Təcili yardıma 39 min dəfədən çox əsassız çağırış edildi

Təcili yardıma 39 min dəfədən çox əsassız çağırış edildi
27.11.2025 23:15 Sağlamlıq

2025-ci ilin 10 ayı ərzində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Bakı şəhəri üzrə ümumilikdə 39 325 əsassız çağırış qeydə alınıb.

TodayPress TV xəbər verir ki, bu barədə Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin İctimaiyyətlə əlaqələr üzrə mütəxəssisi Nəzrin Adıgözəlzadə bildirib.

"Əsassız çağırışlar təcili tibbi yardım resurslarının düzgün istiqamətlənməsinə mane olmaqla yanaşı, həqiqətən yardıma ehtiyacı olan şəxslərə xidmətin vaxtında göstərilməsinə də mənfi təsir göstərir. Bu səbəbdən vətəndaşlardan xahiş olunur ki, yalnız həqiqətən təcili tibbi yardıma ehtiyac olduqda 103 xidmətinə müraciət etsinlər.

Çağırışlar çeşidlənərək optimallaşdırılır və növbəlilik prinsipi ilə icra olunur. Çağırışlar “təcili” və “təxirəsalınmaz” olmaqla iki əsas kateqoriyaya ayrılır. İlk olaraq təcili çağırışlar, daha sonra isə təxirəsalınmaz çağırışlar qeydə alınır və icra edilir.

Qaydalara əsasən, təcili yardım 15-20 dəqiqə ərzində, təxirəsalınmaz çağırışlar da isə 1 saat ərzində ünvana çatmalıdır.

Təcili çağırışlara ürək dayanması, ağır travmalar (yol-nəqliyyat hadisələri, çoxsaylı sınıqlar və s.), insult və infarkt əlamətləri, tənəffüsün dayanması və ya boğulma halları, şüur itkisi, qanaxma, doğuş və s. aiddir.

Təxirəsalınmaz çağırışlara isə yüksək hərarət, arterial təzyiqin yüksəlməsi, baş ağrısı və s daxildir. Tövsiyə olunur ki, vətəndaşlar təcili olmayan hallar üzrə poliklinikalara və sahə həkimlərinə müraciət etsinlər", - deyə qurum rəsmisi bildirib.

TodayPress TV

NEWS FEED
02 JUNE 2026
Yaxın Şərqdə kritik dönüş: Hizbullah atəşkəsi qəbul etdi 23:59 Müqavimət göstərən sürücü saxlanıldı 23:47 Türkiyə 4 qolla qələbə QAZANDI 23:29 Paşinyana sui-qəsd planı: 4 nəfərlik qrup saxlanıldı 23:02 Sumqayıtda yaşayış binasında partlayış baş verdi - FOTO - VİDEO 22:57 Trampdan sürpriz addım: Türkiyəyə milyardlıq plan 22:49 Millimiz Dünya Kubokunda növbəti matçını keçirdi - YENİLƏNB 19:42 Trampdan Ərdoğana mesaj: Ankarada NATO sammitinə qatılacaq 22:37 Rusiya Ermənistandan bu məhsulların da idxalını dayandırdı 22:23 Tramp danışıqlara işarə etdi: “Sürətlə davam edir” 22:30 Ermənistanda siyasi qalmaqal: Partiya qərargahına basqın edildi 22:09 Bakı Enerji Həftəsinin ilk günündə imzalanan sənədlərin siyahısı açıqlandı 22:41 Moskva-İrəvan xəttində gərginlik: Ermənistan səfiri təcili geri çağırıldı 22:03 KİV: "Hizbullah" İsraillə tam atəşkəsə hazırdır 21:35 Tramp özündən çıxdı - Netanyahuya telefonda ağır sözlər dedi 21:53 Ceyhun Bayramov Kaleb Orrla Azərbaycan-ABŞ münasibətlərini müzakirə etdi 21:47 “Tarixin uşaq izləri” adlı sərginin açılışı baş tutdu 21:44 İsrail-Hizbullah xəttində dönüş nöqtəsi: Tramp razılaşmanı açıqladı 21:40 Putinin Paşinyana təbriki: Kreml Ermənistana qarşı yumşalır? 21:23 İran atəşkəsin “qırmızı xətt”ini açıqladı 21:27 Fars körfəzində atəşə tutulan yük gəmisində partlayış baş verdi 19:45 Netanyahuya gözlənilməz çağırış: Hücumları dayandır! 21:14 TƏCİLİ: Netanyahu əmr verdi - Hücumları dayandırın! 21:10 Bakıda Türkiyə və ABŞ-nin yeni əməkdaşlıq imkanları müzakirə olundu 19:32 Bu ərazilərdə qaz olmayacaq 19:27 All News