Səfir: "Almaniya ilə Azərbaycan arasında əməkdaşlıq yeni mərhələyə qədəm qoydu"

Səfir: "Almaniya ilə Azərbaycan arasında əməkdaşlıq yeni mərhələyə qədəm qoydu"
03.10.2025 22:30 Xarici siyasət

Almaniya ilə Azərbaycan arasındakı münasibətlər əməkdaşlıq və dialoqun yeni səviyyəsinə yüksəlib.

TodayPress TV-nin məlumatına görə, bunu Almaniyanın Azərbaycandakı səfiri Ralf Hörlemann Bakıda keçirilən qəbulda çıxışı zamanı bildirib.

Diplomat xatırladıb ki, bu ilin aprelində Almaniyanın Federal Prezidenti Frank-Valter Ştaynmayer Azərbaycana rəsmi səfər edib. Bu, 1991-ci ildə Azərbaycanın müstəqilliyini bərpa etməsindən sonra Almaniya Prezidentinin ölkəyə ilk səfəri olub.

“Bu tarixi hadisə ikitərəfli münasibətlərimizin inkişafında mühüm mərhələ oldu”, – deyə səfir vurğulayıb.

Onun sözlərinə görə, ötən il ölkələr arasında iqtisadi əlaqələr xüsusilə dinamik inkişaf edib və bu proses ticarət-iqtisadi və investisiya əməkdaşlığının genişləndirilməsi üzrə birgə yol xəritəsinə əsaslanıb.

“Bu sənəd enerji, nəqliyyat, kənd təsərrüfatı, səhiyyə və digər sahələrdə daha fəal əməkdaşlıq üçün möhkəm baza yaradıb”, – Hörlemann qeyd edib.

Səfir həmçinin bildirib ki, artıq konkret layihələr icra olunmağa başlayıb. Onların arasında Almaniyanın MAN şirkəti tərəfindən Azərbaycanda elektrik avtobuslarının yığılması zavodunun inşası xüsusi əhəmiyyət daşıyır. Bundan başqa, Almaniyanın SEFE şirkəti ilə Azərbaycanın SOCAR arasında bu il imzalanmış qaz müqaviləsi də mühüm addım kimi dəyərləndirilib. Müqaviləyə əsasən, növbəti on il ərzində Avropa istehlakçılarına hər il 1,5 milyard kubmetr qaz tədarük olunacaq.

TodayPress TV

XƏBƏR LENTİ
31 MAY 2026
"Makedon" vəfat etdi 15:00 Tramp Omanı hədələdi 13:40 Azərbaycanlı fotoqraf beynəlxalq sərgi ilə Romada çıxış edir 14:29 Azərbaycan millisi Qazaxıstanla qarşılaşacaq 12:43 Bərədə AĞIR QƏZA: 10 nəfər yaralandı 13:28 Türkiyədə zəncirvari qəzada dörd nəfər öldü 12:13 Sürücülərə XƏBƏRDARLIQ 13:19 Paşinyan "Tramp marşrutu" və yeni dəmir yolu planlarını açıqladı 12:30 Azərbaycanın bəzi rayonlarında şimşək çaxacaq, dolu düşəcək - PROQNOZ 12:45 İran bir "Yasin"ə Azərbaycanı Ermənistana satdı 12:26 İsraildən Livan açıqlaması: Bofort qalası ələ keçirildi 12:07 Xameneinin dəfn mərasiminə hazırlıq başladı 12:20 Azərbaycan millisi Avropa Kubokuna qızıl medalla başladı 12:01 ABŞ-dən narkotacirlərin gəmisinə zərbə: Ölənlər var - VİDEO 11:46 Tramp şərtləri sərtləşdirir: ABŞ-İran müqaviləsi sual altındadır 11:39 FAKTİKİ HAVA: Şahdağda qar yağıb, Kəlbəcərə dolu düşüb 11:42 AZAL bu istiqamətdə uçuşlarını bərpa etdi 09:34 Türkiyədə sərnişin avtobusu yanıb, ölənlər var 09:37 ABŞ-İran danışıqları uzanır: Tramp səbəbi açıqladı 09:23 PSJ-nin qələbəsindən sonra baş verən iğtişaşlarda azı 12 nəfər yaralandı 09:46 Tramp İranla bağlı planını açıqladı: "Razılıq əldə olunmasa..." 09:42 ABŞ-yə məxsus PUA vuruldu - SEPAH 09:18 Ukrayna Rusiyanın neft infrastrukturunu vurdu - VİDEO 09:30 ABŞ bunu qəti şəkildə qəbul etmir - Trampdan açıqlama 09:15 Londonda polis muzeyə gələn ziyarətçiləri təxliyə etdi - SƏBƏB 09:11 Bütün Xəbərlər