Tehranın “yuan təklifi” Hörmüzü xilas edə biləcək? – RƏY

Tehranın “yuan təklifi” Hörmüzü xilas edə biləcək? – RƏY
16.03.2026 22:00 Təhlil

Tehran daşıdığı neftin dollarla deyil, yuanla satılması şərti ilə məhdud sayda tankerin Hörmüz boğazından keçməsinə icazə verməyi təklif edib.

Bəs bu, dünya bazarında hansı dəyişikliklərə səbəb ola bilər?

Mövzu ilə bağlı Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli TodayPress TV-yə danışarkən bildirib ki, belə bir qərar dünya enerji ticarətində yeni maliyyə balansı yarada bilər.


Ekspertin fikrincə, bu boğaz dünya enerji ticarətinin ən kritik nöqtələrindən biridir və qlobal neft, mayeləşdirilmiş təbii qaz daşımalarının böyük hissəsi məhz buradan həyata keçirilir.

"Belə bir qərar dünya bazarında bir neçə mühüm dəyişiklik yarada bilər. İlk növbədə bu addım “petrodollar” sisteminə müəyyən zərbə vura bilər. Hazırda dünya neftinin böyük hissəsi ABŞ dolları ilə qiymətləndirilir və satılır. Əgər müəyyən ticarət marşrutlarında yuan istifadə olunmağa başlasa, Çin valyutasının beynəlxalq enerji ticarətində rolu artar və dolların üstün mövqeyi qismən zəifləyə bilər”, - deyə o qeyd edib.

A. Nəsirli bildirib ki, ikinci mühüm nəticə qlobal enerji bazarında yeni bloklaşmanın yaranması ehtimalıdır. Çin və bəzi Asiya ölkələri yuanla ticarətə daha tez uyğunlaşa bilər. 


İqtisadçı vurğulayıb ki, ABŞ və onun müttəfiqləri bu mexanizmi qəbul etməyə bilər. Bu isə enerji bazarında iki fərqli maliyyə sisteminin paralel şəkildə işləməsinə səbəb olacaq.

"Digər təsir neft qiymətlərində ola bilər. Hörmüz boğazı dünya neft tədarükünün böyük hissəsinin keçdiyi marşrut olduğundan burada keçidin məhdudlaşdırılması bazarda təklifin azalacağı ilə bağlı narahatlıq yarada və qiymətlərin yüksəlməsinə səbəb ola bilər".

Ekspertin fikrincə, bu vəziyyət Çin üçün müəyyən strateji üstünlük də yarada bilər. Çin artıq İran neftinin əsas alıcılarından biridir. Əgər yuanla ticarət sistemi formalaşarsa, Pekin enerji tədarükündə daha güclü mövqeyə sahib ola bilər. Eyni zamanda İran da sanksiyalardan yayınmaq və dollar sistemindən kənar satış həyata keçirmək imkanı əldə edər.  


"Nəticədə belə bir mexanizm qlobal enerji ticarətinin maliyyə arxitekturasını dəyişdirə, dolların rolunu qismən zəiflədə və dünya neft bazarında yeni geosiyasi balans yarada bilər", - deyə A. Nəsirli fikrini yekunlaşdırıb.

Aysel Mətləb

TodayPress TV

NEWS FEED
01 JUNE 2026
Ermənistanda siyasi qalmaqal: Partiya qərargahına basqın edildi 22:09 Moskva-İrəvan xəttində gərginlik: Ermənistan səfiri təcili geri çağırıldı 22:03 KİV: "Hizbullah" İsraillə tam atəşkəsə hazırdır 21:35 Tramp özündən çıxdı - Netanyahuya telefonda ağır sözlər dedi 21:53 Ceyhun Bayramov Kaleb Orrla Azərbaycan-ABŞ münasibətlərini müzakirə etdi 21:47 “Tarixin uşaq izləri” adlı sərginin açılışı baş tutdu 21:44 İsrail-Hizbullah xəttində dönüş nöqtəsi: Tramp razılaşmanı açıqladı 21:40 Putinin Paşinyana təbriki: Kreml Ermənistana qarşı yumşalır? 21:23 İran atəşkəsin “qırmızı xətt”ini açıqladı 21:27 Fars körfəzində atəşə tutulan yük gəmisində partlayış baş verdi 19:45 Netanyahuya gözlənilməz çağırış: Hücumları dayandır! 21:14 TƏCİLİ: Netanyahu əmr verdi - Hücumları dayandırın! 21:10 Bakıda Türkiyə və ABŞ-nin yeni əməkdaşlıq imkanları müzakirə olundu 19:32 Bu ərazilərdə qaz olmayacaq 19:27 Netanyahu ilə Tramp arasında telefon danışığı aparılır 20:46 SON DƏQİQƏ: ABŞ və İsrail ordusu hazır vəziyyətə gətirildi 20:38 Daniel Orteqa Saavedra və Rosario Murilyo Azərbaycan Prezidentini təbrik etdi 20:28 Hakan Fidan Əraqçi ilə danışdı - Nələr müzakirə edildi? 20:31 Bu ölkədə dünya çempionatına pulsuz biletlər paylanılır 19:14 Karol Navrotski İlham Əliyevi təbrik etdi 20:25 Trampın Əliyevə hədiyyəsində möhtəşəm detal – İrəvana səfərdən sonra mesaj verildi 20:13 İlham Əliyev Latviyaya rəsmi səfərə dəvət olundu 20:16 Azərbaycan idmançılarının 2026-cı ilin iyun ayı üçün reytinq cədvəli açıqlandı 19:11 Ukrayna Rusiyaya dron zərbələrinin intensivliyini artırır: Büdcədəki “dəlik” böyüyür 19:59 Millimiz Dünya Kubokuna qələbə ilə start verdi 19:42 All News