Sosial Xidmət Mərkəzlərində maarifləndirici təlimlər təşkil edildi

Sosial Xidmət Mərkəzlərində maarifləndirici təlimlər təşkil edildi
17.10.2025 12:56 Sosial

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Sosial Xidmət Mərkəzlərində göstərilən xidmətlərdən yararlanan valideynlərə təlimlər keçilib.

TodayPress TV xəbər verir ki, təlimlər ev şəraitində terapevtik mühitin yaradılması, davranış və ünsiyyət bacarıqlarının inkişafı mövzularını əhatə edib, sosial-psixoloji və loqopedik xarakter daşıyıb.  

Təlimlər zamanı mütəxəssislər sosial-psixoloji və loqopedik xidmətlərin uşaqların inkişafındakı rolu barədə ətraflı məlumat veriblər. Valideynlərə ev şəraitində uşaqları ilə edə biləcəkləri psixoloji-loqopedik oyun və texnikalar öyrədilib. Eləcə də, uşaqların psixoemosional inkişafı, ailə münasibətlərində qarşılıqlı dəstəyin və sağlam ünsiyyətin önəmi vurğulanıb.

Təşkil edilən təlimlərin məqsədi məqsədi uşaqlara göstərilən diqqət və qayğının daha da artırılması, müvafiq xidmətlərə ehtiyacı olan uşaqların reabilitasiyasına, eləcə də sosial inklüziyasına dəstək verməkdir.

Təlimlərin sonunda valideynlərə uşaqlarla aktiv məşğul olmaları üçün əyani vəsaitlər də təqdim olunub.

TodayPress TV

XƏBƏR LENTİ
31 MAY 2026
"Makedon" vəfat etdi 15:00 Tramp Omanı hədələdi 13:40 Azərbaycanlı fotoqraf beynəlxalq sərgi ilə Romada çıxış edir 14:29 Azərbaycan millisi Qazaxıstanla qarşılaşacaq 12:43 Bərədə AĞIR QƏZA: 10 nəfər yaralandı 13:28 Türkiyədə zəncirvari qəzada dörd nəfər öldü 12:13 Sürücülərə XƏBƏRDARLIQ 13:19 Paşinyan "Tramp marşrutu" və yeni dəmir yolu planlarını açıqladı 12:30 Azərbaycanın bəzi rayonlarında şimşək çaxacaq, dolu düşəcək - PROQNOZ 12:45 İran bir "Yasin"ə Azərbaycanı Ermənistana satdı 12:26 İsraildən Livan açıqlaması: Bofort qalası ələ keçirildi 12:07 Xameneinin dəfn mərasiminə hazırlıq başladı 12:20 Azərbaycan millisi Avropa Kubokuna qızıl medalla başladı 12:01 ABŞ-dən narkotacirlərin gəmisinə zərbə: Ölənlər var - VİDEO 11:46 Tramp şərtləri sərtləşdirir: ABŞ-İran müqaviləsi sual altındadır 11:39 FAKTİKİ HAVA: Şahdağda qar yağıb, Kəlbəcərə dolu düşüb 11:42 AZAL bu istiqamətdə uçuşlarını bərpa etdi 09:34 Türkiyədə sərnişin avtobusu yanıb, ölənlər var 09:37 ABŞ-İran danışıqları uzanır: Tramp səbəbi açıqladı 09:23 PSJ-nin qələbəsindən sonra baş verən iğtişaşlarda azı 12 nəfər yaralandı 09:46 Tramp İranla bağlı planını açıqladı: "Razılıq əldə olunmasa..." 09:42 ABŞ-yə məxsus PUA vuruldu - SEPAH 09:18 Ukrayna Rusiyanın neft infrastrukturunu vurdu - VİDEO 09:30 ABŞ bunu qəti şəkildə qəbul etmir - Trampdan açıqlama 09:15 Londonda polis muzeyə gələn ziyarətçiləri təxliyə etdi - SƏBƏB 09:11 Bütün Xəbərlər