Zəfərdən sülhə: Azərbaycanın strateji irəliləyişi və yeni regional reallıq - Bahar Muradova YAZIR

Zəfərdən sülhə: Azərbaycanın strateji irəliləyişi və yeni regional reallıq - Bahar Muradova YAZIR
11.08.2025 23:26 Siyasət

"8 avqust 2025-ci ildə Vaşinqtonda imzalanan “Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında Saziş” Vətən müharibəsində əldə edilən möhtəşəm Zəfəri  diplomatik və hüquqi cəhətdən tamamlayan tarixi nəticə olmaqla Prezident İlham Əliyevin liderliyilə yalnız Azərbaycan üçün deyil, bütün Cənubi Qafqaz regionu və qlobal sabitlik üçün strateji əhəmiyyət daşıyan tarixi bir sənəddir''.

TodayPress TV xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradov deyib. 

Onun sözlərinə görə, Prezident İlham Əliyevin müstəqil dövlətçilik məntiqindən qaynaqlanan liderlik strategiyasının əsas məqsədi apardığı ədalətli müharibə və onun nəticələrinin möhkəmləndirilməsi işində yalnız qələbə qazanmaq deyil, həm də regionda davamlı sülh və əməkdaşlıq mühiti yaratmaq olub:

“Məhz bu baxış əsasında Azərbaycan tərəfi münaqişədən dərhal sonra sülh təşəbbüsü ilə çıxış edərək beynəlxalq hüquqa əsaslanan 5 bənddən ibarət gündəlik irəli sürdü. 

Suverenliyin qarşılıqlı tanınması, ərazi bütövlüyünün təsdiqi, sərhədlərin toxunulmazlığı, daxili işlərə qarışmama və gücdən istifadə etməməni əhatə edən bu prinsiplər Regional Normallaşma üçün Hüquqi Çərçivəni müəyyən edən hazırkı sülh sazişinin əsasını təşkil edir.

Postmünaqişə dövründə tərəflər arasında münasibətlərin yeni mərhələyə keçməsini təmin edir. Sazişin əsas müddəalarına  ümumiləşmiş şəkildə nəzər salsaq görərik ki:

 – Ermənistan Azərbaycanın ərazi bütövlüyünü rəsmən tanıyır, gələcəkdə bu kontekstdə heç bir iddia irəli sürməyəcəyini öhdəsinə götürür (maddə l və ll)

– Tərəflər güc tətbiqindən və daxili işlərə müdaxilədən tamamilə çəkinməyi öhdəlik kimi qəbul edirlər (maddə lll və lV)

 – 30 ilə yaxın fasilədən sonra diplomatik kanalların rəsmi bərpası sülhün institusional təməlinin formalaşmasına şərait yaradır (maddə V)

 – Müvafiq komissiyalar vasitəsilə dövlət sərhədlərinin hüquqi qeydiyyatı və sabitliyin təmin olunması öhdəlik altına alınır (maddə Vl və Vll)

 – Humanitar məsələlərin həlli və etimadın bərpası (maddə Xl) və s.”.

Komitə sədri yazıb ki, hazırda mövcud beynəlxalq sistemin mürəkkəbliyi və geosiyasi təlatümləri fonunda bu Sazişin əldə olunması böyük diplomatik uğur kimi dəyərləndirilməkdədir. Son illərdə beynəlxalq münasibətlərdə güc tətbiqinin artması, çoxtərəfli formatların zəifləməsi və yeni münaqişələrin yaranması fonunda Azərbaycan–Ermənistan münasibətlərinin sülh yolu ilə tənzimlənməsi nadir presedentlərdən biridir.

O diqqətə çatdırıb ki, Saziş BMT Nizamnaməsinin, Helsinki Yekun Aktının və Almatı Bəyannaməsinin müddəalarına əsaslanaraq imzalanıb və regional hüquqi reallıqları qlobal hüquq sisteminə inteqrasiya edib.

“Bu kontekstdə, Azərbaycanın sərgilədiyi prinsipial və hüquqa əsaslanan yanaşma təkcə Cənubi Qafqaz üçün deyil, bütövlükdə Avrasiya regionu üçün sülh modelinə çevrilmək potensialına malikdir. 

Bu baxımdan sülhün təmin olunması daxili siyasi iradənin və strateji ardıcıllığın nəticəsi olmaqla Prezident İlham Əliyevin liderliyində sistemli yanaşmanın nailiyyətidir.

Məhz onun qətiyyətli və ardıcıl siyasəti nəticəsində Azərbaycan:

•⁠  ⁠Hərbi qələbəni diplomatik üstünlüyə çevirmiş;

•⁠  ⁠Sabitlik və təhlükəsizlik üçün konkret mexanizmlər qurmuş;

•⁠  ⁠Daxili və beynəlxalq legitimliyi maksimum səviyyədə təmin etmişdir.

Bu siyasətin uğuru  regionun  lider dövləti, sülh prosesinin  təşəbbüskarı və əsas  aktoru kimi regional və qlobal miqyasda Azərbaycanın  yerini möhkəmləndirib”.

Xüsusilə vurğulamaq lazımdır ki, ABŞ Prezidenti Donald Trampın iştirakı və ev sahibliyində paraflanan Sülh Sazişinin təxirəsalınmadan icrası regionda:

•⁠  ⁠Yeni nəqliyyat dəhlizlərinin reallaşmasına;

•⁠  ⁠İqtisadi və ticari əlaqələrin genişlənməsinə;

•⁠  ⁠Enerji və logistika infrastrukturunun 

Cənubi Qafqazda yenidən qurulmasına zəmin yaratmaqla regional və qlobal miqyasda inkişafa və rifaha təkan verəcəkd.

Bundan əlavə, humanitar və mədəni sahələrdə əməkdaşlıq imkanları bölgədə xalqlar arasında inam və etimadın qurulmasına, qarşılıqlı hörmətin artmasına xidmət edəcək.

Bahar Muradova nəticə etibarilə bildirib ki,  yalnız qələbə deyil, dayanıqlı sülh quruculuğuna nail olmaq üçün dünyanın 1 nömrəli paytaxtında beynəlxalq ictimaiyyətin şahidliyi və təqdiri ilə imzalanmış bu sülh sazişi Azərbaycan dövlətinin zəfərdən dərhal sonra sülhə keçid strategiyasının məntiqi yekunudur. 

“Hərbi-siyasi yolla əldə edilən nəticələrin hüquqi və diplomatik təsdiqi, müdrik dövlət siyasəti ilə yanaşı, milli həmrəyliyin, strateji səbrin və siyasi uzaqgörənliyin bariz təzahürüdür.

Azərbaycan Prezidentinin rəhbərliyi ilə reallaşan bu iradə, XXI əsrdə dövlətlərarası münasibətlərdə hüquqa əsaslanan yanaşmanın, ədalətli və inklüziv sülh modelinin real tətbiqi nümunəsi kimi tarixə düşür”, - deyə o fikrini yekunlaşdırıb.

Aynur TAC

FOTOLAR

Zəfərdən sülhə: Azərbaycanın strateji irəliləyişi və yeni regional reallıq - Bahar Muradova YAZIR — 1
XƏBƏR LENTİ
31 MAY 2026
Xameneinin iqamətgahı belə vurulub - Müharibənin GİZLİ GÖRÜNTÜLƏRİ 15:46 ABŞ–Azərbaycan İqtisadi Dialoqu keçiriləcək 14:23 Leyla Əliyevadan fermer qadına incə davranış - VİDEO 14:19 "Makedon" vəfat etdi 15:00 Tramp Omanı hədələdi 13:40 Azərbaycanlı fotoqraf beynəlxalq sərgi ilə Romada çıxış edir 14:29 Azərbaycan millisi Qazaxıstanla qarşılaşacaq 12:43 Bərədə AĞIR QƏZA: 10 nəfər yaralandı 13:28 Türkiyədə zəncirvari qəzada dörd nəfər öldü 12:13 Sürücülərə XƏBƏRDARLIQ 13:19 Paşinyan "Tramp marşrutu" və yeni dəmir yolu planlarını açıqladı 12:30 Azərbaycanın bəzi rayonlarında şimşək çaxacaq, dolu düşəcək - PROQNOZ 12:45 İran bir "Yasin"ə Azərbaycanı Ermənistana satdı 12:26 İsraildən Livan açıqlaması: Bofort qalası ələ keçirildi 12:07 Xameneinin dəfn mərasiminə hazırlıq başladı 12:20 Azərbaycan millisi Avropa Kubokuna qızıl medalla başladı 12:01 ABŞ-dən narkotacirlərin gəmisinə zərbə: Ölənlər var - VİDEO 11:46 Tramp şərtləri sərtləşdirir: ABŞ-İran müqaviləsi sual altındadır 11:39 FAKTİKİ HAVA: Şahdağda qar yağıb, Kəlbəcərə dolu düşüb 11:42 AZAL bu istiqamətdə uçuşlarını bərpa etdi 09:34 Türkiyədə sərnişin avtobusu yanıb, ölənlər var 09:37 ABŞ-İran danışıqları uzanır: Tramp səbəbi açıqladı 09:23 PSJ-nin qələbəsindən sonra baş verən iğtişaşlarda azı 12 nəfər yaralandı 09:46 Tramp İranla bağlı planını açıqladı: "Razılıq əldə olunmasa..." 09:42 ABŞ-yə məxsus PUA vuruldu - SEPAH 09:18 Bütün Xəbərlər