Rusiyanın "Rəsul Həmzətov" sərhəd gözətçi gəmisi Bakı limanına gəldi

Rusiyanın "Rəsul Həmzətov" sərhəd gözətçi gəmisi Bakı limanına gəldi
23.09.2025 14:17 Cəmiyyət

Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin Sahil Mühafizəsinin "Rəsul Həmzətov" sərhəd gözətçi gəmisi sentyabrın 23-də Bakı limanına gəlib.

TodayPress TV xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidməti (DSX) məlumat yayıb.

Bildirilib ki, səfər çərçivəsində Azərbaycan və Rusiya nümayəndə heyətləri iki ölkənin sərhəd mühafizə qurumları arasında keçirilmiş tədbirlər, Xəzər dənizində mövcud əməliyyat şəraiti barədə fikir mübadiləsinin aparılması, birgə əməliyyat-profilaktik tədbirləri zamanı qarşılıqlı əlaqələrin nəticələrinin müzakirəsi, eləcə də sərhəd nümayəndəliyi aparatları arasında məlumat mübadiləsinin dəqiqləşdirilməsi nəzərdə tutulub.

Səfər müddətində "Sərhədçi" İdman Mərkəzində Azərbaycan və Rusiya Sahil Mühafizəsi nümayəndələri arasında futbol üzrə yoldaşlıq görüşünün keçirilməsi, qarşılıqlı qaydada tərəflərin sərhəd gözətçi gəmilərinin ziyarət edilməsi planlaşdırılır.

Mədəni tədbirlər çərçivəsində qonaqların "Heydər Əliyev Mərkəzi" və "Atəşgah məbədi" Dövlət Tarix-Memarlıq Qoruğuna səfəri, həmçinin Bakı şəhərinin mədəni-tarixi abidələri ilə tanışlığı təşkil ediləcək.

TodayPress TV

FOTOLAR

Rusiyanın "Rəsul Həmzətov" sərhəd gözətçi gəmisi Bakı limanına gəldi — 1
Rusiyanın "Rəsul Həmzətov" sərhəd gözətçi gəmisi Bakı limanına gəldi — 2
Rusiyanın "Rəsul Həmzətov" sərhəd gözətçi gəmisi Bakı limanına gəldi — 3
Rusiyanın "Rəsul Həmzətov" sərhəd gözətçi gəmisi Bakı limanına gəldi — 4
Rusiyanın "Rəsul Həmzətov" sərhəd gözətçi gəmisi Bakı limanına gəldi — 5
Rusiyanın "Rəsul Həmzətov" sərhəd gözətçi gəmisi Bakı limanına gəldi — 6
Rusiyanın "Rəsul Həmzətov" sərhəd gözətçi gəmisi Bakı limanına gəldi — 7
Rusiyanın "Rəsul Həmzətov" sərhəd gözətçi gəmisi Bakı limanına gəldi — 8
Rusiyanın "Rəsul Həmzətov" sərhəd gözətçi gəmisi Bakı limanına gəldi — 9
XƏBƏR LENTİ
31 MAY 2026
"Makedon" vəfat etdi 15:00 Tramp Omanı hədələdi 13:40 Azərbaycanlı fotoqraf beynəlxalq sərgi ilə Romada çıxış edir 14:29 Azərbaycan millisi Qazaxıstanla qarşılaşacaq 12:43 Bərədə AĞIR QƏZA: 10 nəfər yaralandı 13:28 Türkiyədə zəncirvari qəzada dörd nəfər öldü 12:13 Sürücülərə XƏBƏRDARLIQ 13:19 Paşinyan "Tramp marşrutu" və yeni dəmir yolu planlarını açıqladı 12:30 Azərbaycanın bəzi rayonlarında şimşək çaxacaq, dolu düşəcək - PROQNOZ 12:45 İran bir "Yasin"ə Azərbaycanı Ermənistana satdı 12:26 İsraildən Livan açıqlaması: Bofort qalası ələ keçirildi 12:07 Xameneinin dəfn mərasiminə hazırlıq başladı 12:20 Azərbaycan millisi Avropa Kubokuna qızıl medalla başladı 12:01 ABŞ-dən narkotacirlərin gəmisinə zərbə: Ölənlər var - VİDEO 11:46 Tramp şərtləri sərtləşdirir: ABŞ-İran müqaviləsi sual altındadır 11:39 FAKTİKİ HAVA: Şahdağda qar yağıb, Kəlbəcərə dolu düşüb 11:42 AZAL bu istiqamətdə uçuşlarını bərpa etdi 09:34 Türkiyədə sərnişin avtobusu yanıb, ölənlər var 09:37 ABŞ-İran danışıqları uzanır: Tramp səbəbi açıqladı 09:23 PSJ-nin qələbəsindən sonra baş verən iğtişaşlarda azı 12 nəfər yaralandı 09:46 Tramp İranla bağlı planını açıqladı: "Razılıq əldə olunmasa..." 09:42 ABŞ-yə məxsus PUA vuruldu - SEPAH 09:18 Ukrayna Rusiyanın neft infrastrukturunu vurdu - VİDEO 09:30 ABŞ bunu qəti şəkildə qəbul etmir - Trampdan açıqlama 09:15 Londonda polis muzeyə gələn ziyarətçiləri təxliyə etdi - SƏBƏB 09:11 Bütün Xəbərlər