"Günün ortasında yolu kəsib, qazıb, asfalt çəkəndə belə olacaq" - Gənclikdə baş verən dəhşətli qəzanın günahkarları kimdir?

"Günün ortasında yolu kəsib, qazıb, asfalt çəkəndə belə olacaq" - Gənclikdə baş verən dəhşətli qəzanın günahkarları kimdir?
15.05.2026 11:39 Cəmiyyət

Mayın 14-də paytaxtın Nərimanov rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. Qəza nəticəsində bir neçə nəfər xəsarət alıb. Sosial şəbəkələrdə yayılan görüntülərdə bəzi sürücülər hadisənin baş verməsinə yolda aparılan xətlənmə işlərinin səbəb olduğunu iddia ediblər.

İddialara görə, aidiyyəti qurum tərəfindən günorta saatlarında həyata keçirilən yol nişanlama işləri sürücülər üçün çətinlik yaradıb və nəticədə qəza baş verib.

TodayPress TV xəbər verir ki, Xəzər-Lənkəran FK klubunun keçmiş vitse-prezidenti Rəvan Bəşirov paytaxtın Gənclik ərazisində baş verən ağır yol qəzasına münasibət bildirib.

O bildirib ki, gündüz saatlarında aparılan təmir və quraşdırma işləri şəhərdə ciddi nəqliyyat sıxlığı yaradır və sürücülər üçün təhlükəli vəziyyət formalaşdırır:

"Gənclikdə tuneldə çox ağır qəza baş verib. Səbəbi də günün günorta çağı görülən işlərdir. Biri xətt çəkir, biri svetofor quraşdırır, biri elektrik xətlərini dəyişir, biri rabitə naqillərini və s. Bu işləri insanlara əzab vermək üçün edirsiniz, yoxsa işini rahatlaşdırmaq üçün?".

Keçmiş klub rəsmisi qeyd edib ki, bir müddət əvvəl eyni ərazidə aparılan işlər səbəbindən sürücülər saatlarla yolda qalmalı olub:

"O dəfə də ən azı 500 avtomobil 500 metr getmək üçün 5 saat süründük. Gəlib çatanda gördük ki, yolu kran və yük maşını bağlayıb, svetofor quraşdırır. Niyə bu qurumlar bütün təmir, bərpa və s. kimi işlərini gecə eləmir? Bütün hər şeyi iflic etmək və ya belə qəzalara səbəb olmaq kimin xoşuna gəlir?".

Türkan İsgəndərli

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
31 мая 2026
Xameneinin iqamətgahı belə vurulub - Müharibənin GİZLİ GÖRÜNTÜLƏRİ 15:46 ABŞ–Azərbaycan İqtisadi Dialoqu keçiriləcək 14:23 Leyla Əliyevadan fermer qadına incə davranış - VİDEO 14:19 "Makedon" vəfat etdi 15:00 Tramp Omanı hədələdi 13:40 Azərbaycanlı fotoqraf beynəlxalq sərgi ilə Romada çıxış edir 14:29 Azərbaycan millisi Qazaxıstanla qarşılaşacaq 12:43 Bərədə AĞIR QƏZA: 10 nəfər yaralandı 13:28 Türkiyədə zəncirvari qəzada dörd nəfər öldü 12:13 Sürücülərə XƏBƏRDARLIQ 13:19 Paşinyan "Tramp marşrutu" və yeni dəmir yolu planlarını açıqladı 12:30 Azərbaycanın bəzi rayonlarında şimşək çaxacaq, dolu düşəcək - PROQNOZ 12:45 İran bir "Yasin"ə Azərbaycanı Ermənistana satdı 12:26 İsraildən Livan açıqlaması: Bofort qalası ələ keçirildi 12:07 Xameneinin dəfn mərasiminə hazırlıq başladı 12:20 Azərbaycan millisi Avropa Kubokuna qızıl medalla başladı 12:01 ABŞ-dən narkotacirlərin gəmisinə zərbə: Ölənlər var - VİDEO 11:46 Tramp şərtləri sərtləşdirir: ABŞ-İran müqaviləsi sual altındadır 11:39 FAKTİKİ HAVA: Şahdağda qar yağıb, Kəlbəcərə dolu düşüb 11:42 AZAL bu istiqamətdə uçuşlarını bərpa etdi 09:34 Türkiyədə sərnişin avtobusu yanıb, ölənlər var 09:37 ABŞ-İran danışıqları uzanır: Tramp səbəbi açıqladı 09:23 PSJ-nin qələbəsindən sonra baş verən iğtişaşlarda azı 12 nəfər yaralandı 09:46 Tramp İranla bağlı planını açıqladı: "Razılıq əldə olunmasa..." 09:42 ABŞ-yə məxsus PUA vuruldu - SEPAH 09:18 Все новости