Azərbaycan və Çin arasında turizm əlaqələri möhkəmləndirilir

Azərbaycan və Çin arasında turizm əlaqələri möhkəmləndirilir
19.09.2025 16:00 Turizm

Azərbaycan Turizm Bürosu 15-19 sentyabrda Çinin Pekin, Şanxay və Quançjou şəhərlərində silsilə tədbirlərlə çinli və azərbaycanlı turizm sənaye nümayəndələrini bir araya gətirib.

TodayPress TV xəbər verir ki, görüşlər çərçivəsində ATB nümayəndələri və turizm sənayesi tərəfdaşları çinli şirkətlərlə əməkdaşlıq perspektivlərini müzakirə ediblər.

Nümayəndə heyəti Azərbaycan Respublikasının Çin Xalq Respublikasında fövqəladə və səlahiyyətli səfiri Bünyad Hüseynovla səfirlikdə görüşüb.

Proqram çərçivəsində Azərbaycan Turizm Bürosu ilə Çinin aparıcı onlayn turizm platforması “Qunar” arasında Anlaşma Memorandumu imzalanıb. Memoranduma əsasən, Azərbaycanın turizm imkanları “Qunar” platformasının geniş rəqəmsal kanalları vasitəsilə Çin bazarında birgə təbliğ olunacaq və innovativ yanaşmalar tətbiq edilməklə ölkəmizin turizm istiqaməti kimi mövqeyi gücləndiriləcək.

“Fliggy”, “Trip.com” və “8Continents” kimi aparıcı turizm şirkətlərinin qatıldığı işgüzar şam yeməyi 60-ya yaxın Çin turizm sənayesi nümayəndəsi və 20 yerli turizm sənayesi təmsilçisini bir araya gətirib.

Silsilə tədbirlər Quançjou şəhərində təşkil olunan B2B görüşlərlə yekunlaşıb.

TodayPress TV

FOTOLAR

Azərbaycan və Çin arasında turizm əlaqələri möhkəmləndirilir — 1
Azərbaycan və Çin arasında turizm əlaqələri möhkəmləndirilir — 2
Azərbaycan və Çin arasında turizm əlaqələri möhkəmləndirilir — 3
Azərbaycan və Çin arasında turizm əlaqələri möhkəmləndirilir — 4
XƏBƏR LENTİ
31 MAY 2026
Livanda ölənlərin sayı açıqlandı 16:08 Bu ailələrə hər ay 500-650 manat ödənilir 15:39 AZAL heyəti Milli Qəhrəman Hökumə Əliyevanın məzarını ziyarət etdi 15:18 Müdafiə Nazirliyinin həftəlik icmalı yayımlandı 15:04 SANA: İsrailin hərbi maşınları Suriyaya daxil olub 16:24 Bu istiqamətdə hərəkət edən marşrutun avtobusları dəyişdirilir 14:06 Fransada iğtişaşlar zamanı saxlanılanların sayı 780 nəfərə çatdı - YENİLƏNİB 09:46 Sutka ərzində Hörmüz boğazından 28 gəmi keçib - SEPAH 14:54 Bakıda ilk dəfə ABŞ–Azərbaycan İqtisadi Dialoqu keçiriləcək - YENİLNİB 14:23 Xameneinin iqamətgahı belə vurulub - Müharibənin GİZLİ GÖRÜNTÜLƏRİ 15:46 Leyla Əliyevadan fermer qadına incə davranış - VİDEO 14:19 "Makedon" vəfat etdi 15:00 Tramp Omanı hədələdi 13:40 Azərbaycanlı fotoqraf beynəlxalq sərgi ilə Romada çıxış edir 14:29 Azərbaycan millisi Qazaxıstanla qarşılaşacaq 12:43 Bərədə AĞIR QƏZA: 10 nəfər yaralandı 13:28 Türkiyədə zəncirvari qəzada dörd nəfər öldü 12:13 Sürücülərə XƏBƏRDARLIQ 13:19 Paşinyan "Tramp marşrutu" və yeni dəmir yolu planlarını açıqladı 12:30 Azərbaycanın bəzi rayonlarında şimşək çaxacaq, dolu düşəcək - PROQNOZ 12:45 İran bir "Yasin"ə Azərbaycanı Ermənistana satdı 12:26 İsraildən Livan açıqlaması: Bofort qalası ələ keçirildi 12:07 Xameneinin dəfn mərasiminə hazırlıq başladı 12:20 Azərbaycan millisi Avropa Kubokuna qızıl medalla başladı 12:01 ABŞ-dən narkotacirlərin gəmisinə zərbə: Ölənlər var - VİDEO 11:46 Bütün Xəbərlər