Vuçiç: İlham Əliyev Serbiyanın böyük dostudur

Vuçiç: İlham Əliyev Serbiyanın böyük dostudur
17.05.2026 20:27 Xarici siyasət

"Prezident Əliyev Serbiyanın böyük dostudur".

TodayPress TV xəbər verir ki, bunu Serbiya Prezidenti Aleksandar Vuçiç "X" sosial şəbəkə hesabında yazıb.

Serbiya Prezidenti azərbaycanlı həmkarı ilə görüş barədə də məlumat bölüşüb:

"İki ölkənin strateji tərəfdaşlığının daha da inkişaf etdirilməsi barədə danışdıq, inanıram ki, tezliklə yeni əməkdaşlıq sahələri açacağıq".

"İlham Əliyev o insanlardandır ki, ondan həmişə öyrəniləsi bir şey var. Mən onun İran və ətrafındakı vəziyyətlə bağlı təhlilini, eləcə də regiondakı və dünyadakı vəziyyətlə bağlı ümumi təhlilini diqqətlə dinlədim. Biz çox şeydə razıyıq, amma hadisələrin mərkəzində olan bir insandan xəbər alanda həmişə yeni bir şey öyrənirsən, dünyanı daha yaxşı başa düşürsən", - deyə o əlavə edib.

Prezident Vuçiç Azərbaycan Prezidenti İlham Əliyevlə dostluq və qardaşlıq münasibətlərinin olduğunu bildirib və əlavə edib ki, o, bütün məlumatları, bilikləri və ideyaları onunla bölüşür və bugünkü görüşdə iki ölkə arasında gələcək əməkdaşlığa dair bir çox mövzulara toxunulub.

"Biz dostuq və qardaşıq, ayda bir dəfə telefonla danışırıq və ildə üç-dörd dəfə görüşürük. Bütün məlumatlarımızı, biliklərimizi və ideyalarımızı bölüşürük. Bir-birimizi çox yaxşı başa düşürük".

TodayPress TV

NEWS FEED
01 JUNE 2026
Zidanın oğlu Əlcəzair millisinin heyətinə çağırıldı 22:14 Kvaratsxeliya Çempionlar Liqasının mövsümün oyunçusu seçildi 21:49 İstanbulda yaxta yandı 22:32 Zelenski onların vəzifəsini dəyişmək istəyir 22:26 Yapon turistə qarşı xoşagəlməz hərəkət: 66 yaşlı şəxs cəzalandırıldı - VIDEO 23:38 CNN: İran 18 yeraltı raket saxlama məntəqəsinə girişi bərpa edib 22:11 Tramp ABŞ-nin Türkiyədəki səfirini İraq üzrə xüsusi nümayəndə təyin etdi 21:51 Mingəçevirdə avtomobil 15 yaşlı qızı vurdu 21:47 Britaniyanın “Tempest” qırıcı proqramı gecikir 20:40 İran Prezidenti iqtisadi çətinliklərin səbəblərini açıqladı 20:23 Saratovdan Xəzərə qədər: Zelenski yeni zərbələrdən danışdı 19:24 Qəzzada ölənlərin sayı AÇIQLANDI 18:15 Əlcəzair Prezidenti Azərbaycanla imzalanmış memorandumu təsdiq etdi 20:57 HƏMAS-ın silah anbarları məhv edildi 18:13 Zirə 5 futbolçu ilə yollarını ayırdı 17:43 Türkiyə PUA-larla bağlı yeni sistem tətbiq edir 18:00 "Ermənilər xəritəyə baxsınlar, vəziyyət çətin olacaq" - Overçuk hədələdi 18:11 Neft bahalaşır: Avropa İttifaqı Rusiya ilə bağlı qərarı yenidən nəzərdən keçirir 16:53 İranla danışıqlarda yeni mərhələ: Tramp şərtləri ağırlaşdırır 19:12 Bu ölkə 180 min hərbçilik ehtiyat qoşun yaratmaq istəyir 16:48 Nizaminin Gürcüstandakı abidəsi təhqir olundu - [[VİDEO ]] 18:42 İran ABŞ-yə şərt qoydu: Etibar yaradan addımlar atılmalıdır 16:44 İsrail Livandakı strateji mövqelərini tərk etməyəcək - Kats açıqladı 16:40 Sabahın havası meteohəssas insanlar üçün necə olacaq? 16:19 Livanda ölənlərin sayı açıqlandı 16:08 All News