Baş prokuror BMT Baş Katibinin müavini ilə görüşdü

Baş prokuror BMT Baş Katibinin müavini ilə görüşdü
23.05.2025 12:20 Xarici siyasət

Vyanada işgüzar səfərdə olan Baş prokuror Kamran Əliyev ilə BMT Baş Katibinin müavini,  Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsinin (BMTNCİ) İcraçı direktoru Qada Vali arasında ikitərəfli görüş keçirilib. 

TodayPress TV xəbər verir ki, görüş zamanı Azərbaycan ilə BMT arasında mövcud olan yüksək səviyyəli münasibətlər və hüquq-mühafizə orqanlarımızla BMTNCİ arasında formalaşmış səmərəli əməkdaşlıq xüsusi məmnunluqla qeyd edilib.

Bildirilib ki, son bir ildə Bakıda və Vyanada təşkil olunmuş birgə sessiyalar bu tərəfdaşlığın möhkəmlənməsinə, eyni zamanda cinayətkarlığa qarşı mübarizədə yeni yanaşmalar və əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsinə mühüm töhfə verib. 

Qada Vali, BMT-nin qlobal antikorrupsiya platforması olan GLOBE şəbəkəsinin 6-cı plenar iclasının Bakıda yüksək səviyyədə təşkili münasibətilə Baş prokuror Kamran Əliyevi təbrik edib, hərtərəfli dəstəyə görə təşəkkürünü bildirib.

O, tədbirin korrupsiyaya qarşı mübarizə sahəsində beynəlxalq əməkdaşlığın dərinləşməsinə, yeni tərəfdaşlıqların qurulmasına və ümumilikdə dayanıqlı inkişaf məqsədlərinin reallaşdırılmasına xidmət etdiyini vurğulayıb. 

Baş prokuror öz növbəsində GLOBE şəbəkəsinin Azərbaycan üçün mühüm əhəmiyyət daşıyan beynəlxalq platforma olduğunu qeyd edərək bildirib ki, bu təşəbbüs ölkəmizin korrupsiyaya qarşı mübarizə sahəsindəki mövqeyinin gücləndirilməsi baxımından mühüm vasitədir.

O əlavə edib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin plenar iclasın iştirakçılarına ünvanladığı müraciətdə ifadə olunduğu kimi, bu tədbir hökumət və dövlətimiz üçün xüsusi əhəmiyyət kəsb edir. 

Görüşdə, həmçinin qlobal əhəmiyyət kəsb edən mühüm təşəbbüslər, o cümlədən Orta Dəhliz boyunca hüquq-mühafizə əməkdaşlığının gücləndirilməsi və cinayətkarlığa qarşı regional səylərin əlaqələndirilməsi məsələləri müzakirə olunub.

Bu kontekstdə Mərkəzi Asiya və Cənubi Qafqaz üzrə Dövlətlərarası Əməkdaşlıq Şəbəkəsi (CASC) çərçivəsində potensial əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparılıb. 

Tərəflər, həmçinin Braziliyanın Belem şəhərində keçiriləcək COP30 Konfransı ərəfəsində ətraf mühitin mühafizəsi, ekoloji cinayətlərə qarşı mübarizə mexanizmlərinin gücləndirilməsi istiqamətində birgə təşəbbüslərin mümkünlüyünü müzakirə ediblər. 

Sonda, qarşılıqlı maraq doğuran sahələr üzrə əməkdaşlığın inkişaf etdirilməsi və konkret fəaliyyət planlarının hazırlanması istiqamətində razılıq ifadə olunub.

FOTOLAR

Baş prokuror BMT Baş Katibinin müavini ilə görüşdü — 1
XƏBƏR LENTİ
31 MAY 2026
Nizaminin Gürcüstandakı abidəsi təhqir olundu - [[VİDEO ]] 18:42 İran ABŞ-yə şərt qoydu: Etibar yaradan addımlar atılmalıdır 16:44 İsrail Livandakı strateji mövqelərini tərk etməyəcək - Kats açıqladı 16:40 Sabahın havası meteohəssas insanlar üçün necə olacaq? 16:19 Livanda ölənlərin sayı açıqlandı 16:08 Bu ailələrə hər ay 500-650 manat ödənilir 15:39 AZAL heyəti Milli Qəhrəman Hökumə Əliyevanın məzarını ziyarət etdi 15:18 Müdafiə Nazirliyinin həftəlik icmalı yayımlandı 15:04 SANA: İsrailin hərbi maşınları Suriyaya daxil olub 16:24 Bu istiqamətdə hərəkət edən marşrutun avtobusları dəyişdirilir 14:06 Fransada iğtişaşlar zamanı saxlanılanların sayı 780 nəfərə çatdı - YENİLƏNİB 09:46 Sutka ərzində Hörmüz boğazından 28 gəmi keçib - SEPAH 14:54 Bakıda ilk dəfə ABŞ–Azərbaycan İqtisadi Dialoqu keçiriləcək - YENİLNİB 14:23 Xameneinin iqamətgahı belə vurulub - Müharibənin GİZLİ GÖRÜNTÜLƏRİ 15:46 Leyla Əliyevadan fermer qadına incə davranış - VİDEO 14:19 "Makedon" vəfat etdi 15:00 Tramp Omanı hədələdi 13:40 Azərbaycanlı fotoqraf beynəlxalq sərgi ilə Romada çıxış edir 14:29 Azərbaycan millisi Qazaxıstanla qarşılaşacaq 12:43 Bərədə AĞIR QƏZA: 10 nəfər yaralandı 13:28 Türkiyədə zəncirvari qəzada dörd nəfər öldü 12:13 Sürücülərə XƏBƏRDARLIQ 13:19 Paşinyan "Tramp marşrutu" və yeni dəmir yolu planlarını açıqladı 12:30 Azərbaycanın bəzi rayonlarında şimşək çaxacaq, dolu düşəcək - PROQNOZ 12:45 İran bir "Yasin"ə Azərbaycanı Ermənistana satdı 12:26 Bütün Xəbərlər