mayın 27-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Laçın şəhərində sakinlərlə görüşüb və onlarla söhbət edib. 

TodayPress TV xəbər verir ki, dövlətimizin başçısını salamlayan sakinlər dedilər:

Xoş gəlmisiniz, cənab Prezident. 

Prezident İlham Əliyev: Sağ olun. 

Sakin: Cənab Prezident, üçüncü dəfədir Sizinlə görüşürük. 

Prezident İlham Əliyev: Salam, necəsiniz? 

Sakin: Çox sağ olun. 

Prezident İlham Əliyev: Birinci gələnlərdənsiniz, elədimi? 

Sakin: Bəli, birinci gələnlərdənik. 

Sakin: Olar, bəlkə bizim evdə bir şəkil çəkdirək? 

Prezident İlham Əliyev: Olar, çəkdirək. 

Sakin: Cənab Prezident, bu da xüsusi təyinatlıdır. 

Prezident İlham Əliyev: Ay maşallah, ay maşallah. Neçə yaşı var? 

Sakin: Beş. 

Prezident İlham Əliyev: Maşallah. Rütbəsi də var. 

Sakin: Bəli, bəli. 

Prezident İlham Əliyev: Rütbəni kim verib sənə, özün? Sən mütləq general olacaqsan. Necə yaşayırsınız? 

Sakinlər: Çox şükür, yaxşı. Hər şey yaxşıdır. Gözəl havası, gözəl suyu. 

Sakin: Biz elə birinci köçənlərdənik, o vaxtdan da burada yaşayırıq. 

Prezident İlham Əliyev: Bəli, birinci köçənlərdən. 

Sakin: Biz də Əməkdar müəllimlərik. Sizinlə şəkil çəkdirmək istəyirik, şagirdlərimizlə, zəhmət olmasa. 

Prezident İlham Əliyev: Gəlin, belə duraq. Burada harada dursan yenə də cənnət görünür. Balacanı da mən götürüm qucağıma. Balaca, gəl buraya. 

Sakinlər: Çox sağ olun. Allah Sizə ömür versin, cansağlığı versin. 

Prezident İlham Əliyev: Sağ olun, sizə də cansağlığı. Məktəbdə işlər yaxşıdır? 

Sakin: Bəli, əladır, çox gözəldir. 

Prezident İlham Əliyev: Həyətyanı sahə var? 

Sakin: Bəli, var. Çox sağ olun, təşəkkür edirəm, cənab Prezident. 

Prezident İlham Əliyev: Sabah bayram günüdür. Bayram münasibətilə sizi təbrik edirəm. 

Sakinlər: Çox sağ olun, var olun, cənab Prezident. Allah Sizə ömür versin.

***

14:07

Mayın 27-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Laçın şəhərində sakinlərlə görüşüb və onlarla söhbət edib.

FOTOLAR

Prezident İlham Əliyev Laçın şəhərində sakinlərlə görüşdü - YENİLƏNDİ — 1
Prezident İlham Əliyev Laçın şəhərində sakinlərlə görüşdü - YENİLƏNDİ — 2
Prezident İlham Əliyev Laçın şəhərində sakinlərlə görüşdü - YENİLƏNDİ — 3
Prezident İlham Əliyev Laçın şəhərində sakinlərlə görüşdü - YENİLƏNDİ — 4
Prezident İlham Əliyev Laçın şəhərində sakinlərlə görüşdü - YENİLƏNDİ — 5
XƏBƏR LENTİ
31 MAY 2026
Livanda ölənlərin sayı açıqlandı 16:08 Bu ailələrə hər ay 500-650 manat ödənilir 15:39 AZAL heyəti Milli Qəhrəman Hökumə Əliyevanın məzarını ziyarət etdi 15:18 Müdafiə Nazirliyinin həftəlik icmalı yayımlandı 15:04 SANA: İsrailin hərbi maşınları Suriyaya daxil olub 16:24 Bu istiqamətdə hərəkət edən marşrutun avtobusları dəyişdirilir 14:06 Fransada iğtişaşlar zamanı saxlanılanların sayı 780 nəfərə çatdı - YENİLƏNİB 09:46 Sutka ərzində Hörmüz boğazından 28 gəmi keçib - SEPAH 14:54 Bakıda ilk dəfə ABŞ–Azərbaycan İqtisadi Dialoqu keçiriləcək - YENİLNİB 14:23 Xameneinin iqamətgahı belə vurulub - Müharibənin GİZLİ GÖRÜNTÜLƏRİ 15:46 Leyla Əliyevadan fermer qadına incə davranış - VİDEO 14:19 "Makedon" vəfat etdi 15:00 Tramp Omanı hədələdi 13:40 Azərbaycanlı fotoqraf beynəlxalq sərgi ilə Romada çıxış edir 14:29 Azərbaycan millisi Qazaxıstanla qarşılaşacaq 12:43 Bərədə AĞIR QƏZA: 10 nəfər yaralandı 13:28 Türkiyədə zəncirvari qəzada dörd nəfər öldü 12:13 Sürücülərə XƏBƏRDARLIQ 13:19 Paşinyan "Tramp marşrutu" və yeni dəmir yolu planlarını açıqladı 12:30 Azərbaycanın bəzi rayonlarında şimşək çaxacaq, dolu düşəcək - PROQNOZ 12:45 İran bir "Yasin"ə Azərbaycanı Ermənistana satdı 12:26 İsraildən Livan açıqlaması: Bofort qalası ələ keçirildi 12:07 Xameneinin dəfn mərasiminə hazırlıq başladı 12:20 Azərbaycan millisi Avropa Kubokuna qızıl medalla başladı 12:01 ABŞ-dən narkotacirlərin gəmisinə zərbə: Ölənlər var - VİDEO 11:46 Bütün Xəbərlər