Yaponiyada sürət qatarı 4 nəfəri vurdu

Yaponiyada sürət qatarı 4 nəfəri vurdu
20.08.2026 08:47

Yaponiyanın Toçiqi prefekturasında sürətli qatar dəmir yolu işçilərini vurub.

TodayPress TV xəbər verir ki, hadisə zamanı relslərdə işləyən 4 nəfər xəsarət alıb.

Yaralıların hamısı xəstəxanaya çatdırılıb və onların qəza zamanı huşsuz olduqları bildirilir. Qəzadan sonra dəmir yolunun həmin hissəsində qatarların hərəkəti dayandırılıb. Hadisənin səbəbləri araşdırılır.

Məlumata görə, hüquq-mühafizə orqanları qəzanın bütün təfərrüatlarını müəyyənləşdirmək üçün araşdırmaya başlayıb.

Türkan İsgəndərli

TodayPress TV