Ərdoğan Azərbaycan və Türkiyə arasında imzalanan sənədləri təsdiqlədi

Ərdoğan Azərbaycan və Türkiyə arasında imzalanan sənədləri təsdiqlədi
17.05.2025 09:20 Xarici siyasət

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanla ölkəsi arasında imzalanan üç sazişi təsdiqləyib. 

TodayPress TV xəbər verir ki, dövlət başçısı bununla bağlı qərarlar imzalayıb. 

Sənədlərdən biri 2024-cü il noyabrın 15-də Bakıda imzalanan Azərbaycan və Türkiyə arasında turizm sahəsində əməkdaşlığı gücləndirməyi və turizm əlaqələrini inkişaf etdirməyi nəzərdə tutan sazişdir. 

İkinci sənəd 2024-cü il mayın 8-də Ankara şəhərində imzalanan Azərbaycan və Türkiyə arasında su təsərrüfatı sahəsində əməkdaşlıq sazişidir.

Sənəd iki ölkə arasında su təsərrüfatı sahəsində əməkdaşlığın genişləndirilməsini nəzərdə tutur. 

R.T.Ərdoğan Azərbaycan ilə Türkiyə arasında baytarlıq sahəsində əməkdaşlıq haqqında sazişi də təsdiqləyib. 

Saziş 2024-cü il fevralın 19-da Ankara şəhərində imzalanıb.

Sənəd iki ölkə arasında kənd təsərrüfatı sahəsində əməkdaşlığın daha da dərinləşdirilməsini əhatə edir.

XƏBƏR LENTİ
31 MAY 2026
SANA: İsrailin hərbi maşınları Suriyaya daxil olub 16:24 Bu istiqamətdə hərəkət edən marşrutun avtobusları dəyişdirilir 14:06 Fransada iğtişaşlar zamanı saxlanılanların sayı 780 nəfərə çatdı - YENİLƏNİB 09:46 Sutka ərzində Hörmüz boğazından 28 gəmi keçib - SEPAH 14:54 Bakıda ilk dəfə ABŞ–Azərbaycan İqtisadi Dialoqu keçiriləcək - YENİLNİB 14:23 Xameneinin iqamətgahı belə vurulub - Müharibənin GİZLİ GÖRÜNTÜLƏRİ 15:46 Leyla Əliyevadan fermer qadına incə davranış - VİDEO 14:19 "Makedon" vəfat etdi 15:00 Tramp Omanı hədələdi 13:40 Azərbaycanlı fotoqraf beynəlxalq sərgi ilə Romada çıxış edir 14:29 Azərbaycan millisi Qazaxıstanla qarşılaşacaq 12:43 Bərədə AĞIR QƏZA: 10 nəfər yaralandı 13:28 Türkiyədə zəncirvari qəzada dörd nəfər öldü 12:13 Sürücülərə XƏBƏRDARLIQ 13:19 Paşinyan "Tramp marşrutu" və yeni dəmir yolu planlarını açıqladı 12:30 Azərbaycanın bəzi rayonlarında şimşək çaxacaq, dolu düşəcək - PROQNOZ 12:45 İran bir "Yasin"ə Azərbaycanı Ermənistana satdı 12:26 İsraildən Livan açıqlaması: Bofort qalası ələ keçirildi 12:07 Xameneinin dəfn mərasiminə hazırlıq başladı 12:20 Azərbaycan millisi Avropa Kubokuna qızıl medalla başladı 12:01 ABŞ-dən narkotacirlərin gəmisinə zərbə: Ölənlər var - VİDEO 11:46 Tramp şərtləri sərtləşdirir: ABŞ-İran müqaviləsi sual altındadır 11:39 FAKTİKİ HAVA: Şahdağda qar yağıb, Kəlbəcərə dolu düşüb 11:42 AZAL bu istiqamətdə uçuşlarını bərpa etdi 09:34 Türkiyədə sərnişin avtobusu yanıb, ölənlər var 09:37 Bütün Xəbərlər