Zelenski-Putin görüşü üçün təzyiqlər vacibdir - ŞƏRH

Zelenski-Putin görüşü üçün təzyiqlər vacibdir - ŞƏRH
08.09.2025 16:36 Təhlil

“Rusiya Prezidenti Vladimir Putinin Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüş məkanı olaraq Moskvanı göstərməsi, əslində, rəsmi Kremlin növbəti manipulyasiya cəhdidir".

Politoloq Rəşad Bayramov bunu TodayPress TV-yə açıqlamasında deyib.

Onun sözlərinə görə, Rusiya tərəfi görüşün baş tutmaması və danışıqların aparılmamasının məsuliyyətini Zelenskinin üzərinə qoyaraq özünə haqq qazandırmağa çalışır:

"Məlumdur ki, Putin belə bir təşəbbüslə çıxış edərkən, Zelenskinin buna müsbət yanaşmayacağını əvvəlcədən yaxşı bilir. Çünki normal məntiqə görə, əraziləri işğal edən, infrastrukturu dağıdan, minlərlə insanın ölümünə səbəb olan ölkəyə gedib, orada danışıqlar aparmaq da mümkün deyil.

Zelenski də bundan imtina etdi və alternativ olaraq Putinin Kiyevə səfərinin mümkünlüyünü elan etdi. Amma bu da gerçəkdə baş tuta biləcək bir məsələ deyil. Çünki uzun müddətdir bir-biri ilə müharibə aparan ölkələrin nümayəndə heyətləri səviyyəsində belə danışıqları üçüncü ölkədə aparırlarsa, liderlərin görüşü də mütləq neytral məkanda keçirilməlidir. Putin danışıqları uzatmaq və vaxt qazanmaq üçün bu cür təkliflərlə çıxış edir".

Analitik düşünür ki, ümumiyyətlə, Zelenski və Putin arasında görüşün keçirilməsi üçün, hətta nəticəsi müsbət olmasa belə, müəyyən təzyiqlərin göstərilməsi vacibdir. Məhz bu təzyiqlər olduğu halda Rusiya konkret görüşə razılıq verə bilər. Bir müddət əvvəl Zelenskini ümumiyyətlə legitim hesab etməyən və onunla hər hansı danışıqları mümkünsüz sayan Putin, indi görüş keçirilə biləcəyini deyirsə, deməli, təzyiqlər yolu ilə onu həmin görüşdə iştiraka məcbur etmək olar.

"Bu təzyiqlərin gücü isə Qərb koalisiyasının real təsir imkanlarından necə istifadə etməsindən asılıdır. Burada, xüsusən də, ABŞ-nin sanksiyalarla bağlı qəti addımlar atması, Avropa İttifaqı ölkələrinin isə Ukraynanın artıq yalnız müdafiə deyil, hücum potensialına da sahib olması üçün müvafiq silah və texnika göndərməsi həlledici rol oynayır. Əgər bu baş verərsə, təbii ki, görüş də keçiriləcək. Putin hər hansı təzyiq hiss etmədiyi müddətdə belə təkliflərlə çıxış etməklə, ancaq və ancaq görüşdən yayınmaq siyasətini davam etdirəcək".

Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin Çinə dörd günlük səfərindən sonra verdiyi açıqlamada Ukrayna Prezidenti Volodimir Zelenskinin danışıqlar üçün Moskvaya səfər edə biləcəyini açıqlayıb.

“Donald Tramp mümkünsə, belə bir görüş keçirməyimi xahiş etdi. Zelenski Moskvaya gəlməyə hazır olsa, bu görüş baş tutacaq", - deyə Putin bildirib.

Zelenski daha əvvəl Putinlə Moskvada görüş təklifini rədd edərək, danışıqların İsveçrə, Avstriya və ya Türkiyə kimi neytral Avropa ölkəsində keçirilməli olduğunu bildirmişdi.

Qiymət Mahir

TodayPress TV 

FOTOLAR

Zelenski-Putin görüşü üçün təzyiqlər vacibdir - ŞƏRH — 1
XƏBƏR LENTİ
31 MAY 2026
Nizaminin Gürcüstandakı abidəsi təhqir olundu - [[VİDEO ]] 18:42 İran ABŞ-yə şərt qoydu: Etibar yaradan addımlar atılmalıdır 16:44 İsrail Livandakı strateji mövqelərini tərk etməyəcək - Kats açıqladı 16:40 Sabahın havası meteohəssas insanlar üçün necə olacaq? 16:19 Livanda ölənlərin sayı açıqlandı 16:08 Bu ailələrə hər ay 500-650 manat ödənilir 15:39 AZAL heyəti Milli Qəhrəman Hökumə Əliyevanın məzarını ziyarət etdi 15:18 Müdafiə Nazirliyinin həftəlik icmalı yayımlandı 15:04 SANA: İsrailin hərbi maşınları Suriyaya daxil olub 16:24 Bu istiqamətdə hərəkət edən marşrutun avtobusları dəyişdirilir 14:06 Fransada iğtişaşlar zamanı saxlanılanların sayı 780 nəfərə çatdı - YENİLƏNİB 09:46 Sutka ərzində Hörmüz boğazından 28 gəmi keçib - SEPAH 14:54 Bakıda ilk dəfə ABŞ–Azərbaycan İqtisadi Dialoqu keçiriləcək - YENİLNİB 14:23 Xameneinin iqamətgahı belə vurulub - Müharibənin GİZLİ GÖRÜNTÜLƏRİ 15:46 Leyla Əliyevadan fermer qadına incə davranış - VİDEO 14:19 "Makedon" vəfat etdi 15:00 Tramp Omanı hədələdi 13:40 Azərbaycanlı fotoqraf beynəlxalq sərgi ilə Romada çıxış edir 14:29 Azərbaycan millisi Qazaxıstanla qarşılaşacaq 12:43 Bərədə AĞIR QƏZA: 10 nəfər yaralandı 13:28 Türkiyədə zəncirvari qəzada dörd nəfər öldü 12:13 Sürücülərə XƏBƏRDARLIQ 13:19 Paşinyan "Tramp marşrutu" və yeni dəmir yolu planlarını açıqladı 12:30 Azərbaycanın bəzi rayonlarında şimşək çaxacaq, dolu düşəcək - PROQNOZ 12:45 İran bir "Yasin"ə Azərbaycanı Ermənistana satdı 12:26 Bütün Xəbərlər