Mina qurbanlarına aid fotolar Avropanın bir sıra şəhərində sərgilənəcək

Mina qurbanlarına aid fotolar Avropanın bir sıra şəhərində sərgilənəcək
13.06.2025 10:20 Cəmiyyət

“Gilavar Foto Klubu” ictimai birliyi tərəfindən Azərbaycanda mina qurbanlarına həsr olunan layihələr davam etdirilir.

TodayPress TV xəbər verir ki, həyata keçirilən “Mina qurbanlarının Avropa fotosərgiləri” adlı növbəti layihənin məqsədi müxtəlif dövrlərdə mina partlayışları və partlamamış hərbi sursatların partlaması nəticəsində zərərməkmiş insanların düşdüyü vəziyyətləri fotolar vasitəsi Avropa cəmiyyətinə və hədəf ölkələri ziyarət edən turistlərə çatdırmaqdır.

Adıçəkilən layihə 2024-cü ildə Birlik tərəfindən həyata keçirilən “Təhlükənin kulMİNAsiya nöqtəsi” adlı fotolayihənin davamıdır.

Həmin layihə zamanı Çex Respublikasının paytaxtı Praqa şəhərinin mərkəzi meydanlarında açıq havada iki gün ərzində fotosərgilər keçirilib.

Layihə çərçivəsində Avropanın bir neçə şəhərində, Fransanın Paris və Strasburq, Belçikanın Brüssel, Niderlandın Haaqa, Almaniyanın Berlin və Nürnberq şəhərlərində mina qurbanlarına həsr olunan sərgilərin keçirilməsi nəzərdə tutulur.

Sərgilərin cari ilin avqust-sentyabr aylarında açıq havada və insanların sıx toplaşdığı məkanlarda keçirilməsini planlaşdırır.

Bu şəhərlərin seçilməsində məqsəd, orada bir sıra nüfuzlu beynəlxalq təşkilatların yerləşməsidir. İşğaldan azad olunan ərazilərdə və keçmiş təmas xətti ətrafı bölgələrdə mina və partlamamış hərbi sursatlar hələ də insan həyatı üçün böyük təhlükədir.

Onların fəsadları təkcə insanlara deyil, təbiətə, flora və fauna aləminə, atmosferə də mənfi təsir edir.

“Gilavar Foto Klubu” qeyri-hökümət təşkilatı olaraq, mina problemini hər zaman diqqətdə saxlayır. Qeyd edək ki, “Mina qurbanlarının Avropa fotosərgiləri” layihəsi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilir.

XƏBƏR LENTİ
31 MAY 2026
Livanda ölənlərin sayı açıqlandı 16:08 Bu ailələrə hər ay 500-650 manat ödənilir 15:39 AZAL heyəti Milli Qəhrəman Hökumə Əliyevanın məzarını ziyarət etdi 15:18 Müdafiə Nazirliyinin həftəlik icmalı yayımlandı 15:04 SANA: İsrailin hərbi maşınları Suriyaya daxil olub 16:24 Bu istiqamətdə hərəkət edən marşrutun avtobusları dəyişdirilir 14:06 Fransada iğtişaşlar zamanı saxlanılanların sayı 780 nəfərə çatdı - YENİLƏNİB 09:46 Sutka ərzində Hörmüz boğazından 28 gəmi keçib - SEPAH 14:54 Bakıda ilk dəfə ABŞ–Azərbaycan İqtisadi Dialoqu keçiriləcək - YENİLNİB 14:23 Xameneinin iqamətgahı belə vurulub - Müharibənin GİZLİ GÖRÜNTÜLƏRİ 15:46 Leyla Əliyevadan fermer qadına incə davranış - VİDEO 14:19 "Makedon" vəfat etdi 15:00 Tramp Omanı hədələdi 13:40 Azərbaycanlı fotoqraf beynəlxalq sərgi ilə Romada çıxış edir 14:29 Azərbaycan millisi Qazaxıstanla qarşılaşacaq 12:43 Bərədə AĞIR QƏZA: 10 nəfər yaralandı 13:28 Türkiyədə zəncirvari qəzada dörd nəfər öldü 12:13 Sürücülərə XƏBƏRDARLIQ 13:19 Paşinyan "Tramp marşrutu" və yeni dəmir yolu planlarını açıqladı 12:30 Azərbaycanın bəzi rayonlarında şimşək çaxacaq, dolu düşəcək - PROQNOZ 12:45 İran bir "Yasin"ə Azərbaycanı Ermənistana satdı 12:26 İsraildən Livan açıqlaması: Bofort qalası ələ keçirildi 12:07 Xameneinin dəfn mərasiminə hazırlıq başladı 12:20 Azərbaycan millisi Avropa Kubokuna qızıl medalla başladı 12:01 ABŞ-dən narkotacirlərin gəmisinə zərbə: Ölənlər var - VİDEO 11:46 Bütün Xəbərlər