Tramp BRICS-dən niyə çəkinir? BRICS dolları "öldürə" bilər?

Tramp BRICS-dən niyə çəkinir? BRICS dolları "öldürə" bilər?
15.10.2025 17:48 Təhlil

ABŞ Prezidenti Donald Tramp BRICS ölkələrinə tətbiq edilən gömrük rüsumlarının artıq təsirini göstərdiyini bildirib. 

Onun sözlərinə görə, ABŞ dollarının mövqeyi güclü olaraq qalır və dollarla ticarət edən ölkələrin sayı artmaqdadır. 

“BRICS ölkələri dollara hücum siyasəti yürüdür, lakin bu siyasət nəticə verməyəcək. Kimsə BRICS-ə qoşulmaq istəyirsə, bunda problem yoxdur, lakin həmin ölkələrə qarşı tariflər tətbiq ediləcək. Nəticədə hamı BRICS-i tərk etməyə başlayır”, – deyə Tramp bildirib.

“Əsas hədəf potensial güclü ölkələrdir”

Məsələ ilə bağlı TodayPress TV-yə danışan politoloq Tofiq Abbasov deyib ki, bu, Trampın köhnə siyasətidir:

"Bu siyasətin öz adı var. Donald Tramp ikinci dönəm hakimiyyətə gələndən sonra faktiki olaraq bütün dünyaya qarşı iqtisadi müharibəyə başlayıb. Əsas hədəf potensial güclü ölkələrdir. Tramp dünya ictimaiyyətinə göstərmək istəyir ki, dolların dövrü hələ bitməyib və o, alış-veriş vasitəsi kimi gücünü saxlayır. Halbuki mütəxəssislər və dünya birjalarının iştirakçıları dolların  güclü resurs və təbii ehtiyat bazasına malik olmadığını düşünürlər. Onların qənaətincə, dolların dövrü 2010–2012-ci illərdə sona çatıb. Artıq qızıl bu gün daha önəmli hesab olunur və qiyməti davamlı yüksəlir".

“Bu, çox sərt və barışmaz mövqedir”

Politoloq bildirib ki, tariflər artırıldıqda qarşı tərəf adekvat tədbirlər görür və xoşagəlməz mənzərə yaranır:

"Tramp bu cür yanaşması ilə iqtisadi təzyiq siyasəti həyata keçirir. Bəzi ölkələrə hədə-qorxu mesajları göndərir. Sanki Amerikanın dediyi söz qanun kimi qəbul olunmalıdır, qəbul etməyənlər də yalnız ziyan görəcəklər. Bunun dünya iqtisadiyyatına təsirləri təbii ki, qiymət artımı ilə özünü göstərir. Tariflər artırıldıqda isə qarşı tərəf adekvat tədbirlər görür və xoşagəlməz mənzərə yaranır. ABŞ daxilində inflyasiya artmaqda, vergi ödəyiciləri isə Trampın bu siyasətindən narazı qalmaqdadır. Tramp bir tərəfdən geosiyasi müharibələrə qarşı olduğunu bildirir, digər tərəfdən isə iqtisadi sahədə qarşıdurmalar yaradır. Bu, çox sərt və barışmaz mövqedir. O, BRICS üzvlərinə qarşı iqtisadi təzyiq göstərir, çünki bu təşkilatın gələcəyi var və artıq bir çox ölkələr milli valyutalarla ticarət əməliyyatlarını həyata keçirirlər. Hətta İran bir neçə il əvvəl dolları inkar edərək avroya üstünlük vermiş, milli valyuta ilə ikitərəfli ticarət aparmağa başlamışdı. Daha sonra Rusiya, Çin, Venesuela və digər ölkələr də bu istiqamətdə addımlar atıblar. Bu ölkələr iqtisadi imkanlardan istifadə edərək ABŞ təsirindən qurtulmağa və Trampın hədə-qorxularına qarşı mövqe göstərməyə çalışırlar".

“Xalqlar oyanış dövründədir, imperialist siyasətin vaxtı bitib”

O qeyd edib ki, BRICS-ə göstərilən təzyiqin məqsədi üzvləri seçim etməyə məcbur etməkdir:

“ABŞ ölkələrə qarşı sanksiyalar tətbiq edir ki, bu da dünya iqtisadiyyatına ciddi zərər vurur. ABŞ-də isə mal və xidmətlərin alınması çətinləşdiyindən qara bazar və bahalaşma yaranır. Trampın bu valuntalist yanaşması iqtisadi baxımdan ölkəyə xeyir gətirmir, əksinə, daxildə narazılıqları artırır. Xalqlar oyanış dövründədir, imperialist siyasətin vaxtı bitib. Bu, təkcə ABŞ-yə deyil, Britaniya, Niderland  Fransa və digərlərinə də aiddir. Artıq kiçik ada dövlətləri belə səsini ucaldır və müstəmləkəçilikdən xilas olmağa çalışırlar".

Ekspert, həmçinin bildirib ki, BRICS-in ABŞ üçün əsas təhlükəsi onların yeni kriptovalyutaları inkişaf etdirməsidir.

“Gələcəkdə bu kriptovalyutalar dollara alternativ ola bilər. ABŞ buna görə hədə-qorxu ilə psixoloji təzyiq göstərir. Lakin Çin, Rusiya, Hindistan və Pakistan kimi ölkələr Amerikanın diktəsinə əməl etməyəcək və alternativ layihələr üzərində işləyirlər. Dolların əsarətindən qurtulmaq istəyən ölkələr bu istiqamətdə uğurla fəaliyyət göstərirlər”, – deyə Tofiq Abbasov sonda vurğulayıb.

Jalə Rövşən 

TodayPress TV

FOTOLAR

Tramp BRICS-dən niyə çəkinir? BRICS dolları "öldürə" bilər? — 1
XƏBƏR LENTİ
31 MAY 2026
Nizaminin Gürcüstandakı abidəsi təhqir olundu - [[VİDEO ]] 18:42 İran ABŞ-yə şərt qoydu: Etibar yaradan addımlar atılmalıdır 16:44 İsrail Livandakı strateji mövqelərini tərk etməyəcək - Kats açıqladı 16:40 Sabahın havası meteohəssas insanlar üçün necə olacaq? 16:19 Livanda ölənlərin sayı açıqlandı 16:08 Bu ailələrə hər ay 500-650 manat ödənilir 15:39 AZAL heyəti Milli Qəhrəman Hökumə Əliyevanın məzarını ziyarət etdi 15:18 Müdafiə Nazirliyinin həftəlik icmalı yayımlandı 15:04 SANA: İsrailin hərbi maşınları Suriyaya daxil olub 16:24 Bu istiqamətdə hərəkət edən marşrutun avtobusları dəyişdirilir 14:06 Fransada iğtişaşlar zamanı saxlanılanların sayı 780 nəfərə çatdı - YENİLƏNİB 09:46 Sutka ərzində Hörmüz boğazından 28 gəmi keçib - SEPAH 14:54 Bakıda ilk dəfə ABŞ–Azərbaycan İqtisadi Dialoqu keçiriləcək - YENİLNİB 14:23 Xameneinin iqamətgahı belə vurulub - Müharibənin GİZLİ GÖRÜNTÜLƏRİ 15:46 Leyla Əliyevadan fermer qadına incə davranış - VİDEO 14:19 "Makedon" vəfat etdi 15:00 Tramp Omanı hədələdi 13:40 Azərbaycanlı fotoqraf beynəlxalq sərgi ilə Romada çıxış edir 14:29 Azərbaycan millisi Qazaxıstanla qarşılaşacaq 12:43 Bərədə AĞIR QƏZA: 10 nəfər yaralandı 13:28 Türkiyədə zəncirvari qəzada dörd nəfər öldü 12:13 Sürücülərə XƏBƏRDARLIQ 13:19 Paşinyan "Tramp marşrutu" və yeni dəmir yolu planlarını açıqladı 12:30 Azərbaycanın bəzi rayonlarında şimşək çaxacaq, dolu düşəcək - PROQNOZ 12:45 İran bir "Yasin"ə Azərbaycanı Ermənistana satdı 12:26 Bütün Xəbərlər