ASCO “Rəsul Rza” gəmisini istismara qaytardı

ASCO “Rəsul Rza” gəmisini istismara qaytardı
24.06.2025 15:34 Cəmiyyət

“AZCON Holding” şirkətlərindən olan “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) beynəlxalq sularda üzən “Rəsul Rza” quru yük gəmisinin əsaslı təmiri başa çatıb.

TodayPress TV ASCO-ya istinadən xəbər verir ki, təmir prosesi qardaş Türkiyənin Tuzla şəhərində yerləşən “Giysan” tərsanəsində həyata keçirilib.

İşlər çərçivəsində gəminin baş və köməkçi mühərrikləri, nasoslar və digər mexanizmləri yenidən baxışdan keçirilib. Bununla yanaşı, boru və elektrik sistemlərinin quraşdırılması, avtomatika və gövdə qaynaq işləri icra olunub.

Gəminin sualtı və suüstü hissələri abraziv qumla təmizlənərək yenidən boyanıb. Yaşayış və xidməti otaqlar tam şəkildə təmir edilərək müasir tələblərə uyğunlaşdırılıb. Yük anbarları da təmizlənib və rənglənib.

Bundan əlavə, xilasetmə vasitələri və yanğın avadanlıqları üzrə müvafiq texniki müayinələr aparılıb.

Təmir işləri tamamlandıqdan sonra “Rəsul Rza” gəmisi bütün texniki yoxlamalardan uğurla keçib və istismara verilib. Hazırda gəmi növbəti səfərinə hazırlaşır.

Qeyd edək ki, “Rəsul Rza” 2016-cı ildən Azərbaycan bayrağı altında xarici sularda üzür. Gəminin uzunluğu 108,33 metr, eni 16,74 metr, yükgötürmə qabiliyyəti isə 5200 tondur.

XƏBƏR LENTİ
01 IYUN 2026
ABŞ Dövlət Departamentində böhran: İki minə yaxın diplomat işdən çıxarıldl 18:46 İlham Əliyev ABŞ rəsmisinə Trampın hədiyyəsini göstərdi - VİDEO 18:42 Rusiya Odessa vilayətindəki xəstəxanaya zərbə endirdi 18:30 Pezeşkiyan Yaponiyaya Hörmüzdən "qırmızı xalça" sərdi 18:13 İsrail Livanı bombalayır 17:57 Müharibə yenidən başlayır? İran ABŞ ilə danışıqları dayandırdı 17:52 Sahibə Qafarova Serbiyada səfərdədir 17:48 Monteneqro Prezidenti Azərbaycan liderini təbrik etdi 17:30 Tramp Əliyevə məktub göndərib - iyun ayında olacaq böyük hadisələrin mesajını verdi: Şifrələri açırıq 17:15 Sabah BTQ dəmir yolu xətti modernləşdirilmədən sonra istifadəyə veriləcək 17:14 Növbəti iki gün hava yağıntılı olacaq - XƏBƏRDARLIQ 16:51 Əraqçi xəbərdarlıq etdi: "Bu halda bütün cəbhələrdə atəşkəs pozulacaq" 16:41 İspan məşqçilərinin uğur sirri açıqlandı! 16:39 Rodri transfer xəbərləri fonunda diqqətini mundiala yönəltdi! 16:34 Rusiya diplomatik əlaqələri genişləndirir - Dörd səfirlik açılacaq 16:32 ABŞ döyüşə hazır vəziyyətdə gözləyir - VİDEO 16:31 Gürcüstandakı azərbaycanlılar qibləni Tehranda, Xamenei fotosuna ibadətdə axtarırlar, niyə? 16:29 “Ağ-qaralar” heyətin vacib üzvlərini qorudu! 16:16 Prezident “Baku Energy Forum”un rəsmi açılış mərasimində iştirak etdi - YENİLƏNDİ 3 10:02 Ordu yavaş-yavaş yığılır - Rusiya və Belarus Ermənistana müdaxiləyə hazırlanır? 16:11 Azərbaycanı dünyada biabır edənlər 16:10 “Qırmızılar” heyətdə ciddi dəyişikliklərə başladı! 16:05 Azərbaycan yalan oldu, Ermənistan "Noldu, Paşinyan?" şüarları ilə çalxalanır 16:00 ABŞ Dövlət katibi elçi göndərdi, Prezident qəbul etdi 15:58 Hemiltonun uğurunun arxasında gizlənən səbəb məlum oldu! 15:55 Bütün Xəbərlər