Gənclər arasında bağırsaq xərçəngi halları artır - SƏBƏB

Gənclər arasında bağırsaq xərçəngi halları artır - SƏBƏB
13.10.2025 02:23 Sağlamlıq

Dünyada gənclər arasında bağırsaq xərçəngi hallarında sürətli artım qeydə alınır. Mütəxəssislər erkən yaşda başlayan bu xərçəng formasının yaşlılardakı bağırsaq xərçəngindən bioloji cəhətdən fərqli olduğunu bildirirlər.

TodayPress TV xəbər verir ki, bu fərqlərin əsas səbəblərindən biri kimi isə müasir qidalanma vərdişləri göstərilir.

Aparılan araşdırmalara görə, ABŞ, Hindistan və Avropanın bəzi bölgələrində bağırsaq xərçəngi artıq gənclər arasında ölümə səbəb olan əsas onkoloji xəstəliklərdən birinə çevrilib. Tədqiqatlar göstərir ki, 50 yaşdan aşağı xəstələrin maddələr mübadiləsi yaşlılarla müqayisədə fərqli işləyir. Gənc xəstələrdə karbohidrat mübadiləsi pozulmuş, sitrat səviyyəsi azalmış və zülal parçalanmasında dəyişikliklər müşahidə olunmuşdur ki, bu da orqanizmdə metabolik stressin artdığını göstərir.

Ən böyük risk faktorları arasında qırmızı və emal olunmuş ətlərin (kolbasa, sosis və s.) yüksək miqdarda qəbulu, şəkərli içkilərin tez-tez istehlakı qeyd olunur. Dünya Səhiyyə Təşkilatı emal olunmuş ətləri “1-ci qrup kanserogen”, qırmızı əti isə “2A qrup – ehtimal olunan kanserogen” kimi qiymətləndirir. Xüsusilə yüksək temperaturda bişirilmiş ətlərdə yaranan zərərli maddələr və emal olunmuş ətlərdəki nitrat-nitrit tərkibli birləşmələr bağırsaqda kanserogen təsir göstərən maddələrə çevrilə bilər.

Şəkərli qidalar və içkilər isə yalnız artıq çəkiyə deyil, eyni zamanda insulin dirənci, xroniki iltihab və bağırsaq mikroflorasının pozulmasına səbəb olaraq xərçəng riskini artırır. 2024-cü ildə yayımlanan bir araşdırmada, şəkərli içkilərin yüksək istehlakının bədən çəkisindən asılı olmayaraq bağırsaq xərçəngi riskini artırdığı sübut edilib.

Bağırsaq xərçənginin yaranmasında yalnız genetik meyllik deyil, həm də həyat tərzi mühüm rol oynayır. Oturaq həyat tərzi, qarın piylənməsi, lifsiz qidalanma, alkoqol və siqaret istifadəsi, qeyri-müntəzəm yemək rejimi xəstəliyin erkən və daha aqressiv inkişafına səbəb ola bilər. Mütəxəssislərin fikrincə, gənclərdə xərçəng daha tez irəliləyir və çox vaxt sol kolon və ya düz bağırsaqda yerləşir. Ailə anamnezində xəstəlik olmasa belə, DNT təmir mexanizmlərindəki pozuntular daha çox rast gəlinir.

Bundan əlavə, 45 yaşdan aşağı şəxslərdə bağırsaq xərçənginə qarşı rutin skrininqlərin aparılmaması diaqnozun gec qoyulmasına və xəstəliyin gecikmiş mərhələdə aşkarlanmasına səbəb olur. Bu da müalicə imkanlarını məhdudlaşdırır və sağ qalma ehtimalını azaldır.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
02 IYUN 2026
"Qərb gec-tez bunu başa düşəcək" – Kiyevdən yeni xəbərdarlıq 10:10 Konstruksiyalardan və hündür ağaclardan uzaq durun - FHN-dən XƏBƏRDARLIQ! 10:07 DİQQƏT! Qabiliyyət imtahanlarına qeydiyyat başa çatır 09:58 Qatarın qarşısına qəflətən çıxan gənc öldü 09:50 Yeni mövsümü planlaşdırırdı, amma istefa xəbəri aldı 09:44 Mobil telefon kimi top: Mundialın ən maraqlı yeniliyi 09:38 Təbii qazın dəyəri artdı 09:36 Neft qiymətləri ucuzlaşdı - Son Rəqəmlər! 09:20 Rusiya Kiyevi yer üzündən silir - Gecə boyunca zərbələr davam edir - VİDEO 09:09 ABŞ-nin təzə qurbanı OMAN: Bu dəfə İranın nişangahında 09:02 NASA-dan yadplanetlilərin cəsədləri ilə bağlı AÇIQLAMA 08:45 Sürücülərin NƏZƏRİNƏ - Bu yollar... 08:32 "İlski" neft emalı zavoduna hücum - Anbaan görüntülər 08:28 Dişlərin qaralmasını dayandırmaq mümkündürmü? - Mütəxəssis rəyi 23:45 Yox olmaq üzrə olan növ üçün sevindirici xəbər: İki quş dünyanı heyrətləndirdi 23:42 Çoxlarının zərərsiz bildiyi içki: Alkoqolizmin ən məkrli forması hansıdır? 23:38 Baş ağrısından qurtulmağın SADƏ ÜSULU 23:36 Vəfat etmiş kanadalı hokkeyçinin beyni alimlərə təhvil veriləcək 23:34 Diabet birdən yaranmır: Rusiyalı həkim təhlükəli amilləri sadaladı 23:32 İsrail xüsusi təyinatlıları Livanda itkilər verdi 00:06 Avropa çempionatı: Minifutbol millimiz Qazaxıstanı məğlub etdi 01:35 “Yaxşı polis, pis polis”: Kreml Paşinyana qarşı hansı oyunu oynayır? 00:03 Simonyan Bakıya gəlmədiyi üçün təəssüflənir 00:57 Oman dənizində gərginlik: SEPAH ABŞ və İsrail gəmisini RAKETLƏ VURDU 00:42 Turizm statistikası düşündürür: Problem sərhədlərdədir? 23:54 Bütün Xəbərlər