AmCham Azərbaycan “Mövqe Sənədi” hazırladı

AmCham Azərbaycan “Mövqe Sənədi” hazırladı
06.10.2025 15:56 Cəmiyyət

2026-cı ildən etibarən fiziki şəxslərin gəlir vergisinə tətbiq edilən mövcud güzəştlərin qüvvədən düşməsi ilə bağlı gözlənilən qərara dair qabaqcıl biznes nümayəndələrinin baxışları və biznesin ümumi hazırlıq səviyyəsi nəzərə alınmaqla AmCham Azərbaycan tərəfindən “Mövqe Sənədi” hazırlanmışdır.

TodayPress TV xəbər verir ki, sənəddə məsələnin aktuallığı, biznes mühitinə və əmək bazarına mümkün təsirləri geniş şəkildə təhlil edilmiş, nəticədə gəlir vergisi və məcburi dövlət sosial sığorta haqları üzrə qüvvədə olan müvəqqəti güzəştlərin mərhələli şəkildə ləğv edilməsi təklif edilmişdir.

Belə ki, bu yanaşma keçid dövründə işçi gəlirlərinə mənfi təsirlərin minimuma endirilməsi və iqtisadi sabitliyin qorunmasına imkan verərdi. 

Eyni zamanda, “Mövqe Sənədi”ndə işçilərin xalis gəlirlərinin qorunmasını təmin etmək məqsədilə işəgötürənlər üçün stimullaşdırıcı mexanizmlərin tətbiqi, eləcə də uzunmüddətli perspektivdə görülməli olan tədbirlərə dair təkliflər də öz əksini tapmışdır.

AmCham Azərbaycan inanır ki, “Mövqe Sənədi”ndə irəli sürülmüş bu təkliflərin reallaşdırılması sözügedən istiqamətdə vergi sistemində tədrici və balanslaşdırılmış keçidi təmin etməklə yanaşı, qeyri-neft sektorunda məşğulluğun və rəqabətliliyin qorunmasına töhfə verəcəkdir.

“Mövqe Sənədi” ilə daha yaxından tanış olmaq üçün aşağıdakı keçiddən istifadə edə bilərsiniz: 

Mövqe Sənədi

Qeyd edək ki, 1996-cı ildən fəaliyyət göstərən AmCham Azərbaycan 300-ə yaxın üzv şirkəti təmsil edən aparıcı biznes assosiasiyası kimi ölkədə əlverişli biznes mühitinin təşviqinə yönəlmiş fəaliyyətini aktiv şəkildə davam etdirir.

TodayPress TV

XƏBƏR LENTİ
31 MAY 2026
Nizaminin Gürcüstandakı abidəsi təhqir olundu - [[VİDEO ]] 18:42 İran ABŞ-yə şərt qoydu: Etibar yaradan addımlar atılmalıdır 16:44 İsrail Livandakı strateji mövqelərini tərk etməyəcək - Kats açıqladı 16:40 Sabahın havası meteohəssas insanlar üçün necə olacaq? 16:19 Livanda ölənlərin sayı açıqlandı 16:08 Bu ailələrə hər ay 500-650 manat ödənilir 15:39 AZAL heyəti Milli Qəhrəman Hökumə Əliyevanın məzarını ziyarət etdi 15:18 Müdafiə Nazirliyinin həftəlik icmalı yayımlandı 15:04 SANA: İsrailin hərbi maşınları Suriyaya daxil olub 16:24 Bu istiqamətdə hərəkət edən marşrutun avtobusları dəyişdirilir 14:06 Fransada iğtişaşlar zamanı saxlanılanların sayı 780 nəfərə çatdı - YENİLƏNİB 09:46 Sutka ərzində Hörmüz boğazından 28 gəmi keçib - SEPAH 14:54 Bakıda ilk dəfə ABŞ–Azərbaycan İqtisadi Dialoqu keçiriləcək - YENİLNİB 14:23 Xameneinin iqamətgahı belə vurulub - Müharibənin GİZLİ GÖRÜNTÜLƏRİ 15:46 Leyla Əliyevadan fermer qadına incə davranış - VİDEO 14:19 "Makedon" vəfat etdi 15:00 Tramp Omanı hədələdi 13:40 Azərbaycanlı fotoqraf beynəlxalq sərgi ilə Romada çıxış edir 14:29 Azərbaycan millisi Qazaxıstanla qarşılaşacaq 12:43 Bərədə AĞIR QƏZA: 10 nəfər yaralandı 13:28 Türkiyədə zəncirvari qəzada dörd nəfər öldü 12:13 Sürücülərə XƏBƏRDARLIQ 13:19 Paşinyan "Tramp marşrutu" və yeni dəmir yolu planlarını açıqladı 12:30 Azərbaycanın bəzi rayonlarında şimşək çaxacaq, dolu düşəcək - PROQNOZ 12:45 İran bir "Yasin"ə Azərbaycanı Ermənistana satdı 12:26 Bütün Xəbərlər