“İran sonrakı toqquşmaya hazırlaşacaq” - PROQNOZ

“İran sonrakı toqquşmaya hazırlaşacaq” - PROQNOZ
24.06.2025 14:53 Təhlil

“İsrail bundan sonra hər vəchlə İranda rejim dəyişikliyi üçün çalışacaq. İran isə bir sonrakı toqquşmaya hazırlaşacaq”.

Sosial Tədqiqatlar Mərkəzinin əməkdaşı Kazım Kazımov bunu TodayPress TV-yə açıqlamasında deyib.

Onun sözlərinə görə, hazırda tərəflər arasında münaqişə davam edir:

“Yaxın Şərqdə 2003 İraq kampaniyasından sonra ən gərgin günlər yaşandı. 2023-cü ilin oktyabrında başlayan toqquşmaların kulminasiya nöqtəsi İran və İsrail arasında oldu. Bu toqquşmalarda hər iki tərəfin zəif və güclü tərəfləri ortaya çıxdı. İran kəşfiyyat və ordu sisteminə İsrailin ciddi şəkildə nüfuz etdiyini gördü. O cümlədən İran, teoretik olaraq bildiyi zəifliklərini praktiki olaraq da müşahidə etdi. İran öz HHM-nin zəif olduğunu açıq şəkildə gördü. İranın İraqda, Livanda və Yəməndə qurduğu proksi qüvvələrin də qeyri-effektiv və hər hansı ciddi toqquşmada yararsız olduğu ortaya çıxdı. Bu, bəlkə də İranın ən ağrılı nöqtəsi oldu. Çünki İran illərdir proksi qüvvələr üzərində işləyirdi və bu, həm maddi, həm də hərbi itkiyə səbəb oldu. İranın əsas qazancı isə raket sistemi və imicində oldu. İsrail və ABŞ İranın hipersonik raket sisteminin nə qədər inkişaf etdiyini gördü. Tehran istədiyi vaxt Təl-Əvivi ciddi şəkildə vura biləcəyini nümayiş etdirdi.

İran, digər tərəfdən də Ərəb Baharında aşağı düşən imicini müəyyən dərəcədə bərpa etdi. Bunu, ən azından Əl-Cəzirədə və türk mətbuatında İrana qarşı dəyişən ritorikada müşahidə etdik”. 

K. Kazımov bundan sonra baş verə biləcək proseslərdən bəhs edib:

“İsrail bundan sonra hər vəchlə İranda rejim dəyişikliyi üçün çalışacaq. İran isə bir sonrakı toqquşmaya hazırlaşacaq. İranın proksi siyasətinin dəyişib-dəyişməyəcəyi isə burada əsas məqamlardan biridir”.

Qiymət Mahir

FOTOLAR

“İran sonrakı toqquşmaya hazırlaşacaq” - PROQNOZ — 1
XƏBƏR LENTİ
01 IYUN 2026
SEPAH-dan təxliyə əmri - ABŞ və İsrail ordusundan döyüş hazırlığı 20:38 Daniel Orteqa Saavedra və Rosario Murilyo Azərbaycan Prezidentini təbrik etdi 20:28 Hakan Fidan Əraqçi ilə danışdı - Nələr müzakirə edildi? 20:31 Bu ölkədə dünya çempionatına pulsuz biletlər paylanılır 19:14 Karol Navrotski İlham Əliyevi təbrik etdi 20:25 Trampın Əliyevə hədiyyəsində möhtəşəm detal – İrəvana səfərdən sonra mesaj verildi 20:13 İlham Əliyev Latviyaya rəsmi səfərə dəvət olundu 20:16 Azərbaycan idmançılarının 2026-cı ilin iyun ayı üçün reytinq cədvəli açıqlandı 19:11 Ukrayna Rusiyaya dron zərbələrinin intensivliyini artırır: Büdcədəki “dəlik” böyüyür 19:59 Millimiz Dünya Kubokuna qələbə ilə start verdi 19:42 Şəhid xanımı qətlə yetirildi - Qayınatası saxlanıldı - Foto 19:04 Kiberpolis onlayn qumar və kazino oyunlarına qarşı əməliyyat keçirib - VİDEO 18:58 Ukraynadan Rusiyaya ağır zərbə: 41 hərbi təyyarə məhv edildi - VİDEO 18:54 ABŞ Dövlət Departamentində böhran: İki minə yaxın diplomat işdən çıxarıldl 18:46 İlham Əliyev ABŞ rəsmisinə Trampın hədiyyəsini göstərdi - VİDEO 18:42 Rusiya Odessa vilayətindəki xəstəxanaya zərbə endirdi 18:30 Pezeşkiyan Yaponiyaya Hörmüzdən "qırmızı xalça" sərdi 18:13 İsrail Livanı bombalayır 17:57 Müharibə yenidən başlayır? İran ABŞ ilə danışıqları dayandırdı 17:52 Sahibə Qafarova Serbiyada səfərdədir 17:48 Monteneqro Prezidenti Azərbaycan liderini təbrik etdi 17:30 Tramp Əliyevə məktub göndərib - iyun ayında olacaq böyük hadisələrin mesajını verdi: Şifrələri açırıq 17:15 Sabah BTQ dəmir yolu xətti modernləşdirilmədən sonra istifadəyə veriləcək 17:14 Növbəti iki gün hava yağıntılı olacaq - XƏBƏRDARLIQ 16:51 Əraqçi xəbərdarlıq etdi: "Bu halda bütün cəbhələrdə atəşkəs pozulacaq" 16:41 Bütün Xəbərlər