Ramin Məmmədov Vatikanın Dövlət Katibinin müavini ilə görüşdü

Ramin Məmmədov Vatikanın Dövlət Katibinin müavini ilə görüşdü
29.07.2025 09:20 Siyasət

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti Vatikana səfər çərçivəsində Müqəddəs Taxt-Tacın Dövlət Katibinin müavini, arxiyepiskop Edgar Pena Parra ilə görüşüb.

TodayPress TV xəbər verir ki, görüş zamanı Azərbaycan ilə Müqəddəs Taxt-Tac arasında münasibətlərin yüksək səviyyədə inkişafından məmnunluq ifadə olunub, dinlər və mədəniyyətlərarası dialoqun təşviqində qarşılıqlı əməkdaşlığın əhəmiyyəti vurğulanıb.

Komitə sədri Ramin Məmmədov Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə dini müxtəlifliyin qorunması, dinlərarası harmoniyanın gücləndirilməsi istiqamətində həyata keçirilən dövlət siyasəti barədə ətraflı məlumat verib. Bildirib ki, dinlərarası dialoqun dərinləşməsi istiqamətində aparılan məqsədyönlü dövlət siyasəti multikultural və tolerant mühiti möhkəmləndirir. Dini qurumlar ölkə qanunvericiliyinin onlara verdiyi imkanlardan bəhrələnərək dinlərarası dialoqun möhkəmlənməsində və inkişafında yaxından iştirak edirlər.

Ramin Məmmədov həmçinin qeyd edib ki, Azərbaycan dövləti tərəfindən dini icmalara maddi və mənəvi dəstək göstərilir, ibadət məkanlarının bərpası və qorunması istiqamətində mühüm addımlar atılır.

Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun Vatikanda dini-mədəni abidələrin bərpa və qorunması istiqamətində həyata keçirdiyi layihələrin bəşəriyyətin ümumi irsinə sonsuz ehtiramın ifadəsi olduğunu vurğulayıb.

Edgar Pena Parra Vatikanla Azərbaycan arasında münasibətlərin inkişafını yüksək qiymətləndirərək, sülh və qarşılıqlı anlaşma naminə göstərilən təşəbbüslərin əhəmiyyətinə diqqət çəkib. Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın nəcib təşəbbüsü ilə dünya mədəni, tarixi və dini irsinin qorunmasına, mədəniyyətlər və dinlərarası əlaqələrin inkişafına xidmət edən layihələri xüsusilə vurğulayıb.

Qloballaşan dünyada dinlərarası dialoqun əhəmiyyəti barədə danışan Dövlət Katibinin müavini bu istiqamətdə keçirilən tədbirlərin bəşəri dəyərlərin təşviqində böyük önəm daşıdığını deyib.

XƏBƏR LENTİ
31 MAY 2026
Xameneinin iqamətgahı belə vurulub - Müharibənin GİZLİ GÖRÜNTÜLƏRİ 15:46 ABŞ–Azərbaycan İqtisadi Dialoqu keçiriləcək 14:23 Leyla Əliyevadan fermer qadına incə davranış - VİDEO 14:19 "Makedon" vəfat etdi 15:00 Tramp Omanı hədələdi 13:40 Azərbaycanlı fotoqraf beynəlxalq sərgi ilə Romada çıxış edir 14:29 Azərbaycan millisi Qazaxıstanla qarşılaşacaq 12:43 Bərədə AĞIR QƏZA: 10 nəfər yaralandı 13:28 Türkiyədə zəncirvari qəzada dörd nəfər öldü 12:13 Sürücülərə XƏBƏRDARLIQ 13:19 Paşinyan "Tramp marşrutu" və yeni dəmir yolu planlarını açıqladı 12:30 Azərbaycanın bəzi rayonlarında şimşək çaxacaq, dolu düşəcək - PROQNOZ 12:45 İran bir "Yasin"ə Azərbaycanı Ermənistana satdı 12:26 İsraildən Livan açıqlaması: Bofort qalası ələ keçirildi 12:07 Xameneinin dəfn mərasiminə hazırlıq başladı 12:20 Azərbaycan millisi Avropa Kubokuna qızıl medalla başladı 12:01 ABŞ-dən narkotacirlərin gəmisinə zərbə: Ölənlər var - VİDEO 11:46 Tramp şərtləri sərtləşdirir: ABŞ-İran müqaviləsi sual altındadır 11:39 FAKTİKİ HAVA: Şahdağda qar yağıb, Kəlbəcərə dolu düşüb 11:42 AZAL bu istiqamətdə uçuşlarını bərpa etdi 09:34 Türkiyədə sərnişin avtobusu yanıb, ölənlər var 09:37 ABŞ-İran danışıqları uzanır: Tramp səbəbi açıqladı 09:23 PSJ-nin qələbəsindən sonra baş verən iğtişaşlarda azı 12 nəfər yaralandı 09:46 Tramp İranla bağlı planını açıqladı: "Razılıq əldə olunmasa..." 09:42 ABŞ-yə məxsus PUA vuruldu - SEPAH 09:18 Bütün Xəbərlər