Bayraktar Ankara-Bakı enerji əməkdaşlığından danışdı

Bayraktar Ankara-Bakı enerji əməkdaşlığından danışdı
04.09.2025 16:05 Sənaye və energetika

Türkiyənin enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar İzmir şəhərində keçirilən Türkiyə-Azərbaycan IV Enerji Forumunda çıxış edib.

TodayPress TV xəbər verir ki, forum Türkiyə Külək Enerjisi Konqresi çərçivəsində təşkil olunub.

Bayraktar bildirib ki, iki ölkə arasında əməkdaşlıq imkanlarının genişləndirilməsi və dərinləşdirilməsi yeni perspektivlər açacaq:

“Keçmiş forumlarda mühüm işlər görülüb. Enerji əməkdaşlığımızı yeni sahələrə daşıyırıq və dialoq kanallarını daim inkişaf etdiririk”.

Nazir vurğulayıb ki, neft, qaz, bərpa olunan enerji, enerji səmərəliliyi, elektrik bazarı tənzimləmələri, elektrik ötürülməsi və paylanması, eləcə də mədənçilik sahələrində yaradılmış işçi qrupları əməkdaşlığı sistemli şəkildə davam etdirir.

Bayraktar, Türkiyə ilə Azərbaycanın qardaşlıq bağlarının təkcə siyasi və mədəni deyil, iqtisadi və strateji sahələrdə də gücləndiyini qeyd edib:

“Bir millət, iki dövlət’ anlayışı enerji sahəsində həyata keçirilən böyük layihələrlə özünün ən konkret ifadəsini tapır. Enerji ölkələrimizin inkişafının əsas hərəkətverici qüvvəsidir. Türkiyə və Azərbaycan sahib olduqları coğrafi mövqe, zəngin resurslar və inkişaf etmiş infrastrukturla bir-birini tamamlayır və həm regional, həm də qlobal enerji təhlükəsizliyinə mühüm töhfə verir”.

O əlavə edib ki, “Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” layihələri ilə təməli qoyulan əməkdaşlıq bu il imzalanmış “Şafaq-Asiman” sazişi ilə yeni mərhələyə qədəm qoyub. O, həmçinin “Qarabağ”, “D-230” və “Dostluq” yataqlarında əməkdaşlığın gücləndirilməsinin əsas hədəflərdən biri olduğunu vurğulayıb.

Bayraktar qeyd edib ki, 14 may 2024-cü ildə imzalanan qaz sahəsində əməkdaşlıq sazişi ölkələrin enerji təhlükəsizliyini gücləndirəcək və regional əməkdaşlığı daha da möhkəmləndirəcək.

O, həmçinin İğdır-Naxçıvan qaz kəmərinin Naxçıvanın enerji təminatını gücləndirdiyini və Türkiyə-Azərbaycan əlaqələrini daha da yaxınlaşdırdığını söyləyib.

Nazir əlavə edib ki, 2 avqust 2025-ci ildə istifadəyə verilən Türkiyə–Suriya qaz kəməri təkcə enerji axını deyil, bölgədə sülh və rifah üçün də strateji əhəmiyyət daşıyır.

Bayraktar bildirib ki, enerji əməkdaşlığı yalnız neft və qazla məhdudlaşmır:

“Yenilənən enerji və elektrik ötürülməsi sahəsində ortaq layihələr gələcək nəsillərə qarşı ortaq məsuliyyətimizdir”.

O, xüsusilə Türkiyə-Naxçıvan elektrik xətti layihəsinin əhəmiyyətini vurğulayıb. Bu layihə başa çatdıqdan sonra Naxçıvanın enerji təhlükəsizliyi təmin ediləcək və ölkələr arasında elektrik ticarəti yeni mərhələyə keçəcək.

Nazir həmçinin Türkiyə, Azərbaycan, Gürcüstan və Bolqarıstan arasında həyata keçirilən “Yaşıl Elektrik İxracı və Ticarəti” layihəsinin əhəmiyyətini diqqətə çatdırıb:

“Bu layihə ilə bərpa olunan mənbələrdən əldə edilən elektrik təkcə ölkələrimizə deyil, bütün regiona və Avropaya fayda verəcək. Türkiyə güclü infrastrukturu və inkişaf etmiş elektrik bazarı ilə bu prosesə töhfə verir, Azərbaycan isə günəş və külək potensialı ilə təmiz enerji ixracatçısına çevrilməkdədir”.

Töhfə Səməd 

TodayPress TV

XƏBƏR LENTİ
01 IYUN 2026
Paşinyana sui-qəsd planı: 4 nəfərlik qrup saxlanıldı 23:02 Sumqayıtda yaşayış binasında partlayış baş verdi - FOTO - VİDEO 22:57 Trampdan sürpriz addım: Türkiyəyə milyardlıq plan 22:49 Millimiz Dünya Kubokunda növbəti matçını keçirdi - YENİLƏNB 19:42 Trampdan Ərdoğana mesaj: Ankarada NATO sammitinə qatılacaq 22:37 Rusiya Ermənistandan bu məhsulların da idxalını dayandırdı 22:23 Tramp danışıqlara işarə etdi: “Sürətlə davam edir” 22:30 Ermənistanda siyasi qalmaqal: Partiya qərargahına basqın edildi 22:09 Bakı Enerji Həftəsinin ilk günündə imzalanan sənədlərin siyahısı açıqlandı 22:41 Moskva-İrəvan xəttində gərginlik: Ermənistan səfiri təcili geri çağırıldı 22:03 KİV: "Hizbullah" İsraillə tam atəşkəsə hazırdır 21:35 Tramp özündən çıxdı - Netanyahuya telefonda ağır sözlər dedi 21:53 Ceyhun Bayramov Kaleb Orrla Azərbaycan-ABŞ münasibətlərini müzakirə etdi 21:47 “Tarixin uşaq izləri” adlı sərginin açılışı baş tutdu 21:44 İsrail-Hizbullah xəttində dönüş nöqtəsi: Tramp razılaşmanı açıqladı 21:40 Putinin Paşinyana təbriki: Kreml Ermənistana qarşı yumşalır? 21:23 İran atəşkəsin “qırmızı xətt”ini açıqladı 21:27 Fars körfəzində atəşə tutulan yük gəmisində partlayış baş verdi 19:45 Netanyahuya gözlənilməz çağırış: Hücumları dayandır! 21:14 TƏCİLİ: Netanyahu əmr verdi - Hücumları dayandırın! 21:10 Bakıda Türkiyə və ABŞ-nin yeni əməkdaşlıq imkanları müzakirə olundu 19:32 Bu ərazilərdə qaz olmayacaq 19:27 Netanyahu ilə Tramp arasında telefon danışığı aparılır 20:46 SON DƏQİQƏ: ABŞ və İsrail ordusu hazır vəziyyətə gətirildi 20:38 Daniel Orteqa Saavedra və Rosario Murilyo Azərbaycan Prezidentini təbrik etdi 20:28 Bütün Xəbərlər