Tənzilə Rüstəmxanlıdan Siyavuş Novruzova: “Ramiz Mehdiyevin əleyhinə 10 il əvvəl danışıb tarix yazardı!”

Tənzilə Rüstəmxanlıdan Siyavuş Novruzova: “Ramiz Mehdiyevin əleyhinə 10 il əvvəl danışıb tarix yazardı!”
17.10.2025 15:55 Siyasət

Milli Məclisin iclasında çıxış edən deputat Tənzilə Rüstəmxanlı 18 Oktyabr - Müstəqilliyin Bərpası Günü münasibətilə təbriklərini çatdırıb.

TodayPress TV xəbər verir ki, Musavat.com-un xəbərinə görə, daha sonra o, başda Ulu öndər Heydər Əliyev olmaqla, Azərbaycanın müstəqilliyinin bərpasına səs verən 43 millət vəkilini sayğı ilə andığını vurğulayıb və bildirib ki, onların xidmətlərini unutmaq olmaz.

Ardınca komitə sədri Siyavuş Novruzov çıxışa yazılaraq xanım həmkarının fikirlərinə reaksiya verib.

Bildirib ki, Azərbaycanın müstəqilliyinə o zaman Ali Sovetin üzvü olan 350 nəfərdən 271 nəfər səs verib, iclasa Ziyad Səmədzadə sədrlik edib.

Siyavuş Novruzov həmin 43 nəfərin isə referendum əleyhinə səs verdiklərini xatırladıb:

“Müstəqillik başqa şeydir, referendum əleyhinə başqa şeydir. Tarixi saxtalaşdırmayaq, tarix düzgün yazılmalıdır. İclasa Ziyad Səmədzadə sədrlik edib və 350 nəfər parlament üzvündən 271 nəfəri Azərbaycan müstəqilliyinin bərpasına səs verib”.

“Çıxışlarda bəzi nöqsanlar olur. Buradakı çıxışlarda da bəzi nöqsanlar oldu. Mən sonra sizinlə ayrı bir məsələni də danışacağam”,- spiker Sahibə Qafarova reaksiyasında bildirib.

Növbəti məsələlərin müzakirəsi zamanı söz alan Tənzilə Rüstəmxanlı yenidən bu mövzuya qayıdıb:

“Sahibə xanım, mənim sizə çox böyük hörmətim var, amma buna cavab verməsəm, olmaz. Çünki Siyavuş Novruzov məni saxtakar adlandırdı. 1991-ci ildə 7 mart iclası SSRİ-nin bərpa edilməsinə dair referendumun keçirilməsi ilə bağlı idi, Heydər Əliyevin də təmsil olunduğu 43 nəfər həmin referendumun əleyhinə səs verdi. Mən onu vurğulamağa çalışıram. Mən bu prosesin içində idim, qadınlarımız ön sırada idi.

Mən çox istərdim ki, Siyavuş Novruzov dövlət çevrilişində ittiham olunan Ramiz Mehdiyevin əleyhinə 10 il əvvəl danışıb tarix yazardı”.

S.Novruzov növbəti dəfə söz istəsə də, spiker Sahibə Qafarova çıxışa ehtiyac görməyib və bu mövzuların plenar iclasda müzakirəsini düzgün hesab etməyib.

TodayPress TV

XƏBƏR LENTİ
31 MAY 2026
"Ermənilər xəritəyə baxsınlar, vəziyyət çətin olacaq" - Overçuk hədələdi 18:11 Neft bahalaşır: Avropa İttifaqı Rusiya ilə bağlı qərarı yenidən nəzərdən keçirir 16:53 İranla danışıqlarda yeni mərhələ: Tramp şərtləri ağırlaşdırır 19:12 Bu ölkə 180 min hərbçilik ehtiyat qoşun yaratmaq istəyir 16:48 Nizaminin Gürcüstandakı abidəsi təhqir olundu - [[VİDEO ]] 18:42 İran ABŞ-yə şərt qoydu: Etibar yaradan addımlar atılmalıdır 16:44 İsrail Livandakı strateji mövqelərini tərk etməyəcək - Kats açıqladı 16:40 Sabahın havası meteohəssas insanlar üçün necə olacaq? 16:19 Livanda ölənlərin sayı açıqlandı 16:08 Bu ailələrə hər ay 500-650 manat ödənilir 15:39 AZAL heyəti Milli Qəhrəman Hökumə Əliyevanın məzarını ziyarət etdi 15:18 Müdafiə Nazirliyinin həftəlik icmalı yayımlandı 15:04 SANA: İsrailin hərbi maşınları Suriyaya daxil olub 16:24 Bu istiqamətdə hərəkət edən marşrutun avtobusları dəyişdirilir 14:06 Fransada iğtişaşlar zamanı saxlanılanların sayı 780 nəfərə çatdı - YENİLƏNİB 09:46 Sutka ərzində Hörmüz boğazından 28 gəmi keçib - SEPAH 14:54 Bakıda ilk dəfə ABŞ–Azərbaycan İqtisadi Dialoqu keçiriləcək - YENİLNİB 14:23 Xameneinin iqamətgahı belə vurulub - Müharibənin GİZLİ GÖRÜNTÜLƏRİ 15:46 Leyla Əliyevadan fermer qadına incə davranış - VİDEO 14:19 "Makedon" vəfat etdi 15:00 Tramp Omanı hədələdi 13:40 Azərbaycanlı fotoqraf beynəlxalq sərgi ilə Romada çıxış edir 14:29 Azərbaycan millisi Qazaxıstanla qarşılaşacaq 12:43 Bərədə AĞIR QƏZA: 10 nəfər yaralandı 13:28 Türkiyədə zəncirvari qəzada dörd nəfər öldü 12:13 Bütün Xəbərlər