Tələt Paşa kimdir? - DOSYE

Tələt Paşa kimdir? - DOSYE
21.07.2025 15:17 Təhlil

Bir müddət əvvəl Türkiyənin İyi Partiyasının sədri, deputat Musavat Dərvişoğlu ölkə parlamentinə Ermənistanla sərhəd-keçid məntəqəsinə Tələt Paşanın adının verilməsi barədə layihə təqdim edib. Qanun layihəsinə Ermənistan Xarici İşlər Nazirliyi münasibət bildirib.

“Ermənistan-Türkiyə münasibətlərinin normallaşması prosesində Ermənistan Türkiyə hökumətinin rəsmi mövqelərini, qərarlarını nəzərə alır”, - deyə bildirilib.

Bəs, Tələt Paşa kimdir?

Bu barədə TodayPress TV-yə danışan tarix elmlər namizədi, dosent Akif Nağı Tələt Paşanın Türkiyə tarixində özünəməxsus yer tutan şəxsiyyət olduğunu bildirib:

"O, Gənc Türklər hərəkatının fəallarından biri və eyni zamanda İttihad və Tərəqqi Cəmiyyətinin üzvü idi. Bu hərəkat monarxiyaya qarşı mübarizə aparırdı. Təxminən 1913-cü ildən sonra Türkiyədə siyasi hakimiyyət üç nəfərin — Tələt Paşa, Ənvər Paşa və Camal Paşanın əlində cəmlənmişdi. Tələt Paşa həm daxili işlər naziri, həm də sədrəzəm (Baş nazir) vəzifələrində çalışmışdı.

Onların dövründə sultan hakimiyyəti formal olaraq saxlanılırdı və konstitusiyalı monarxiya rejimi formalaşmışdı. II Əbdülhəmid devrildikdən sonra taxta V Mehmed Rəşad çıxmış, onun ardınca isə Mehmed Vahidəddin gəlmişdi. Lakin bu dövrdə sultanlar sadəcə simvolik fiqurlar idi, real idarəetmə Gənc Türklərin əlində idi.

Tələt Paşa əslən türk olmasa da, Türk dünyasına və Türkiyəyə dərin bağlılığı ilə seçilirdi. O, müsəlmanlaşmış bolqarlardan idi və tam şəkildə Osmanlı vətəndaşı idi. Turançılığın əsas təbliğatçılarından biri olmuş, hətta Çin səddinədək uzanan böyük Turan imperiyasının yaradılmasının tərəfdarı olmuşdu. Gənc Türklər ümumilikdə turançı ideologiyanı mənimsəmişdilər. Hərəkatın əsas ideoloqlarından biri olan Ənvər Paşa həm Turan, həm də İslam dünyasını birləşdirməyə çalışırdı".

Ekspert bildirib ki, Tələt Paşa 1915-ci ildə daxili işlər naziri olarkən ermənilərin deportasiyası həyata keçirilib: 

"Bu hadisə sonradan ermənilər tərəfindən “soyqırımı” kimi təqdim edilməyə çalışıldı və əsas hədəf şəxsiyyətlərdən biri də məhz Tələt Paşa oldu. İngilislər İstanbulu işğal etdikdən sonra Tələt Paşa ölkəni tərk edərək Almaniyaya başqa ad altında mühacirət etdi. İngiltərənin təzyiqi ilə İstanbul Hərbi Məhkəməsi onun barəsində ölüm hökmü çıxardı və o, guya “erməni soyqırımı”nda ittiham edildi.

Tələt Paşa 1921-ci il martın 15-də Almaniyanın paytaxtı Berlində, "Daşnaksütyun" partiyası tərəfindən həyata keçirilən “Nemezis” adlı terror əməliyyatı çərçivəsində erməni terrorçu Soğomon Teyliryan tərəfindən qətlə yetirildi. Daha sonra baş tutan məhkəmə prosesi qalmaqallı oldu. Prosesə əvvəlcə vicdanlı və gənc bir prokuror rəhbərlik edirdi və edam qərarı çıxarmışdı. Lakin onu müdafiədən uzaqlaşdıraraq yerinə başqa bir vəkil təyin etdilər və nəticədə, cinayətkarın “əqli xəstə” olduğu bəhanəsi ilə 1921-ci il iyunun 3-də sərbəst buraxılmasına qərar verildi.

Tələt Paşanın nəşi uzun müddət Berlin Müsəlman qəbiristanlığında dəfn olunmuşdu. Yalnız 22 il sonra onun cənazəsi İstanbula gətirilərək Hürriyət abidəsinin yaxınlığında torpağa tapşırıldı".

A.Nağı Türkiyə Parlamentinin Ermənistanla sərhəd-keçid məntəqəsinə Tələt Paşanın adının verilməsini müzakirə etməsinə münasibət bildirib:

"Tələt Paşa həm Türkiyə, həm də Azərbaycan üçün böyük şəxsiyyətlərdən biridir. Onun həm fəaliyyəti, həm də ideyaları hər iki ölkədə yüksək dəyərləndirilir. Türkiyə Parlamentinin Ermənistanla sərhəddəki keçid məntəqəsinə Tələt Paşanın adının verilməsini müzakirəyə çıxarması ciddi və məqsədyönlü siyasi addımdır. Bu məsələ təsadüfi şəkildə gündəmə gətirilmir. Türkiyə bu yolla öz qəhrəmanlarının adını təmizləməyə çalışır və ermənilərin irəli sürdüyü ittihamların əsassız olduğunu göstərmək istəyir. Ermənistan mətbuatı bu təşəbbüsə sərt reaksiya verməyib, onu Türkiyənin daxili işi kimi dəyərləndirib. Türkiyə tam şəkildə müstəqil dövlətdir və Ermənistanın bu ölkəyə qarşı illərdir səsləndirdiyi saxta iddialara görə üzr istəməsi zəruridir", - deyə o əlavə edib. 

Qiymət Mahir

FOTOLAR

Tələt Paşa kimdir? - DOSYE — 1
XƏBƏR LENTİ
31 MAY 2026
Nizaminin Gürcüstandakı abidəsi təhqir olundu - [[VİDEO ]] 18:42 İran ABŞ-yə şərt qoydu: Etibar yaradan addımlar atılmalıdır 16:44 İsrail Livandakı strateji mövqelərini tərk etməyəcək - Kats açıqladı 16:40 Sabahın havası meteohəssas insanlar üçün necə olacaq? 16:19 Livanda ölənlərin sayı açıqlandı 16:08 Bu ailələrə hər ay 500-650 manat ödənilir 15:39 AZAL heyəti Milli Qəhrəman Hökumə Əliyevanın məzarını ziyarət etdi 15:18 Müdafiə Nazirliyinin həftəlik icmalı yayımlandı 15:04 SANA: İsrailin hərbi maşınları Suriyaya daxil olub 16:24 Bu istiqamətdə hərəkət edən marşrutun avtobusları dəyişdirilir 14:06 Fransada iğtişaşlar zamanı saxlanılanların sayı 780 nəfərə çatdı - YENİLƏNİB 09:46 Sutka ərzində Hörmüz boğazından 28 gəmi keçib - SEPAH 14:54 Bakıda ilk dəfə ABŞ–Azərbaycan İqtisadi Dialoqu keçiriləcək - YENİLNİB 14:23 Xameneinin iqamətgahı belə vurulub - Müharibənin GİZLİ GÖRÜNTÜLƏRİ 15:46 Leyla Əliyevadan fermer qadına incə davranış - VİDEO 14:19 "Makedon" vəfat etdi 15:00 Tramp Omanı hədələdi 13:40 Azərbaycanlı fotoqraf beynəlxalq sərgi ilə Romada çıxış edir 14:29 Azərbaycan millisi Qazaxıstanla qarşılaşacaq 12:43 Bərədə AĞIR QƏZA: 10 nəfər yaralandı 13:28 Türkiyədə zəncirvari qəzada dörd nəfər öldü 12:13 Sürücülərə XƏBƏRDARLIQ 13:19 Paşinyan "Tramp marşrutu" və yeni dəmir yolu planlarını açıqladı 12:30 Azərbaycanın bəzi rayonlarında şimşək çaxacaq, dolu düşəcək - PROQNOZ 12:45 İran bir "Yasin"ə Azərbaycanı Ermənistana satdı 12:26 Bütün Xəbərlər