Azərbaycandan unikal güc - Avropanı idarə etməyə başladıq

Azərbaycandan unikal güc - Avropanı idarə etməyə başladıq
05.05.2026 12:04 Cəmiyyət

"Azərbaycan-İtaliya münasibətləri yeni mərhələyə qədəm qoyur. Artıq bu əlaqələr sadəcə iqtisadi əməkdaşlıq çərçivəsini aşaraq genişmiqyaslı strateji tərəfdaşlığa çevrilir".

TodayPress TV xəbər verir ki, bunu ekspert Rauf Ağamirzəyev deyib.


Onun sözlərinə görə, Azərbaycan ilə İtaliya arasında mövcud əlaqələr artıq Avropa üçün kritik əhəmiyyət kəsb edən strateji səviyyəyə yüksəlib:

"Azərbaycanın əsas ticarət tərəfdaşı olan İtaliya ilə münasibətlər bu gün xüsusilə enerji təhlükəsizliyi kontekstində Avropa üçün həyati əhəmiyyət daşıyır. Xəzərdən Avropaya uzanan Cənub Qaz Dəhlizi artıq təkcə enerji layihəsi deyil, bütövlükdə Avropanın enerji arxitekturasının əsas sütunlarından birinə çevrilib".

Ekspert vurğulayıb ki, bu layihə çərçivəsində İtaliya yalnız öz enerji təhlükəsizliyini təmin etmir, eyni zamanda Avropanın digər iri iqtisadiyyatları üçün də mühüm rol oynayır:

"Bu dəhliz vasitəsilə İtaliya Avstriya və Almaniya kimi ölkələr üçün vacib tranzit mərkəzi funksiyasını yerinə yetirir. 2026-cı ildən etibarən Azərbaycan qazının yeni bazarlara çıxışı isə İtaliyanın rolunu daha da gücləndirərək onu Avropanın aparıcı qaz tranzit hablarından birinə çevirəcək. Tərəfdaşlıq yalnız enerji sektoru ilə məhdudlaşmır. Son illərdə əməkdaşlıq nəqliyyat, maliyyə və sənaye sahələrində də dərinləşib. Azərbaycan Dövlət Neft Fondunun "BlackRock" və onun platforması olan "Global Infrastructure Partners" vasitəsilə "Italo – Nuovo Trasporto Viaggiatori"yə investisiya yatırması artıq nəqliyyat və infrastruktur sahələrində inteqrasiyanın gücləndiyini göstərir".

Mütəxəssis sənaye sahəsində əməkdaşlığın da genişləndiyini diqqətə çatdırıb:

""8 Noyabr" İES layihəsində Ansaldo Energia şirkətinin iştirakı onu göstərir ki, bu tərəfdaşlıq artıq texnologiya transferi və sənaye əməkdaşlığını da əhatə edir. Bütün bu amillər Azərbaycan–İtaliya münasibətlərinin keyfiyyətcə yeni mərhələyə keçdiyini sübut edir. Bu gün biz klassik ticarət münasibətlərindən fərqli olaraq, enerji, nəqliyyat, maliyyə və sənaye sahələrini birləşdirən çoxşaxəli strateji tərəfdaşlıq modelinin formalaşdığını görürük. Bu model həm Azərbaycanın Avropadakı rolunu gücləndirir, həm də İtaliyanı Cənubi Qafqaz və Xəzər regionu ilə birləşdirən əsas geoiqtisadi körpülərdən birinə çevirir".

Qeyd edək ki, 4 mayda İtaliya Nazirlər Şurasının sədri Ciorcia Meloni Azərbaycan Respublikasına səfərə gəlib.

Türkan İsgəndərli

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
01 июня 2026
NBA pley-offunun finalçıları müəyyənləşdi 22:20 Filippində binanın uçması nəticəsində ölənlərin sayı artdı 22:16 Əfsanəvi qrup yeni tamaşaçı rekorduna imza atdı 22:18 Zidanın oğlu Əlcəzair millisinin heyətinə çağırıldı 22:14 Kvaratsxeliya Çempionlar Liqasının mövsümün oyunçusu seçildi 21:49 İstanbulda yaxta yandı 22:32 Zelenski onların vəzifəsini dəyişmək istəyir 22:26 Yapon turistə qarşı xoşagəlməz hərəkət: 66 yaşlı şəxs cəzalandırıldı - VIDEO 23:38 CNN: İran 18 yeraltı raket saxlama məntəqəsinə girişi bərpa edib 22:11 Tramp ABŞ-nin Türkiyədəki səfirini İraq üzrə xüsusi nümayəndə təyin etdi 21:51 Mingəçevirdə avtomobil 15 yaşlı qızı vurdu 21:47 Britaniyanın “Tempest” qırıcı proqramı gecikir 20:40 İran Prezidenti iqtisadi çətinliklərin səbəblərini açıqladı 20:23 Saratovdan Xəzərə qədər: Zelenski yeni zərbələrdən danışdı 19:24 Qəzzada ölənlərin sayı AÇIQLANDI 18:15 Əlcəzair Prezidenti Azərbaycanla imzalanmış memorandumu təsdiq etdi 20:57 HƏMAS-ın silah anbarları məhv edildi 18:13 Zirə 5 futbolçu ilə yollarını ayırdı 17:43 Türkiyə PUA-larla bağlı yeni sistem tətbiq edir 18:00 "Ermənilər xəritəyə baxsınlar, vəziyyət çətin olacaq" - Overçuk hədələdi 18:11 Neft bahalaşır: Avropa İttifaqı Rusiya ilə bağlı qərarı yenidən nəzərdən keçirir 16:53 İranla danışıqlarda yeni mərhələ: Tramp şərtləri ağırlaşdırır 19:12 Bu ölkə 180 min hərbçilik ehtiyat qoşun yaratmaq istəyir 16:48 Nizaminin Gürcüstandakı abidəsi təhqir olundu - [[VİDEO ]] 18:42 İran ABŞ-yə şərt qoydu: Etibar yaradan addımlar atılmalıdır 16:44 Все новости