Danışıqlar qapısı BAĞLANDI: Böyük müharibə gəlir...

Danışıqlar qapısı BAĞLANDI: Böyük müharibə gəlir...
13.03.2026 16:05 Təhlil

İranın yeni Ali Dini Lideri Müctəba Xameneinin beynəlxalq ictimaiyyətə ilk müraciəti gözləniləndən daha kəskin oldu. 

Atasının vəfatından sonra rəhbərliyi tam şəkildə üzərinə götürən yeni lider ABŞ və müttəfiqlərinə qarşı hərbi ritorikanı pik həddə çatdırıb.


O bəyan edib ki, qonşu ölkələrlə dostluğa inanır, amma həmin ölkələrdəki ABŞ hərbi bazaları bağlanmalıdır. Əks-təqdirdə, onlara hücumlar davam etdiriləcək. 

Müctəba Xameneinin qarşıdurmanı seçməsi Tehranın Tramp administrasiyası ilə danışıqlar qapısını birdəfəlik bağladığı mənasına gəlir? 

Məsələ ilə bağlı TodayPress TV-yə danışan politoloq Əlimusa İbrahimov yeni seçilmiş Müctəbanın bu bəyanatının gözlənilən olduğunu bildirib:


“Ən yaxın adamlarını Amerika və İsrailin raket zərbələri nəticəsində itirən və hətta müxtəlif məlumatlara görə özü də ciddi xəsarət alan bir şəxsdən kəskin ritorikadan başqa bir şey gözləmək düzgün olmazdı. Bəyanat həm İranda, həm də İrandan kənarda ali rəhbərdən xəbər gözləyənləri müəyyən qədər sakitləşdirmək məqsədi güdürdü. O, həm İranın tərəfində olan proksi qüvvələrə, həm də İrana qarşı müharibə aparanlara özünəməxsus mesajlar verdi. Proksi qüvvələr İranın müharibə aparmaqda daha əzmkar olduğunu hiss etdilər və öz addımlarını da buna uyğun atacaqlar”.

Təhlükə artır!

Analitikin sözlərinə görə, İrana qarşı dayanan ABŞ və İsrail Müctəbanın bəyanatlarından sonra İranda rejimin dəyişdiyi və ya yaxın zamanlarda dəyişəcəyinə dair ümidlərini itiriblər:


“Bu dövlətlər raket və dron hücumlarını daha da gücləndirmək və sona qədər İranı vurmaq qərarına gəliblər. Amma İranın əlində təkcə ABŞ və İsraili deyil, bütün dünya dövlətlərini narahat edən bir silah var: bu da Hörmüz boğazının bağlanmasıdır. Artıq verilən məlumatlara görə, boğaz bağlandığı təqdirdə neftin bir barreli 100–200 dollar arası olacaq ki, bu da dünya iqtisadiyyatı üçün fəlakət kimi qiymətləndirilir. Bu gün İranla müharibə çərçivəsində ABŞ-ni narahat edən əsas problem budur. Vaşinqton bu problemin həlli üçün bütün mexanizmləri işə salsa da, çıxış yolu tapmaqda çətinlik çəkir”. 

Böyük müharibə an məsələsidir...

Ə.İbrahimovun qənaətincə, çarə hələlik İranı sona qədər vurmaqda görünür, amma İran da batmaq təhlükəsi ilə üzləşdikdə digər dövlətləri, xüsusilə qonşu Körfəz ölkələrini də özü ilə batırmağa çalışacaq:


“Ona görə də ABŞ-İsrail-İran münaqişəsində "pat" vəziyyətinin yarandığını söyləmək mümkündür. Bu münaqişənin daha böyük müharibəyə çevrilməsi isə an məsələsidir”.

Qiymət Mahir

NEWS FEED
02 JUNE 2026
Milli Məclisin növbədənkənar sessiyasının gündəliyi açıqlandı 17:00 Avstriya toplanışı başladı: millimiz ilk sınaqlara çıxır 16:48 Kaleb Orr şəhidlərin xatirəsini yad etdi 16:43 Azərbaycandan göndərilən məktub 3 il sonra tapıldı və ürəkləri dağladı.... 16:30 Azərbaycan və Özbəkistan XİN rəhbərləri regional məsələləri müzakirə etdi 16:28 Albalı, ərik, üzüm və indi də kartof... - Rusiya Ermənistanı boğmağa davam edir 16:17 İngiltərə millisindən DÇ-2026 öncəsi güclü mesaj 16:03 Nikol Samveli “Gücsüz” qoydu - Qazandıqlarını ortaya çıxart! 15:51 Küləyin sürəti 26 m/s-dək güclənir - FAKTİKİ HAVA 15:41 Yeni mövsüm öncəsi böyük dəyişiklik: klub heyəti yeniləyir 15:26 Nizami Gəncəvini təhqir etdilər - Azərbaycanla Gürcüstan arasında nələr baş verir? 15:19 Türkiyə azarkeşlərinin gözlədiyi siyahı açıqlandı 15:11 Yeni yaradılan Agentliyin büdcəsi necə formalaşacaq? - DETALLAR 15:02 Avropa Liqası öncəsi “Qarabağ” Avstriyaya yollanacaq 14:43 Bu sənədi almaq "ASAN"laşır 14:41 Rusiya özündən çıxıb, Azərbaycanda edə bilmədiklərinin əvəzini İrəvandan çıxacaq 14:41 Azərbaycanda Milli Kibertəhlükəsizlik Agentliyi yaradıldı - FƏRMAN 14:30 Şəhidin həyat yoldaşını qayınatası "qanpulu"na görə öldürüb? - Ölkə cavab axtarır, niyə? 14:24 Titullar hər şeydir: futbol nəhənglərinin fərqli strategiyası 14:17 Abşeron Türkiyəni zülmətdən xilas edəcək - qlobal layihə vizasını aldı 13:59 Usikin yeni rəqibi bəlli oldu: qarşıda məğlubedilməz boksçu var 13:56 Rusiyadan göndərilən seçki alverçilərini İrəvan aeroportunda qapazladılar 13:55 Yayda su içmək əvəzinə bu meyvələrdən yeyin 13:51 “Liverpul”dan sürpriz qərar: yeni baş məşqçi bəllidir! 13:44 İlk dəfə açıqlanır: Bu dəhşətli qışda Ukraynanı Azərbaycan ölümdən xilas edib 13:39 All News