Niderlandda siyasi labirint — Heç bir partiya çoxluq əldə edə bilmədi

Niderlandda siyasi labirint — Heç bir partiya çoxluq əldə edə bilmədi
31.10.2025 12:59 Təhlil

Niderlandda keçirilən parlament seçkilərində “Demokratlar 66” (D66) partiyası 150 yerlik parlamentdə 27 mandatla lider olub.

Geert Vildersin rəhbərlik etdiyi sağ populist Azadlıq Partiyası (PVV) 25 yer qazanıb. Heç bir partiya mütləq çoxluq əldə etmədiyindən, hökumət qurmaq üçün ən azı 76 yerlik koalisiya formalaşdırılmalıdır.

Seçici fəallığı 76,3% təşkil edib ki, bu da ötən seçkilərlə müqayisədə bir qədər azdır.

Parlamentdə heç bir partiyanın mütləq çoxluq qazana bilməməsi Niderlandı uzunmüddətli siyasi qeyri-müəyyənliyə aparırmı? Koalisiya qurmaq çətinliyi ölkənin beynəlxalq mövqelərinə və Aİ siyasətinə necə yansıyacaq?

Mövzu ilə bağlı TodayPress TV-yə danışan politoloq Tural İsmayılov bildirib ki, Niderlandın siyasi mənzərəsi bu gün açıq şəkildə dərin struktur böhranının göstəricisidir:


"Seçkilərdən sonra yaranan tablo artıq sistemin öz daxilində tükəndiyini göstərir. Parlamentdə heç bir partiyanın mütləq çoxluq əldə edə bilməməsi idarəetmə mexanizmini iflic vəziyyətinə salıb.

Siyasi proseslər ideyalar və proqramlar əsasında yox, kreslo bölgüsü və taktiki razılaşmalar üzərində qurulub. Hökumət formalaşdırılması aylarla çəkir, nəticədə məsuliyyət hissi tamamilə itir. Bu, demokratiya deyil, idarəetmə yorğunluğunun klassik nümunəsidir".

Ekspert əlavə edib ki, Niderlandın siyasi elitası uzun illərdir real sosial problemlərlə təmasdan uzaq düşüb. Cəmiyyətin gündəlik narahatlıqları – yaşayış, təhlükəsizlik, mədəni dəyərlər hökumətin gündəminə çevrilmir. “Tolerantlıq” və “liberal dəyərlər” kimi anlayışlar indi yalnız siyasi ritorika kimi səslənir, məzmununu çoxdan itirib:

"Daxildə konsensus mədəniyyəti formal səviyyədə qalıb, amma real birləşdirici ideya yoxdur. Siyasətdə mərkəz boşalıb, radikallıq və populizm isə bu boşluğu doldurur. Dövlət idarəçiliyi sanki avtopilotdadır – mexanizmlər işləyir, amma istiqamət yoxdur".

T.İsmayılov xarici siyasətdə də eyni qeyri-müəyyənliyin müşahidə olunduğunu bildirib:

"Niderland bir vaxtlar Avropa masasında fikir formalaşdıran ölkə idisə, indi sadəcə ümumi qərarlara qoşulan passiv iştirakçıdır. Bu, sistemin gücsüzlüyünün təzahürüdür.

Nəticə etibarilə, Niderland artıq sabitlik modeli deyil – idarəetmənin içində öz dinamizmini itirmiş, konseptual boşluqda qalan bir dövlətdir. Bu vəziyyət davam edərsə, ölkə siyasi baxımdan texniki, lakin mənəvi cəhətdən donmuş sistemə çevriləcək".

Qeyd edək ki, Seçki Şurasının gələn həftənin sonunda nəticələri rəsmən təsdiq edəcəyi gözlənilir.

Xatırladaq ki, 2023-cü il seçkilərində sağ populistlər qalib gəlib.

Qiymət Mahir

TodayPress TV

XƏBƏR LENTİ
02 IYUN 2026
NBA finalı üçün uşaqlara gec yatmağa “rəsmi icazə” verildi 13:07 Meteohəssas vətəndaşların nəzərinə: Atmosfer təzyiqi enir,yağış yağa bilər 12:59 Sabiq deputat VƏFAT ETDİ 12:57 Ermənistanda hərbçinin meyiti aşkarlandı 12:55 İcarə müddəti başa çatan futbolçular klubdan getdi 12:40 Qızıl almaq istəyənlərin NƏZƏRİNƏ! 12:35 Polis və Məhkəmə rəsmiləri bir araya gəldi- Vətəndaşların hüquq və azadlıqları... 12:25 “Krasnodar” məşqçisi neytral azarkeşlərə münasibət bildirdi 12:11 Tramp “Bibi”sini belə təhqir etdi: Dünyanın danışdığı qalmaqal — SİTAT-SİTAT... 11:53 DÇ-2026 öncəsi böyük əməliyyat: milyonlarla dollarlıq saxta məhsul ələ keçdi 11:49 Space TV-də maaş qalmaqalı: Günah Vadoya qaldı 11:49 Tramp elə bir adamı Azərbaycana yollayır ki... - DOSYE 11:48 Prezident Avropadakı ən dost ölkəni təbrik etdi 11:40 “Real Madrid” müdafiəsini ulduz transferlə gücləndirir 11:47 Qızıl ixracında REKORD: 4 ayda 1 milyard dollar... 11:36 500 minlik məhkəmədə yeni QƏRAR - Əvvəl bəraət, indi isə... 11:22 Space TV "dağılır" - Maaş vermədiyi məşhur aparıcı da getdi 11:10 Putin milyarderləri "tasa oturtdu": Bağlı qapı arxasında hədə-qorxunun maliyyəti... 11:09 Astarada gömrükçülər "Kahı" qutularını açdılar - 23 kilo narkotik 11:06 Futbol dünyasının ən güclü məşqçiləri bəlli oldu 11:02 Nikol Paşinyan Azərbaycana 4-5 milyard dollar dəyərində silah verib - nə üzlə səs istəyir? 11:00 Azərbaycan XİN İtaliyanı Milli Günü münasibətilə təbrik etdi 10:51 Qazaxıstanı keçən millimiz indi Çexiyanı hədəfləyir 10:43 İran qarışıb, hakimiyyət çöküb - Prezidenti divara sıxıblar, SEPAH sərhəd tanımır 10:39 Azərbaycan onu gözləyir: Tramp yeni elçisini göndərir 10:37 Bütün Xəbərlər