Təhlükəli tullantıların Cəngi Pestisid Poliqonuna daşınır

Təhlükəli tullantıların Cəngi Pestisid Poliqonuna daşınır
14.08.2025 15:24 Cəmiyyət

Respublika ərazisində istifadəyə yararsız və istifadəsi qadağan olunmuş pestisidlər və aqrokimyəvi maddələrlə bağlı problemlərin aradan qaldırılmasına dair Tədbirlər Planının icrası məqsədilə sistemli işlər görülür. 

TodayPress TV xəbər verir ki, planın həyata keçirilməsi məqsədilə Kənd Təsərrüfatı Nazirliyi,  Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi,  Fövqəladə Hallar Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Daxili İşlər Nazirliyinin nümayəndələrindən ibarət işçi qruplar yaradılmaqla, 11 rayon üzrə 14 məntəqədən daşınması məqsədəuyğun hesab olunan təhlükəli tullantılara dair kütlə müəyyən edilib.

Bu çərçivədə  Samux rayonu ərazisində yerləşən keçmiş Kənd Kimya Birliyinin ərazisindən 64 m3 pestisid qalığı ilə çirklənmiş torpaq qatı xüsusi nəqliyyat vasitələri ilə Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Cəngi Pestisid Poliqonuna daşınıb. 

Ümumilikdə proses çərçivəsində keçmiş Kənd Kimya Birliklərindən poliqona respublikanın 11 ərazisində yerləşən 14 məntəqədən 5088 m3 pestisid qalığı ilə çirklənmiş torpaq kütləsinin Cəngi Pestisid Poliqonuna daşınması planlaşdırılır.

Ötən il Ağstafa və Beyləqan rayonlarından ümumilikdə 747 ton istifadəyə yararsız pestisid və həmin maddələrlə bilavasitə qarışaraq çirklənmiş torpaq kütləsi zərərsizləşdirmək məqsədilə xüsusi nəqliyyat vasitəsilə Aqrar Xidmətlər Agentliyinin Cəngi Pestisid Poliqonuna daşınıb.

Təhlükəli maddələrin daşınması prosesinə cəlb olunan Cəngi Pestisid Poliqonunun xüsusi təlim keçmiş əməkdaşlarığının hazırlıq səviyyəsi, texniki avadanlıqların istismara yararlılığı Aqrar Xidmətlər Agentliyinin Bitki Mühafizəsi və Fumiqasiya (zərərsizləşdirmə) Mərkəzi tərəfindən daim nəzarətdə saxlanılır. Təhlükəli tullantıların poliqonda qəbulu zamanı əməkdaşlar əməyin mühafizəsi və təhlükəsiz texnikası qaydalarına əməl olunması məqsədilə xüsusi geyim dəstləri və avadanlıqlarla təmin olunublar. 

Qeyd edək ki, SSRİ-nin süqutundan sonra baxımsız vəziyyətdə qalan Kənd Kimya Birlikləri təbiətin və antropagen amillərin təsirindən dağılıb, burada saxlanan kimyəvi maddələr istismara yararsız vəziyyətə düşüb. SSRi dövründə pestisidlər əsasən metal çəlləklərdə saxlanılıb və zamanın təsiri ilə korroziyaya uğrayaraq pestisidlərin torpaqla təmasına şərait yaranıb. Dünyada istifadəsi beynəlxalq hüquq normalarına uyğun olaraq qadağan edilmiş pestisidlərin istifadəyə yararsız vəziyyətə düşmüş qalıqları  istər flora və faunanı, istərsə də insan sağlamlığını təhlükə altına alır. Bu məqsədlə istifadəyə yararsız, parçalanmayan üzvi birləşmələr Cəngi Pestisid Poliqonunda saxlanılır və onların ətraf mühitə vurduğu ziyan minimallaşdırılır. Bu səbəbdən tullantıların poliqona daşınması bilavasitə ətraf mühitin qorunması baxımından xüsusi əhəmiyyət kəsb edir.

FOTOLAR

Təhlükəli tullantıların Cəngi Pestisid Poliqonuna daşınır — 1
Təhlükəli tullantıların Cəngi Pestisid Poliqonuna daşınır — 2
Təhlükəli tullantıların Cəngi Pestisid Poliqonuna daşınır — 3
Təhlükəli tullantıların Cəngi Pestisid Poliqonuna daşınır — 4
Təhlükəli tullantıların Cəngi Pestisid Poliqonuna daşınır — 5
XƏBƏR LENTİ
31 MAY 2026
Livanda ölənlərin sayı açıqlandı 16:08 Bu ailələrə hər ay 500-650 manat ödənilir 15:39 AZAL heyəti Milli Qəhrəman Hökumə Əliyevanın məzarını ziyarət etdi 15:18 Müdafiə Nazirliyinin həftəlik icmalı yayımlandı 15:04 SANA: İsrailin hərbi maşınları Suriyaya daxil olub 16:24 Bu istiqamətdə hərəkət edən marşrutun avtobusları dəyişdirilir 14:06 Fransada iğtişaşlar zamanı saxlanılanların sayı 780 nəfərə çatdı - YENİLƏNİB 09:46 Sutka ərzində Hörmüz boğazından 28 gəmi keçib - SEPAH 14:54 Bakıda ilk dəfə ABŞ–Azərbaycan İqtisadi Dialoqu keçiriləcək - YENİLNİB 14:23 Xameneinin iqamətgahı belə vurulub - Müharibənin GİZLİ GÖRÜNTÜLƏRİ 15:46 Leyla Əliyevadan fermer qadına incə davranış - VİDEO 14:19 "Makedon" vəfat etdi 15:00 Tramp Omanı hədələdi 13:40 Azərbaycanlı fotoqraf beynəlxalq sərgi ilə Romada çıxış edir 14:29 Azərbaycan millisi Qazaxıstanla qarşılaşacaq 12:43 Bərədə AĞIR QƏZA: 10 nəfər yaralandı 13:28 Türkiyədə zəncirvari qəzada dörd nəfər öldü 12:13 Sürücülərə XƏBƏRDARLIQ 13:19 Paşinyan "Tramp marşrutu" və yeni dəmir yolu planlarını açıqladı 12:30 Azərbaycanın bəzi rayonlarında şimşək çaxacaq, dolu düşəcək - PROQNOZ 12:45 İran bir "Yasin"ə Azərbaycanı Ermənistana satdı 12:26 İsraildən Livan açıqlaması: Bofort qalası ələ keçirildi 12:07 Xameneinin dəfn mərasiminə hazırlıq başladı 12:20 Azərbaycan millisi Avropa Kubokuna qızıl medalla başladı 12:01 ABŞ-dən narkotacirlərin gəmisinə zərbə: Ölənlər var - VİDEO 11:46 Bütün Xəbərlər