Kəmaləddin Heydərov BMMT-nin yeni Baş katibi ilə görüşdü

Kəmaləddin Heydərov BMMT-nin yeni Baş katibi ilə görüşdü
01.08.2025 14:15 Xarici siyasət

Azərbaycan fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov Azərbaycanda səfərdə olan Beynəlxalq Mülki Müdafiə Təşkilatının (BMMT) yeni Baş katibi Ərgüc Kələntərli ilə görüşüb.

Bu barədə TodayPress TV-yə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, qonağı səmimi salamlayan nazir K.Heydərov bu ilin 8-10 iyul tarixlərində Bakı şəhərində BMMT-nin İcraiyyə Şurasının 58-ci sessiyasının, eyni zamanda təşkilatın Baş Assambleyasının 3-cü növbədənkənar sessiyasında Azərbaycan nümayəndəsinin BMMT-nın yeni Baş katibi seçilməsini Azərbaycan adına uğurlu nailiyyət adlandırıb. Prezident İlham Əliyevin Beynəlxalq Mülki Müdafiə Təşkilatının Baş Assambleyasının 3-cü növbədənkənar sessiyasının iştirakçılarına müraciətini xatırladan nazir ölkənin hər zaman mülki müdafiə sahəsində beynəlxalq əməkdaşlığa böyük əhəmiyyət verdiyini vurğulayıb.

K.Heydərov qeyd edib ki, bundan sonra da Azərbaycan fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində Beynəlxalq Mülki Müdafiə Təşkilatı ilə əməkdaşlıq əlaqələrini daha da gücləndirəcək, onun inkişafına öz töhfəsini verəcək.

İlk rəsmi səfərini Azərbaycana reallaşdıran Beynəlxalq Mülki Müdafiə Təşkilatının yeni Baş katibi Ərgüc Kələntərli səmimi görüşə görə təşəkkürünü bildirib, ona göstərilən dəstəyə görə minnətdarlığını ifadə edib. Azərbaycan və Beynəlxalq Mülki Müdafiə Təşkilatı arasındakı əlaqələrin daha da inkişafı üçün səy göstərəcəyini bildirən Ə.Kələntərli fövqəladə hallarla mübarizə məsələlərində real nəticələrin birgə və əlaqəli fəaliyyət sayəsində əldə ediləcəyini vurğulayıb.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər geniş müzakirə edilib.

XƏBƏR LENTİ
31 MAY 2026
test 17:40 Livanda ölənlərin sayı açıqlandı 16:08 Bu ailələrə hər ay 500-650 manat ödənilir 15:39 AZAL heyəti Milli Qəhrəman Hökumə Əliyevanın məzarını ziyarət etdi 15:18 Müdafiə Nazirliyinin həftəlik icmalı yayımlandı 15:04 SANA: İsrailin hərbi maşınları Suriyaya daxil olub 16:24 Bu istiqamətdə hərəkət edən marşrutun avtobusları dəyişdirilir 14:06 Fransada iğtişaşlar zamanı saxlanılanların sayı 780 nəfərə çatdı - YENİLƏNİB 09:46 Sutka ərzində Hörmüz boğazından 28 gəmi keçib - SEPAH 14:54 Bakıda ilk dəfə ABŞ–Azərbaycan İqtisadi Dialoqu keçiriləcək - YENİLNİB 14:23 Xameneinin iqamətgahı belə vurulub - Müharibənin GİZLİ GÖRÜNTÜLƏRİ 15:46 Leyla Əliyevadan fermer qadına incə davranış - VİDEO 14:19 "Makedon" vəfat etdi 15:00 Tramp Omanı hədələdi 13:40 Azərbaycanlı fotoqraf beynəlxalq sərgi ilə Romada çıxış edir 14:29 Azərbaycan millisi Qazaxıstanla qarşılaşacaq 12:43 Bərədə AĞIR QƏZA: 10 nəfər yaralandı 13:28 Türkiyədə zəncirvari qəzada dörd nəfər öldü 12:13 Sürücülərə XƏBƏRDARLIQ 13:19 Paşinyan "Tramp marşrutu" və yeni dəmir yolu planlarını açıqladı 12:30 Azərbaycanın bəzi rayonlarında şimşək çaxacaq, dolu düşəcək - PROQNOZ 12:45 İran bir "Yasin"ə Azərbaycanı Ermənistana satdı 12:26 İsraildən Livan açıqlaması: Bofort qalası ələ keçirildi 12:07 Xameneinin dəfn mərasiminə hazırlıq başladı 12:20 Azərbaycan millisi Avropa Kubokuna qızıl medalla başladı 12:01 Bütün Xəbərlər